Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan, 1920
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

“Muğam axşamları” adlı layihəsi yenidən təqdim olunacaq

© Photo : REPORTMuğam Mərkəzi
Muğam Mərkəzi - Sputnik Azərbaycan, 1920, 04.02.2022
Abunə olmaq
Muğam sənətimizin fəlsəfəsini gələcək nəsillərə çatdırmaq məqsədilə reallaşan layihəyə tamaşaçılar böyük maraq göstərməkdədir.
BAKI, 4 fevral — Sputnik. Beynəlxalq Muğam Mərkəzinin (BMM) böyük maraqla gözlənilən "Muğam axşamları" layihəsinin növbəti konserti fevralın 17-də təqdim olunacaq.
Beynəlxalq Muğam Mərkəzindən Sputnik Azərbaycan-a bildirilib ki, həmin gün sevilən xanəndələr Mirələm Mirələmov, Məmməd Nəcəfov və Nisbət Sədrayeva "Rast" muğamını ifa edəcəklər. Xanəndələri BMM-nin solistləri tarzən Rövşən Qurbanov, Ceyhun Muradov (kamança), Əməkdar artist Təranə Əliyeva (qanun), Amil Mustafayev (nağara) və Vasif Yusibli (ud) müşayiət edəcək.
Qeyd edək ki, Beynəlxalq Muğam Mərkəzi Azərbaycan milli musiqisinin təbliğinə həsr olunmuş bir neçə layihə həyata keçirir ki, onlardan biri də "Muğam axşamları" layihəsidir.
Bu layihə çərçivəsində tanınmış ifaçılar tərəfindən muğamlar, xalq mahnıları və təsniflər səsləndirilib.
Muğam sənətimizin fəlsəfəsini gələcək nəsillərə çatdırmaq məqsədilə reallaşan layihəyə tamaşaçılar böyük maraq göstərməkdədir.
© Photo : Azərbaycanın Çindəki səfirliyinin mətbuat xidmətiÇində Novruz Bayramı münasibətilə Azərbaycan Muğam Gecəsi təşkil edilib
Çində Novruz Bayramı münasibətilə Azərbaycan Muğam Gecəsi təşkil edilib - Sputnik Azərbaycan, 1920, 03.02.2022
Çində Novruz Bayramı münasibətilə Azərbaycan Muğam Gecəsi təşkil edilib
İlin sonuna kimi Beynəlxalq Muğam Mərkəzinin təşkilatçılığı ilə "Rast" , "Şur", "Zabul-Segah", "Çahargah", "Bayatı-Şiraz", "Humayun", "Şüştər", "Şahnaz", "Orta Mahur", "Arazbari", "Osmanlı", "Heydəri", "Bayatı Qacar", "Mahur hindi", "Qarabağ şikəstəsi", "Xaric segah", "Heyratı", "Mirzəhüseyn segahı", "Kəsmə şikəstə", "Bayatı Kürd" , "Ovşarı", "Dəşti", "Qatar", "Rahab", "Şirvan şikəstəsi" muğamları təqdim olunacaq.
Qeyd edək ki, BMM "Muğam axşamları" layihəsini 2017-ci ildən həyata keçirir. Bundan əlavə mərkəzin musiqinin müxtəlif janrlarını əhatə edən "Aşıq musiqisi axşamları", "Vokal musiqi axşamları", "Muğamat var olan yerdə", "Unudulmayanlar" və digər layihələrinin konsertləri tamaşaçılar tərəfindən maraqla gözlənilir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Həmçinin oxuyun:
Dünyada tanınan Azərbaycan mahnıları və ya "anonim" qurbanları - VİDEO
Dahi Üzeyirdə "Leyli və Məcnun"un yazmağa həvəs niyə yarandı - VİDEO
O özü bütöv bir dövr idi: Cəbiş müəllim dahi qarabağlını – Üzeyir Hacıbəylini yada salır
Zamanında "xuliqan" adlandırılan dahi musiqiçi - VİDEO
Xəbər lenti
0