https://sputnik.az/20220204/eyvana-cixan-6-yasli-usaga-gore-anani-tenbeh-etdiler---vdeo-foto-438829584.html
Eyvana çıxan 6 yaşlı uşağa görə ananı tənbeh etdilər - VİDEO-FOTO
Eyvana çıxan 6 yaşlı uşağa görə ananı tənbeh etdilər - VİDEO-FOTO
Sputnik Azərbaycan
Uşağın anası evin yaxınlığında işlədiyini və uşağı evdə nəzarətsiz şəkildə tək qoyaraq işə getdiyini bildirib. 04.02.2022, Sputnik Azərbaycan
2022-02-04T11:54+0400
2022-02-04T11:54+0400
2022-02-04T11:55+0400
cəmiyyət
uşaq
ev
tək
ana
tənbeh
video görüntü
https://cdnn1.img.sputnik.az/img/07e5/08/0c/427681130_0:715:2370:2048_1920x0_80_0_0_267af2843f274484d2fa49fa0cc92b2f.jpg
BAKI, 4 fevral — Sputnik. Ötən gün kütləvi informasiya vasitələrində evdə tək qalan azyaşlı uşağın yaşadığı mənzilin eyvanına çıxması və təhlükəli vəziyyətin yaranmasını əks etdirən video yayılmışdı.Problem nədən qaynaqlanıb? Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi bunu araşdırıb.Komitənin Uşaq problemləri şöbəsinin əməkdaşları, Yasamal rayon İcra Hakimiyyəti yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın nümayəndəsi və Daxili İşlər Nazirliyinin Yasamal rayonu üzrə Polis şöbəsinin Yetkinlik yaşına çatmayanların işləri üzrə inspektoru ailəyə baş çəkiblər.Bu barədə Komitədən Sputnik Azərbaycan-a verilən məlumatda bildirilib.Qeyd olunub ki, 6 yaşlı uşağın anası A.Ə (şərti) həyat yoldaşından ayrıldığını, evin yaxınlığında yerləşən şirniyyat müəssisəsində işlədiyini və uşağı evdə nəzarətsiz şəkildə tək qoyaraq işə getdiyini bildirib: "Azyaşlı ilə söhbət zamanı məlum olub ki, gün ərzində anası işə getdiyi üçün onu evdə tək qoyur, uşaq qorxduğu üçün eyvana çıxaraq anasını çağırır. Komitə əməkdaşları anaya valideynlik məsuliyyəti barədə ilkin olaraq xəbərdarlıq edərək, bir daha bu hal təkrarlanarsa, valideynlik hüququ ilə bağlı qanunvericiliyə uyğun tədbirlərin görüləcəyini bildiriblər".Ailə nəzarətə götürülüb və problemlərinin həlli istiqamətində müvafiq tədbirlərin görülməsi nəzərdə tutulur.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/08/0c/427681130_0:761:1716:2048_1920x0_80_0_0_3d406ee58db156bab1e56fb448a20556.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
evdə tək qalıb eyvana çıxan uşaq anasından alına bilər - video bakı foto
evdə tək qalıb eyvana çıxan uşaq anasından alına bilər - video bakı foto
Eyvana çıxan 6 yaşlı uşağa görə ananı tənbeh etdilər - VİDEO-FOTO
11:54 04.02.2022 (Yenilənib: 11:55 04.02.2022) Uşağın anası evin yaxınlığında işlədiyini və uşağı evdə nəzarətsiz şəkildə tək qoyaraq işə getdiyini bildirib.
BAKI, 4 fevral — Sputnik. Ötən gün kütləvi informasiya vasitələrində evdə tək qalan azyaşlı uşağın yaşadığı mənzilin eyvanına çıxması və təhlükəli vəziyyətin yaranmasını əks etdirən video yayılmışdı.
Problem nədən qaynaqlanıb? Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi bunu araşdırıb.
Komitənin Uşaq problemləri şöbəsinin əməkdaşları, Yasamal rayon İcra Hakimiyyəti yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın nümayəndəsi və Daxili İşlər Nazirliyinin Yasamal rayonu üzrə Polis şöbəsinin Yetkinlik yaşına çatmayanların işləri üzrə inspektoru ailəyə baş çəkiblər.
Bu barədə Komitədən Sputnik Azərbaycan-a verilən məlumatda bildirilib.
Qeyd olunub ki, 6 yaşlı uşağın anası A.Ə (şərti) həyat yoldaşından ayrıldığını, evin yaxınlığında yerləşən şirniyyat müəssisəsində işlədiyini və uşağı evdə nəzarətsiz şəkildə tək qoyaraq işə getdiyini bildirib: "Azyaşlı ilə söhbət zamanı məlum olub ki, gün ərzində anası işə getdiyi üçün onu evdə tək qoyur, uşaq qorxduğu üçün eyvana çıxaraq anasını çağırır. Komitə əməkdaşları anaya valideynlik məsuliyyəti barədə ilkin olaraq xəbərdarlıq edərək, bir daha bu hal təkrarlanarsa, valideynlik hüququ ilə bağlı qanunvericiliyə uyğun tədbirlərin görüləcəyini bildiriblər".
Ailə nəzarətə götürülüb və problemlərinin həlli istiqamətində müvafiq tədbirlərin görülməsi nəzərdə tutulur.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.