https://sputnik.az/20220205/quyuya-atilaraq-oldurulen-qizin-atasina-cinayet-isi-acilib-vdeo-438862729.html
Quyuya atılaraq öldürülən qızın atasına cinayət işi açılıb-VİDEO
Quyuya atılaraq öldürülən qızın atasına cinayət işi açılıb-VİDEO
Sputnik Azərbaycan
4 yaşlı M. Hüseynlinin qonşusu 1990-cı il təvəllüdlü Mehman Mansurov tərəfindən döyülərək öldürüldüyü, daha sonra quyuya atıldığı iddia edilir 05.02.2022, Sputnik Azərbaycan
2022-02-05T13:32+0400
2022-02-05T13:32+0400
2022-02-05T13:32+0400
xəzər
cəmiyyət
prokurorluq
uşaq
ata
cinayət işi
https://cdnn1.img.sputnik.az/img/42347/22/423472294_0:0:1920:1080_1920x0_80_0_0_71c0d469ddf593c3474b276b73babedd.jpg
BAKI, 5 fevral — Sputnik. Yanvarın 31-də öldürülərək quyuya atılan dörd yaşlı Məryəmin atası Taleh Allahyarova cinayət məsuliyyətinə cəlb edilib.Sputnik Azərbaycan APA-ya istinadla xəbər verir ki, T. Allahyarova Cinayət Məcəlləsinin 133-cü (əzab vermək) maddəsi ilə ittiham irəli sürülüb.T. Allahyarovun yaxın saatlarda Xəzər rayon Məhkəməsinə çıxarılaraq barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı təqdimata baxılacaq.Xatırladaq ki, ötən gün T. Allahyarov ATV-nin "Bizimləsən" proqramında iştirak edib.Veriliş zamanı T. Allahyarovun həyat yoldaşına göndərdiyi video görüntülər yayımlanıb. Görüntülərdə T. Allahyarovun 4 yaşlı Məryəmin boğazına məftil keçirərək arvadına evə qayıtmayacağı təqdirdə uşağı öldürəcəyi ilə bağlı hədələr görüntülənib.Bu görüntülərdən sonra Xəzər rayon Polis İdarəsinun əməkdaşları studiyaya gələrək T. Allahyarovu saxlayıblar.Qeyd edək ki, yanvarın 31-də 2018-ci il təvəllüdlü Məryəm Hüseynlinin meyitinin Xəzər rayonu ərazisində aşkar edilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.Dərhal prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib.4 yaşlı M. Hüseynlinin qonşusu 1990-cı il təvəllüdlü Mehman Mansurov tərəfindən döyülərək öldürüldüyü, daha sonra quyuya atıldığı iddia edilir.Faktla bağlı Xəzər Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (Qəsdən sağlamlığa ağır zərər vurma, zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb, istintaq aparılır. M. Mansurov barəsində həbs qətimkan tədbiri seçilib.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.Həmçinin oxuyun:Uşağı döyüb, öldürüb və quyuya ataraq üstünü torpaqlayıb - tük ürpədən cinayətin detallarıEyvana çıxan 6 yaşlı uşağa görə ananı tənbeh etdilər - VİDEO-FOTOYeni körpəsi doğulan atalarla nənə-babalara müjdə
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42347/22/423472294_161:0:1864:1277_1920x0_80_0_0_5f5241d21f1fba9223f3380c3559ece9.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəzər, prokurorluq, uşaq, ata, cinayət işi
xəzər, prokurorluq, uşaq, ata, cinayət işi
Quyuya atılaraq öldürülən qızın atasına cinayət işi açılıb-VİDEO
4 yaşlı M. Hüseynlinin qonşusu 1990-cı il təvəllüdlü Mehman Mansurov tərəfindən döyülərək öldürüldüyü, daha sonra quyuya atıldığı iddia edilir
BAKI, 5 fevral — Sputnik. Yanvarın 31-də öldürülərək quyuya atılan dörd yaşlı Məryəmin atası Taleh Allahyarova cinayət məsuliyyətinə cəlb edilib.
Sputnik Azərbaycan APA-ya istinadla xəbər verir ki, T. Allahyarova Cinayət Məcəlləsinin 133-cü (əzab vermək) maddəsi ilə ittiham irəli sürülüb.
T. Allahyarovun yaxın saatlarda Xəzər rayon Məhkəməsinə çıxarılaraq barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı təqdimata baxılacaq.
Xatırladaq ki, ötən gün T. Allahyarov ATV-nin "Bizimləsən" proqramında iştirak edib.
Veriliş zamanı T. Allahyarovun həyat yoldaşına göndərdiyi video görüntülər yayımlanıb. Görüntülərdə T. Allahyarovun 4 yaşlı Məryəmin boğazına məftil keçirərək arvadına evə qayıtmayacağı təqdirdə uşağı öldürəcəyi ilə bağlı hədələr görüntülənib.
Bu görüntülərdən sonra Xəzər rayon Polis İdarəsinun əməkdaşları studiyaya gələrək T. Allahyarovu saxlayıblar.
Qeyd edək ki, yanvarın 31-də 2018-ci il təvəllüdlü Məryəm Hüseynlinin meyitinin Xəzər rayonu ərazisində aşkar edilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Dərhal prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib.
4 yaşlı M. Hüseynlinin qonşusu 1990-cı il təvəllüdlü Mehman Mansurov tərəfindən döyülərək öldürüldüyü, daha sonra quyuya atıldığı iddia edilir.
Faktla bağlı Xəzər Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (Qəsdən sağlamlığa ağır zərər vurma, zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb, istintaq aparılır. M. Mansurov barəsində həbs qətimkan tədbiri seçilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.