Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan, 1920
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Koronavirus xəstələrinin "Paxlovid" dərmanı ilə müalicəsinə başlanılıb

© AP PhotoKoronavirus xəstələri
Koronavirus xəstələri - Sputnik Azərbaycan, 1920, 06.02.2022
Abunə olmaq
COVID-19 xəstələri üçün hazırlanmış "Paxlovid" dərmanı Romada 3 gündür virus simptomları olan ürək xəstəsinə verilib.
BAKI, 6 fevral — Sputnik. "Pfizer" şirkəti tərəfindən hazırlanmış koronavirus əleyhinə "Paxlovid" antiviral dərmanı İtaliyada istifadə olunmağa başlayıb.
Sputnik Azərbaycan xəbər verir ki, COVID-19 xəstələri üçün hazırlanmış "Paxlovid" dərmanı Romadakı Spallanzani xəstəxanasında 3 gündür virus simptomları olan ürək xəstəsinə verilib.
Beləliklə də İtaliyada koronavirus xəstələrinin dərmanla müalicəsinə başlanılıb.
Yanvarın sonlarında Avropa İttifaqının (Aİ) İnsan Sağlamlığı Komitəsi "Paxlovid" dərmanının istifadəsinə icazə verib.
Azərbaycanda COVID-19 infeksiyasına 7050 yoluxma faktı qeydə alınıb
Qeyd edək ki, Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına son sutkada 7050 yoluxma faktı qeydə alınıb, 3435 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 26 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 683 min 476 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 637 min 429 nəfər müalicə olunaraq sağalıb, 8 min 823 nəfər vəfat edib. Aktiv xəstə sayı 37 min 224 nəfərdir.
Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 19 min 481, bu günə qədər isə ümumilikdə 6 milyon 227 min 883 test icra olunub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Həmçinin oxuyun:
Rusiyada COVID-19-a qarşı yeni dərman
Üçüncü təzə başlayıb, artıq 4-cü doza tələb edirlər - İşçilərin vaksin tərəddüdü
Hansı şəxslərə dərmanlar pulsuz verilir?
Azərbaycanda satışı qadağan edilən qida əlavələrinin sayı açıqlanıb
"Buster" doza bu şəxslər üçün vacibdir
Xəbər lenti
0