Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Putin Lavrovla təhlükəsizlik zəmanətlərinə Qərbin cavablarını müzakirə edib - VİDEO

© Sputnik / Павел Бедняков / Mediabanka keçidRusiya Prezidenti Vladimir Putin
Rusiya Prezidenti Vladimir Putin - Sputnik Azərbaycan, 1920, 14.02.2022
Abunə olmaq
Görüşdə Lavrov bildirib ki, Rusiya Federasiyasının təhlükəsizliklə bağlı əsas təkliflərinə ABŞ-ın cavabı mənfidir.
BAKI, 14 fevral — Sputnik. Rusiya Prezidenti Vladimir Putin xarici işlər naziri Sergey Lavrovla Qərbin Rusiyanın təhlükəsizlik zəmanətlərinə dair təkliflərinə cavablarını müzakirə edib. Bu barədə RİA Novosti xəbər yayıb.
Görüşdə Lavrov bildirib ki, Rusiya Federasiyasının təhlükəsizliklə bağlı əsas təkliflərinə ABŞ-ın cavabı mənfidir.
"Onlar bizə cavablar göndərdilər - ABŞ-ın cavabı və Şimali Atlantika Alyansının cavabı. Biz onları (cavabları) idarələrarası formatda həmkarlarımızla birlikdə diqqətlə oxuduq. Bizi ilk növbədə ABŞ-ın cavabı maraqlandırır, çünki Qərb düşərgəsində bu məsələlərin həllində əsas rolu kimin oynadığını hamı yaxşı bilir", - deyə Lavrov vurğulayıb.
Onun sözlərinə görə, Rusiyanın irəli sürdüyü əsas məsələlərə (NATO-nun genişlənməməsi, zərbə silahlarının yerləşdirilməməsi və Avropadakı hərbi-siyasi konfiqurasiyanın 1997-ci ildəki mövqelərə qaytarılması) cavabı mənfidir.
"Təbii ki, bu, bizi qane edə bilməz", - deyə nazir əlavə edib.
Rusiya XİN rəhbəri qeyd edib ki, ABŞ-ın təhlükəsizlik zəmanətləri ilə bağlı cavabının birinci hissəsi Rusiyanı qane etmir, ikinci hissəsi isə daha konstruktivdir.
Lavrov əlavə edib ki, ABŞ və NATO təhlükəsizlik zəmanətlərinin bəzi aspektləri üzrə Rusiya Federasiyası ilə ciddi danışıqlara getməyə hazırdır.
O bildirib ki, ABŞ-ın təhlükəsizlik zəmanətləri məsələsinə cavabının bir hissəsi Moskvanın əvvəllər səsləndirdiyi təkliflərlə üst-üstə düşür.
Lavrov onu da qeyd edib ki, NATO Avropada hadisələrin gedişatını məhz özü müəyyənləşdirməyə çalışır.
O xatırladıb ki, ATƏT-ə üzv dövlətlərin rəhbərləri tərəfindən imzalanmış sazişlərə əsasən, "heç bir ölkə, heç bir ittifaq, heç bir təşkilat ATƏT məkanında hökmranlıq edə bilməz".
Rusiya xarici işlər naziri onu da qeyd edib ki, Moskva onun təhlükəsizlik zəmanətləri ilə bağlı təkliflərinə kompleks şəkildə yanaşılmasında israrlıdır.
Qeyd edək ki, 2021-ci ilin sonlarında Rusiya ABŞ ilə müqavilənin və NATO ilə təhlükəsizlik  zəmanətlərinə dair sazişin layihələrini dərc edib. Moskva, Qərb tərəfdaşlarından NATO-nun şərqə doğru daha da genişlənməməsi, Ukraynanın alyanasa qoşulmaması və postsovet ölkələrində hərbi bazaların yaradılmamasına dair yazılı hüquqi təminat tələb edir. Təkliflərdə, həmçinin NATO-nun zərbə silahlarının Rusiya sərhədləri yaxınlığında yerləşdirilməməsi və Şərqi Avropadakı alyans qüvvələrinin 1997-ci ildəki mövqelərinə qaytarılması ilə bağlı bənd də var.
Yanvarın sonunda ABŞ və NATO tərəfindən Rusiyanın təhlükəsizlik zəmanətləri ilə bağlı təkliflərinə yazılı cavab göndərilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0