Qələm - Sputnik Azərbaycan, 1920
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

ABŞ Ukraynanı müharibəyə sürükləyir

© Sputnik / Владимир ТрефиловRusiya və Ukraynanın dövlət bayraqları
Rusiya və Ukraynanın dövlət bayraqları - Sputnik Azərbaycan, 1920, 14.02.2022
Abunə olmaq
Maraqlısı odur ki, bunları deyən hansısa jurnalist və ya ekspert deyil, bir növ müdafiə naziridir.
BAKI, 14 fevral — Sputnik. "Qəribə müharibə" ("gülməli müharibə" və ya bu gün deyəcəyimiz kimi "saxta müharibə") termini adətən 1939-1940-cı illərdə Majino xətti boyunca fransız və alman qoşunlarının ləng, qarşılıqlı fəaliyyətlərini təsvir etmək üçün istifadə olunur. Ancaq bu gün Ukraynada baş verənlər üçün bu, qətiyyən uyğun deyil. Bu, çox zəif ifadədir. Orada, tam sürətlə gedən, "çox qəribə bir müharibə" var.
Qərb tərəfdaşlarımızda həmişə olduğu kimi, bu müharibə füsunkar bir drapla başladı. Ukraynadan ilk qaçanlar ABŞ hərbi təlimatçılar oldu. Cəsarətli ingilislər kədərli şəkildə onların ardınca getdilər. Qərb mətbuatında bütün bunlar birbaşa minimum olaraq Dünkerk kimi təqdim olunur (Yeri gəlmişkən, buna inanmayacaqsınız, ancaq İngiltərədə Hitlerdən ingilis qoşunlarının Dünkerkdən utanc şəkildə qaçması İkinci Dünya Müharibəsinin əsas hadisəsi hesab olunur).
Bir şey aydın deyil: Qərb hərbi mütəxəssislər kimdən qaçırlar? ABŞ müdafiə naziri Mark Milley və İngiltərə müdafiə naziri Ben Uolles kontingentlərini nədən xilas edirlər? Yerli Ukraynanın spirtli içkisindən, qara gözlü qızlarında, yoxsa əyləncəli Kiyev striptiz barlarından?
Bu sualın cavabını Ben Uolles verməyə çalışıb. Ailəsi ilə birlikdə tətilə getməyə vaxt tapan Uolles məzuniyyətini yarımçıq qoymağa və təcili olaraq Londona qayıtmağa məcbur olub. Yeri gəlmişkən, bu, ingilis elitası üçün böyük irəliləyişdir. Ötən ilin avqust ayında o vaxtkı xarici işlər naziri Dominik Raab NATO-nun Əfqanıstandan qaçması kimi kiçik bir şey üçün Kritdəki dəbdəbəli istirahətini yarımçıq qoymamağı üstün tutub. İngiltərə mediası hələ də onun Kritdəki əyləncələrinə görə başına qaxanc vurur.
Belə ki, Londona qayıdan Ben Uolles "Sunday Times" qəzetinə böyük müsahibə verib. Müsahibədə o, atmosferdə "Münhen havasının əsməsini" hiss etdiyini bildirib. Bilmirəm, Uolles niyə birdən-birə həmvətənlərinə İngiltərə tarixindəki ən utanc verici səhifəni xatırlatmaq qərarına gəlib. Hitlerlə əlbir olub Çexoslovakiyanı ona təslim etmək həqiqətən də yaxşı deyildi. Bunu etməməli idi.
Ola bilsin ki, Uolles kinayə ilə bildirir ki, ölkəmiz bu gün nasist Almaniyası rolunu oynamağa hazırlaşır, İngiltətə isə guya həddindən artıq passiv davranır – "təcavüzkar"ı sakitləşdirir. Ancaq işin əsası budur ki, bütün dünya bunu çox gözəl görür, Rusiya heç bir yerə basqın etmir və heç nəyi ələ keçirmir. Bununla nə etməli?
