https://sputnik.az/20220112/dahi-uzeyirde-leyli-ve-mecnunun-yazmaga-heves-niye-yarandi---vdeo-438089815.html
Dahi Üzeyirdə "Leyli və Məcnun"un yazmağa həvəs niyə yarandı - VİDEO
Dahi Üzeyirdə "Leyli və Məcnun"un yazmağa həvəs niyə yarandı - VİDEO
Sputnik Azərbaycan
Düz 114 il əvvəl Üzeyir Hacıbəyli Şərqin ilk operasını tamaşaçılara təqdim etdi. Bəs dahi bəstəkar niyə məhz "Leyli və Məcnun"a müraciət edib? Bunun çox... 12.01.2022, Sputnik Azərbaycan
2022-01-12T15:27+0400
2022-01-12T15:27+0400
2022-01-12T15:31+0400
leyli və məcnun
mədəniyyət
üzeyir hacıbəyli
opera
üzeyir hacıbəyli
https://cdnn1.img.sputnik.az/img/42284/44/422844434_0:176:1918:1256_1920x0_80_0_0_637a5315f99aba9db0559870b81d5015.jpg
BAKI, 12 yanvar — Sputnik. Azərbaycanın dahi bəstəkarı, SSRİ xalq artisti Üzeyir bəy Hacıbəyovun "Leyli və Məcnun" operasının səhnəyə qoyulmasından 114 il ötür. Sputnik Azərbaycan xəbər verir ki, müsəlman şərqində ilk opera sayılan "Leyli və Məcnun" 1907-ci ildə yazılıb, 1908-ci il yanvarın 12-də Tağıyev Teatrında tamaşaya qoyulub.Opera M.Füzulinin eyniadlı poemasının motivləri əsasında yazılıb. Librettonun müəllifi Üzeyir bəy Hacıbəyovdur. "Leyli və Məcnun" muğam ilə Avropa operasının üzvi vəhdətindən yaranan yeni opera janrının - "Muğam operası"nın ilk nümunəsidir. Muğamlar operanın əsas musiqi materialı olaraq ənənəvi opera formalarını- ariya, ariozo, reçitativ, vokal ansamblları (duet, trio və s.) əvəz edib. Qəhrəmanların obrazlarının açılmasında, bütövlükdə musiqi dramaturgiyasının inkişafında muğamlar mühüm rol oynayır. Operanın bir çox bitkin səhnələri muğam üstündə qurulub. Müğənni xanəndələr öz vokal partiyalarını tarzənin müşayiətilə oxuyurlar."Leyli və Məcnun"un musiqisi Üzeyir bəy Hacıbəyovun yeni bəstəkarlıq üslubu yaratmaq, xüsusilə milli lad-intonasiya sistemi ilə Avropa major-minor sisteminin qarşılıqlı təsiri və üzvi əlaqəsi sahəsindəki novator meyilləri üçün başlanğıс, əsas mənbə olub.Tamaşanın kişi Leylisi"Leyli və Məcnun"u ilk tamaşaya istedadlı aktyor və rejissor Hüseyn Ərəblinski quruluş vermişdi. 1981-ci ildə " Azərbaycanfilm " kinostudiyasının istehsalı olan dram, komediya və musiqili elementləri olan sovet 2 hissəli bioqrafik "Uzun Ömrün Akkordları" ( "Üzeyir ömrü" ) filmində belə bir epizod var. Ərəblinski deyir ki, "başqa yerlərdə sənətçilərə gül-çiçək verirlər, bizi isə söyürlər. Görəsən elə bir vaxt gələcəkmi, bizi də adam yerinə qoysunlar. Hər şeyə razıyıq, pulsuzluğa da, əziyyətə də. Təki bizimlə insan kimi rəftar edərdilər".Sonralar Leyli obrazında Əhməd Ağdamski, Hüseynağa Hacıbababəyov və nəhayət qadın ifaçılardan səhnədə bu rolu ifa edənlər Sona Hacıyeva, Məhbubə Paşayeva,Yavər Kələntərli, Gülxar