Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan, 1920
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

COVID-19 xəstələri üçün dərmanların satışına icazə verildi

© Sputnik / Murad OrujovBakıda aptek, arxiv şəkli
Bakıda aptek, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 12.02.2022
Abunə olmaq
Pfizer şirkətinin istehsal etdiyi bu dərman "Paxlovid" adlanır və o "Nirmatrelvir" ilə "ritonavir" dərmanlarının qarışığından ibarətdir.
BAKI, 12 fevral — Sputnik. Bu günədək dünyada 407 milyon 976 min 243 nəfər koronavirusa yoluxub, onlardan 5 milyon 814 min 325-i dünyasını dəyişib. Bir ildir ki, koronavirusla mübarizə aparmaq üçün müxtəlif ölkələr vaksin istehsal ediblər.
Vaksinlə yanaşı bu ür xəstələrə kömək etmək üçün dərmanların istehsalı da hər zaman gündəmdə olub. Sputnik Azərbaycan-ın Türkiyə mediasına isitnadən xəbərinə görə, artıq bütün dünyanın gözlədiyi xəbər yetişib, belə bir dərman hazırlanıb.
Pfizer şirkətinin istehsal etdiyi bu dərman "Paxlovid" adlanır və o "Nirmatrelvir" ilə "ritonavir" dərmanlarının qarışığından ibarətdir.
Bu dərman xəstəliyin yüngül əlaməti hiss olunan şəxslərə veriləcək. Artıq Yaponiyada bu dərmanın satışına qanunla icazə verilib. Gələn həftədən Yaponiyada 40 min belə xəstəyə adıçəkilən dərman veriləcək.
Xatırladaq ki, "Pfizer" şirkəti tərəfindən hazırlanmış koronavirus əleyhinə "Paxlovid" antiviral dərmanı fevralın əvvəllərində İtaliyada istifadə olunmağa başlayıb.
COVID-19 xəstələri üçün hazırlanmış "Paxlovid" dərmanı Romadakı Spallanzani xəstəxanasında 3 gündür virus simptomları olan ürək xəstəsinə verilib.
Beləliklə də İtaliyada koronavirus xəstələrinin dərmanla müalicəsinə başlanılıb.
Yanvarın sonlarında Avropa İttifaqının (Aİ) İnsan Sağlamlığı Komitəsi "Paxlovid" dərmanının istifadəsinə icazə verib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Həmçinin oxuyun:
Koronavirus xəstələrinin "Paxlovid" dərmanı ilə müalicəsinə başlanılıb
Rusiyada COVID-19-a qarşı yeni dərman
Üçüncü təzə başlayıb, artıq 4-cü doza tələb edirlər - İşçilərin vaksin tərəddüdü
Hansı şəxslərə dərmanlar pulsuz verilir?
Azərbaycanda satışı qadağan edilən qida əlavələrinin sayı açıqlanıb
"Buster" doza bu şəxslər üçün vacibdir
Xəbər lenti
0