Və burada Uolles geniş şalvarının cibindən ingilis partnyorlarımızın ən sevimli arqumentini çıxarır. Bəli, bəli, siz artıq təxmin etdiniz. Bu bizim ən sevdiyimiz "highly likely"dir. Yəni "Çox güman ki", bir növ, "bəlkə hə, bəlkə də yox" analamını verir. Ben Uollesin fikrincə, "highly likely" Rusiya Ukraynanı işğal edəcək.
Maraqlısı odur ki, bunları deyən hansısa jurnalist və ya ekspert deyil, bir növ müdafiə naziridir. Bu cür insanlar nadir hallarda danışırlar, ancaq konkret olaraq danışırlar. Burada isə, üzr istəyirəm, elə bil sarışın qadın səviyyəsində zarafatdan söhbət edirlər:
"Əllinin əlliyə. Dinozavrı ya görəcəm, ya da yox". Highly likely, görəcəm.
Bütün bazar günü İngiltərə və ABŞ elitaları eyni bu ruhda davam etdilər. ABŞ Dövlət Departamenti Amerika səfirliyinin Kiyevdən təxliyəsi barədə göstəriş verib. Eyni şeyi İngiltərə də etdi. Onların bəzi vassalları öz vətəndaşlarına təxliyə olunmasını tövsiyə etdilər.
Ənənəvi olaraq belə şeylər müharibə ərəfəsində edilir. Ancaq müharibə yoxdur ki, yoxdur. Hər iki elan edilmiş düşmən bir anda meydana çıxmadı - görünür, bu, dünya tarixində unikal bir hadisədir.
Rusiyalıların Qərbin informasiya isteriyasına necə yanaşdıqları aydındır. Bəs Ukraynalılar bu barədə nə düşünürlər? Bəzi mütərəqqi nəşrlər kiçik həyəcan çamadanının toplanması və ev heyvanını daşıyan xüsusi həyəcan çantasını yaratmaq barədə təlimatlar dərc ediblər. Ancaq bütün bunlar, açıq-aydın, sırf nişan qeydi üçün tərtib edilib və adi ukraynalıların təxəyyülünə heç bir təsir göstərməyib.
"The Guardian" qəzetinin jurnalisti ilə Kiyev küçələrini gəzək. Orada şübhəsiz ki, Rusiya təbliğatı üçün işləmirlər. Bazar günü yayımladığı reportajda Şon Uoker təəccüblə qeyd edir ki, cümə axşamı Kiyevdə atmosfer son dərəcə "şən" olaraq qalıb, şəhər əhalisi isə Rusiyanın işğalı ideyasını "qəribə və ağlasığmaz" hesab edirlər.
Şon Uoker sevgi ilə Kiyevin ucuz və çox maraqlı əyləncələrini də təsvir edir. Xüsusilə, o, qeyd edir ki, Kiyev əhalisi yerli striptiz klublarında Rusiya bombardmanlarından xilas olmağı planlaşdırırlar - yəqin ki, yerli qızlar onunla belə zarafat ediblər və o da buna inanıb. Aydın görünür ki, ingilis müxbiri həqiqətən də Ukraynanı çox sevir və o, qətiyyətlə heç bir yerə təxliyə olunmaq fikrində deyil.
Ancaq sadə xalq əylənərkən, ölkə rəhbərliyi eyni dərəcədə titrəyir. Bir anda prezident Zelenskinin əsəbləri o həddə çatdı ki, o, Qərb jurnalistlərinə ona "Rusiyanın işğalına dair yüz faiz sübutu" təqdim etməyi müraciət edib.
İndiyədək ona heç kim cavab verməyib. Nə Qərb mediasının jurnalistləri, nə sahibləri, nə Bayden, nə də Conson. Hətta Mərkəzi Kəşfiyyat İdarəsindən belə zəng gəlməyib, baxmayaraq ki, zəng edə bilərdilər. Beləliklə, Ukrayna prezidenti qeyri-müəyyənlikdən əziyyət çəkir: o, artıq müharibə aparır, yoxsa hələ yox? Görəsən bunların hamısı necə bitəcək?
Yadımdadır, bir vaxtlar qürurlu Gürcüstanın başında Mixail Saakaşvili dayanırdı. O da Rusiya ilə müharibə etmək istəyirdi. Bu gün isə o, həbsdə oturub həzin gürcü mahnıları oxuyur. Müasir şəkildə "Çarlara dərs" olsun.
