https://sputnik.az/20220212/turkiye-qerbi-ukrayna-ile-bagli-beyanatlarla-caxnasma-yaratmamaga-cagirib-439109648.html
Türkiyə Qərbi Ukrayna ilə bağlı bəyanatlarla çaxnaşma yaratmamağa çağırıb
Türkiyə Qərbi Ukrayna ilə bağlı bəyanatlarla çaxnaşma yaratmamağa çağırıb
Sputnik Azərbaycan
Türkiyənin xarici işlər naziri bildirib ki, Qərb Rusiya Federasiyasını guya Ukrayna ətrafında vəziyyəti gərginləşdirməkdə ittiham edir. 12.02.2022, Sputnik Azərbaycan
2022-02-12T22:05+0400
2022-02-12T22:05+0400
2022-02-12T22:09+0400
dünya xəbərləri
mövlud çavuşoğlu
türkiyə xarici işlər naziri mövlud çavuşoğlu
rusiya prezidenti vladimir putin
vladimir putin
vladimir zelenski
ukrayna
rusiya
https://cdnn1.img.sputnik.az/img/42278/26/422782634_0:0:1000:563_1920x0_80_0_0_bfeceac28121f53d427ecf5fb8d52ea8.jpg
BAKI, 12 fevral - Sputnik. Qərb ölkələri Ukrayna ətrafında gərginliklə bağlı bəyanatlarında çaxnaşma yaratmamalıdır.Bu sözləri Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.“Rusiyanın Ukraynaya müdaxilə etməyə cəhd etməsi düzgün olmazdı. Əgər belə bir vəziyyət olmayacaqsa, Qərb ölkələri Ukrayna ilə bağlı çaxnaşma yaradan bəyanatlarında diqqətli olmalıdırlar".Türkiyənin xarici işlər naziri bildirib ki, Qərb Rusiya Federasiyasını guya Ukrayna ətrafında vəziyyəti gərginləşdirməkdə ittiham edir.“Moskva bunu qəti şəkildə inkar edir və heç kimə hədə-qorxu gəlmir. NATO hərbi texnikasının Rusiya sərhədləri yaxınlığında yerləşdirilməsi də bütün bu ittihamlardan sonra baş verir” - , deyə APA Mövlud Çavuşoğlunun sözlərini tərcümə edib. Türkiyə Putinlə Zelenskinin görüşünü təşkil etməyə hazırdırTürkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu "CNN Türk" telekanalının efirində deyib ki, rəsmi Ankara Rusiya və Ukrayna prezidentləri Vladimir Putinlə Volodimir Zelenski arasında görüş təşkil etməyə hazırdır."Rəcəb Tayyib Ərdoğanın Ukraynaya səfəri zamanı keçirdiyi mətbuat konfransında dediyi kimi, hər iki tərəf razılaşarsa, biz məmnuniyyətlə vasitəçiliyə hazırıq. Rusiya da bunu müsbət qarşılamalıdır", - Çavuşoğlu bildirib.Türkiyə XİN Ukraynadakı vətəndaşlarına çağırış etdiBundan əvvəl Türkiyə Xarici İşlər Nazirliyi Ukraynadakı təhlükəsizlik durumunun yaxından izlənildiyini bəyan edib.Türkiyə XİN ölkə vətəndaşlarını məcburiyyət olmadığı halda Ukraynanın şərq sərhədindəki bölgələrə səyahət etməməyə çağırıb.Türkiyə XİN Ukraynadakı ölkə vətəndaşlarına şəxsi təhlükəsizlikləri ilə bağlı bütün tədbirləri görməyi və Ukraynanın şərqinə məcburi səyahətdən əvvəl Kiyevdəki Türkiyə səfirliyi ilə əlaqə saxlamağı tövsiyə edib.Digər maraqlı xəbərləri Sputnik Azərbaycan-ın Telegram kanalından izləyin!Həmçinin oxuyun:Ukrayna tam dağılmayana qədər sakitləşməyəcəklər - Mariya ZaxarovaABŞ və Rusiya liderləri arasında növbəti danışıqlar başa çatıbSergey Lavrov Entoni Blinkenlə danışdı: Ukraynaya hücum barədə xəbərlər təxribatdırABŞ və Rusiyanın müdafiə nazirləri nə danışıblar? Pentaqonun sözçüsü açıqladıPutinlə Makron arasında telefon söhbəti 1 saat 40 dəqiqə davam edib
