Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rusiyada COVID-19-a qarşı yeni dərman

© Sputnik / Денис Абрамов / Mediabanka keçidФармацевтический завод
Фармацевтический завод - Sputnik Azərbaycan, 1920, 04.02.2022
Abunə olmaq
Qeyd edək ki, 2020-ci ildə Promomed, tablet şəklində COVID-19-un müalicəsi üçün dərman olan Areplivir-in (beynəlxalq patentləşdirilməmiş adı Favipiravir) istehsalına başlayıb.
BAKI, 4 fevral - Sputnik, Svetlana Zadera. Rusiyanın Mordoviya Respublikasındakı koronavirus infeksiyasına qarşı yeni dərman istehsal olunacaq. Sputnik Azərbaycan RİA Novosti-yə istinadən xəbər verir ki, yeni preparat "Esperavir Biochemist" zavodunda istehsal ediləcək.
Zavodun sahibi olan Promomed şirkətinin mətbuat xidmətindən verilən məlumata görə, COVID-19-un müalicəsi üçün dərman preparatı olan “Esperavir” (beynəlxalq patentləşdirilməmiş adı “Molnupiravir”) fevralın 3-də Rusiya Federasiyasının Səhiyyə Nazirliyindən daimi qeydiyyatdan keçib:
"Preparat 200 və 400 milliqramlıq kapsul şəklində "Biochemist" zavodunda (Promomed Şirkətlər Qrupuna məxsusdur) aktiv əczaçılıq maddəsinin istehsalından hazır doza formasına qədər tam dövriyyə texnologiyasından istifadə edilməklə istehsal olunacaq", - deyə məlumatda bildirilir.
Qeyd edək ki, 2020-ci ildə Promomed, tablet şəklində COVID-19-un müalicəsi üçün dərman olan Areplivir-in (beynəlxalq patentləşdirilməmiş adı Favipiravir) istehsalına başlayıb.
Noyabr ayında şirkət Rusiya Federasiyasında COVID-19 müalicəsi üçün ilk yerli inyeksiya dərmanı olan Areplivirin-in qeydiyyata alındığını elan edib. Dərmanlar Saranskdakı Biochemist zavodunda istehsal olunur.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Həmçinin oxuyun:
Hansı şəxslərə dərmanlar pulsuz verilir?
Azərbaycanda satışı qadağan edilən qida əlavələrinin sayı açıqlanıb
"Buster" doza bu şəxslər üçün vacibdir
Xəbər lenti
0