Zelenskinin amerikalı həmkarlarını isə başa düşmək olar. Onlara o maraqlı deyildi. Onlar bütün həftə sonu demokratik Ukrayna uğrunda tər içində mübarizə apardılar. Şənbə günü ABŞ Hərbi Dəniz Qüvvələrinin sualtı qayığı bu məqsədlə Rusiyanın Kuril adalarındakı ərazi sularına daxil olub. Komandir yəqin ki, yolunu səhv salıb. "Ukrayna", "Kurillər" - o qədər oxşar səslənir ki, bu rus adları ilə ağlı itirmək olar.
Deməli, Rusiyanın "Marşal Şapoşnikov" freqatı xüsusi texnikadan istifadə edərək ABŞ qayığını uzaqlaşdırdı. Ümid edirəm ki, o bir daha Ukrayna ərazisində yolunu azmayacaq. Əslində Kurildən ora getmək o qədər də uzaq deyil. Əvvəlcə, Panama kanalı vasitəsilə Atlantik okeanına, sonra düz, sola, sağa və oradan da Ukrayna artıq çox yaxındadır, yolunuzu azmayın.
Cümə günü ingilis jurnalisti Şon Uoker Kiyevdə striptiz klublarında məlumat toplayarkən amerikalı politoloq Devid Hendrikson "Vaşinqton Ukraynaya görə niyə ağlını itirir" sualına öz cavab variantını dərc edib.
Ekspert Zelenskinin bəzən Vaşinqton ssenarisi ilə birbaşa ziddiyyət təşkil edən açıqlamalar verməyə cəsarət etdiyinə diqqət yetirib. O, Ukrayna prezidentinə qarşı kifayət qədər tənqidi CNN redaksiya məqaləsindən, həmçinin Ağ Evin naməlum qalmaq istəyən nümayəndəsindən sitat gətirir.
"Biz onun ən mühüm müttəfiqiyik, o isə gözümüzə tüpürür və... açıq-aşkar təxribatla məşğul olur", - deyə Vaşinqtonun hakimiyyət dairələrinin nümayəndəsi müstəqil Ukrayna lideri haqqında kifayət qədər kobudcasına bildirib.
Hendriksonun fikrincə, ABŞ rejimi "Şimal axını-2" üzündən "ağlını itirib". Onun qarşısını almaq üçün Vaşinqton istənilən təxribata getməyə hazırdır. Bu, əslində, çoxdan açıq-aşkar bir sirr idi. Biz bu barədə amerikalı ekspertdən əvvəl ətraflı yazmışdıq.
Ancaq bütün dəhşət ondan ibarətdir ki, məsələ heç bir halda saxta təxliyə və informasiya isterikası ilə məhdudlaşa bilməz. Amerikalılar ingilislərlə tandemdə kifayət qədər qəsdən hərbi münaqişəni qızışdırırlar ki, bu da bir neçə gün və ya saat ərzində dünya müharibəsinə çevrilməsinə səbəb ola bilər.
Həqiqətən də anlaşılmaz olan budur: niyə milyonlarla ukraynalı bütün bu dəhşətdə iştirak etməlidir? Bəzən bu bədbəxt ölkənin əhalisi kazinoda masaya yaxınlaşan, pul qoyan, uduzan və sonra yenə cəhd edən insana bənzəyir. O, qalan pulunu xilas etmək üçün geri çəkilməlidir. Ancaq bunu edə bilmir. O, hər şeyi yenidən qoyur və təkrar olaraq uduzur.
Ukraynalıların 2014-cü ildə uğursuz oynadıqlarını etiraf etmələrinin vaxtı çatıb. Brüssel və Vaşinqtona ümüd etmək lazım deyildi, bu, uğursuz addım idi. Ancaq həyatlarını itirməyənə qədər hələ də masadan uzaqlaşmaq imkanı var.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Həmçinin oxuyun:
Avropanın yağmalanması – amerikalılar öz müttəfiqlərini çapıb-talayırlar
ABŞ Donbası nə vaxt yandıracaq
Xəbər lenti
0