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42278/26/422782634_0:0:1000:751_1920x0_80_0_0_b3b7562f56d7a57d29009e7898e44d0e.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
mövlud çavuşoğlu, türkiyə xarici işlər naziri mövlud çavuşoğlu, rusiya prezidenti vladimir putin, vladimir putin, vladimir zelenski, ukrayna, rusiya
mövlud çavuşoğlu, türkiyə xarici işlər naziri mövlud çavuşoğlu, rusiya prezidenti vladimir putin, vladimir putin, vladimir zelenski, ukrayna, rusiya
Türkiyə Qərbi Ukrayna ilə bağlı bəyanatlarla çaxnaşma yaratmamağa çağırıb
22:05 12.02.2022 (Yenilənib: 22:09 12.02.2022) Türkiyənin xarici işlər naziri bildirib ki, Qərb Rusiya Federasiyasını guya Ukrayna ətrafında vəziyyəti gərginləşdirməkdə ittiham edir.
BAKI, 12 fevral - Sputnik. Qərb ölkələri Ukrayna ətrafında gərginliklə bağlı bəyanatlarında çaxnaşma yaratmamalıdır.
Bu sözləri Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.
“Rusiyanın Ukraynaya müdaxilə etməyə cəhd etməsi düzgün olmazdı. Əgər belə bir vəziyyət olmayacaqsa, Qərb ölkələri Ukrayna ilə bağlı çaxnaşma yaradan bəyanatlarında diqqətli olmalıdırlar".
Türkiyənin xarici işlər naziri bildirib ki, Qərb Rusiya Federasiyasını guya Ukrayna ətrafında vəziyyəti gərginləşdirməkdə ittiham edir.
“Moskva bunu qəti şəkildə inkar edir və heç kimə hədə-qorxu gəlmir. NATO hərbi texnikasının Rusiya sərhədləri yaxınlığında yerləşdirilməsi də bütün bu ittihamlardan sonra baş verir” - , deyə APA Mövlud Çavuşoğlunun sözlərini tərcümə edib.
Türkiyə Putinlə Zelenskinin görüşünü təşkil etməyə hazırdır
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu "CNN Türk" telekanalının efirində deyib ki, rəsmi Ankara Rusiya və Ukrayna prezidentləri Vladimir Putinlə Volodimir Zelenski arasında görüş təşkil etməyə hazırdır.
"Rəcəb Tayyib Ərdoğanın Ukraynaya səfəri zamanı keçirdiyi mətbuat konfransında dediyi kimi, hər iki tərəf razılaşarsa, biz məmnuniyyətlə vasitəçiliyə hazırıq. Rusiya da bunu müsbət qarşılamalıdır", - Çavuşoğlu bildirib.
Türkiyə XİN Ukraynadakı vətəndaşlarına çağırış etdi
Bundan əvvəl Türkiyə Xarici İşlər Nazirliyi Ukraynadakı təhlükəsizlik durumunun yaxından izlənildiyini bəyan edib.
Türkiyə XİN ölkə vətəndaşlarını məcburiyyət olmadığı halda Ukraynanın şərq sərhədindəki bölgələrə səyahət etməməyə çağırıb.
Türkiyə XİN Ukraynadakı ölkə vətəndaşlarına şəxsi təhlükəsizlikləri ilə bağlı bütün tədbirləri görməyi və Ukraynanın şərqinə məcburi səyahətdən əvvəl Kiyevdəki Türkiyə səfirliyi ilə əlaqə saxlamağı tövsiyə edib.
Digər maraqlı xəbərləri Sputnik Azərbaycan-ın Telegram kanalından izləyin!