Rusiya ilə müxtəlif formatlarda dialoqu alqışlayırıq - Stoltenberq

© REUTERS / INTS KALNINSГенеральный секретарь НАТО Йенс Столтенберг, фото из архива
Генеральный секретарь НАТО Йенс Столтенберг, фото из архива - Sputnik Azərbaycan, 1920, 15.02.2022
Abunə olmaq
Onun sözlərinə görə, müttəfiqlər Rusiya ilə münasibətlərin təsis aktına və bu sənəd üzrə öhdəliklərinə sadiqdirlər.
BAKI, 15 fevral - Sputnik. NATO-nun baş katibi Yens Stoltenberq Rusiya ilə müxtəlif formatlarda dialoqu, o cümlədən Fransa prezidentinin və Almaniya kanslerinin Moskvaya səfərlərini alqışladığını dilə gətirib. Bu barədə RİA Novosti xəbər yayıb.
"Biz Rusiya ilə mənalı dialoq üçün çərçivə yaratmaq imkanlarını nəzərdən keçirəcəyik. Mən müxtəlif formatları alqışlayıram. Bizə həm Rusiya-NATO Şurası, həm də alyans üzvləri arasında ikitərəfli danışıqlar lazımdır, Rusiya ilə qarşılıqlı fəaliyyət üçün Normandiya formatı lazımdır. Mən həmçinin NATO ölkələrinin prezidenti Putinlə görüşən, Rusiya ilə qarşılıqlı əlaqədə olan liderlərin səylərini alqışlayıram. Almaniya kansleri Olaf Şolts bu gün Rusiyadadır, Fransa prezidenti Emmanuel Makron keçən həftə orada olub, ABŞ prezidenti Co Bayden isə prezident Putin və baş nazir Boris Consonla təmasdadır”, - deyə o, izah edib.
Stoltenberq əlavə edib ki, NATO “siyasi həll yolu tapmaq üçün Rusiya ilə mənalı dialoqa hazırdır":
"Biz vəziyyəti izləyirik, Moskvadan siyasi həll yolu tapmaq üçün diplomatik səylərin davam etdirilməsində maraqlı olduğuna dair siqnallar görürük”.
O, həmçinin qeyd edib ki, müttəfiqlər Rusiya ilə münasibətlərin təsis aktına və bu sənəd üzrə öhdəliklərinə sadiqdirlər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Həmçinin oxuyun:
Rusiya qoşunları təlimlərdən sonra hərbi bazalarına qayıtmağa başlayıb
Putin Lavrovla təhlükəsizlik zəmanətlərinə Qərbin cavablarını müzakirə edib - VİDEO
ABŞ Ukraynanı müharibəyə sürükləyir
Xəbər lenti
0