https://sputnik.az/20220212/sergey-lavrov-entoni-blinkenle-danisdi-ukraynaya-hucum-barede-xeberler-texribatdir-439108149.html
Sergey Lavrov Entoni Blinkenlə danışdı: Ukraynaya hücum barədə xəbərlər təxribatdır
Sergey Lavrov Entoni Blinkenlə danışdı: Ukraynaya hücum barədə xəbərlər təxribatdır
Sputnik Azərbaycan
Telefon danışığı zamanı Lavrov vurğulayıb ki, ABŞ və müttəfiqlərinin Ukraynaya qarşı “Rusiyanın təcavüzü” ilə bağlı başlatdığı təbliğat kampaniyası təxribat... 12.02.2022, Sputnik Azərbaycan
2022-02-12T20:20+0400
2022-02-12T20:20+0400
2022-02-12T21:40+0400
rusiya
lavrov
sergey lavrov
rusiya xin rəhbəri sergey lavrov
minsk
vaşinqton
https://cdnn1.img.sputnik.az/img/07e6/01/15/438376259_0:226:2047:1377_1920x0_80_0_0_2d4d0aa262a34a357c4d870d6c9c79d4.jpg
BAKI, 12 fevral - Sputnik. Fevralın 12-də Amerika tərəfinin təşəbbüsü ilə Rusiyanın xarici işlər naziri Sergey Lavrov və ABŞ-ın dövlət katibi Entoni Blinken arasında telefon danışığı olub. Rusiya Xarici İşlər Nazirliyinin yaydığı məlumata görə, telefon danışığı zamanı Lavrov vurğulayıb ki, ABŞ və müttəfiqlərinin Ukraynaya qarşı “Rusiyanın təcavüzü” ilə bağlı başlatdığı təbliğat kampaniyası təxribat məqsədi daşıyır. Bu, Kiyev hakimiyyətini Minsk razılaşmalarını sabotaj etməyə və “Donbass problemini” güc yolu ilə həll etmək üçün zərərli cəhdlərə sövq edir:“Rusiya XİN rəhbərinin qeyd etdiyi kimi, Vaşinqton və Brüsselin Rusiya-Amerika müqaviləsi və NATO ilə bizim tərəfimizdən təqdim etdiyimiz təhlükəsizlik zəmanətləri haqqında saziş layihələrinə reaksiyası bizim üçün əsas, ilk növbədə, alyansın genişlənməməsi və zərbə silah sistemlərinin Rusiya sərhədləri yaxınlığında yerləşdirilməməsi ilə bağlı müddəaları gözardı edir.Vurğulanıb ki, ABŞ və NATO-dan daxil olan və həmkarların diqqətinə çatdırılacaq sənədlərlə bağlı qiymətləndirməmizin mərkəzində bu məsələlər dayanacaq”.Sergey Lavrov Avro-Atlantik regionda təhlükəsizliyin bölünməzliyi ilə bağlı ən yüksək səviyyədə götürülmüş öhdəlikləri pozan hərəkətlərin yolverilməzliyini xatırladıb.Lavrov və Blinken Rusiya-ABŞ ikitərəfli münasibətlərinin bəzi aktual məsələlərinə də toxunublar. Xəbəri APA tərcümə edib. Həmçinin oxuyun:ABŞ və Rusiyanın müdafiə nazirləri nə danışıblar? Pentaqonun sözçüsü açıqladıPutinlə Makron arasında telefon söhbəti 1 saat 40 dəqiqə davam edib
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/01/15/438376259_0:34:2047:1569_1920x0_80_0_0_8bbf4fb6bb9f21d5b24fa9c6af94ca52.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
lavrov, sergey lavrov, rusiya xin rəhbəri sergey lavrov, minsk, vaşinqton
lavrov, sergey lavrov, rusiya xin rəhbəri sergey lavrov, minsk, vaşinqton
Sergey Lavrov Entoni Blinkenlə danışdı: Ukraynaya hücum barədə xəbərlər təxribatdır
20:20 12.02.2022 (Yenilənib: 21:40 12.02.2022) Telefon danışığı zamanı Lavrov vurğulayıb ki, ABŞ və müttəfiqlərinin Ukraynaya qarşı “Rusiyanın təcavüzü” ilə bağlı başlatdığı təbliğat kampaniyası təxribat məqsədi daşıyır.
BAKI, 12 fevral - Sputnik. Fevralın 12-də Amerika tərəfinin təşəbbüsü ilə Rusiyanın xarici işlər naziri Sergey Lavrov və ABŞ-ın dövlət katibi Entoni Blinken arasında telefon danışığı olub.
Rusiya Xarici İşlər Nazirliyinin yaydığı məlumata görə, telefon danışığı zamanı Lavrov vurğulayıb ki, ABŞ və müttəfiqlərinin Ukraynaya qarşı “Rusiyanın təcavüzü” ilə bağlı başlatdığı təbliğat kampaniyası təxribat məqsədi daşıyır.
Bu, Kiyev hakimiyyətini Minsk razılaşmalarını sabotaj etməyə və “Donbass problemini” güc yolu ilə həll etmək üçün zərərli cəhdlərə sövq edir:
“Rusiya XİN rəhbərinin qeyd etdiyi kimi, Vaşinqton və Brüsselin Rusiya-Amerika müqaviləsi və NATO ilə bizim tərəfimizdən təqdim etdiyimiz təhlükəsizlik zəmanətləri haqqında saziş layihələrinə reaksiyası bizim üçün əsas, ilk növbədə, alyansın genişlənməməsi və zərbə silah sistemlərinin Rusiya sərhədləri yaxınlığında yerləşdirilməməsi ilə bağlı müddəaları gözardı edir.
Vurğulanıb ki, ABŞ və NATO-dan daxil olan və həmkarların diqqətinə çatdırılacaq sənədlərlə bağlı qiymətləndirməmizin mərkəzində bu məsələlər dayanacaq”.
Sergey Lavrov Avro-Atlantik regionda təhlükəsizliyin bölünməzliyi ilə bağlı ən yüksək səviyyədə götürülmüş öhdəlikləri pozan hərəkətlərin yolverilməzliyini xatırladıb.
Lavrov və Blinken Rusiya-ABŞ ikitərəfli münasibətlərinin bəzi aktual məsələlərinə də toxunublar. Xəbəri APA tərcümə edib.