Həsənova, Cahan Talışinskaya, Sima xanım, Simuzər Hətəmova, Rübabə Muradova, Sara Qədimova, Zeynəb Xanlarova, Rəsmiyyə Sadıqova, Flora Kərimova, Nəzakət Məmmədova, Səkinə İsmayılova, Qəndab Quliyeva, Yaqut Abdullayeva, Gülyaz Məmmədova, Nəzakət Teymurova, Gülüstan Əliyeva və Aygün Bayramova olub.Tamaşanın ilk dirijoru Əbdürrəhim bəy Haqverdiyev olub. Peterburq Yol Mühəndisləri İnstitutunda təhsil alan Əbdürrəhim bəy Haqverdiyev musiqini də dərindən bilirdi. O, Peterburqda yol mühəndisləri institutunda oxuyanda hər yay Şuşaya gələr, burada dostlarını toplayıb yay konsertləri təşkil edərdi. 1894-cü ildə belə bir konsertdə maraqlı hadisə baş verir. Haqverdiyev Füzulinin "Leyli və Məcnun"undan bir səhnə hazırlayır: Məcnun Leylinin qəbri üstündə. Lakin Məcnun rolunun ifaçısı Cabbar Qaryağdıoğlu oxuyanda başında quş yuvası, içində də canlı quş balaları olur. Haqverdiyev bununla Məcnunun eşq səbəbindən necə tərki-dünya olduğunu, özünə fikir vermədiyini göstərərək səhnənin dramatikliyini artırır.Həmin səhnədə isə Azərbaycan üçün taleyüklü olacaq dağa bir maraqlı olay baş verir. Belə ki, dahi Üzeyir Hacıbəyli ilk dəfə böyük Məhəmməd Füzuli ilə tanışlığa da məhz bu səhnə ilə başlayıb. O zaman Üzeyir bəy 9 yaşında imiş. Zülfüqar, Üzeyir, Ceyhun qardaşları həmin səhnəcikdə xor oxuyacaqlarmış. Səhnə Üzeyiri necə tutursa, uşaq ağzını aça bilmir. Səhnə bitib pərdə arxasına keçəndə Ceyhun Əbdürrəhman bəyin pencəyinin ətəyini dartışdıra-dartışdıra deyirmiş ki, "Əbdürrəhman əmi, Üzeyir oxumadı eee..." Bu hadisə həmişə Üzeyirin fikrində dolanır, heç yadından çıxmır. O, 1907-ci ildə "Leyli və Məcnun"operasını yazır. Əsər 1908-ci il yanvarın 12-də Tağıyev teatrında tamaşaya qoyulur. İlk milli operamızın dirijoru da Əbdürrəhim bəy Haqverdiyev idi. Üzeyir özü isə 1-ci skripkada ifa edirdi.İyirminci əsrin əvvəllərində müsəlman qadınlarının səhnəyə çıxmasına yol verilmədiyinə görə, teatrda qadın rollarını kişilər ifa edirdi. Beləliklə də tamaşanın ilk Leylisi məlahətli səsə malik olan Əbdürrəhman Fərəcov adlı gəncə tapşırılır. Üzeyir bəy Hacıbəyov çayxanada olarkən təsadüfən çayçı şagirdinin xoş zümzüməsini eşidərək səsinə valeh olur. Leyli rolunu yaratmaq üçün qadın tapılmadığından xəyalına məhz Əbdürrəhman Fərəcov gəlir. Həm səsinin məlahətini, həm də incəliyini nəzərə alıb onu inandırır ki, Leyli obrazını yarada bilər. Lakin Ə.Fərəcov ikinci tamaşa zamanı Leyli rolunu oynamaqdan imtina edir.Tamaşanın MəcnunlarıMəcnun rolunun ilk ifaçısı isə görkəmli teatr və musiqi xadimi Hüseynqulu Sarabski olub. Məhz bu tamaşa zamanı Sarabski o zamanlar Azərbaycanın və Şərqin ilk operası olan "Leyli və Məcnun" üzərində işləyən Üzeyir Hacıbəylinin diqqətini cəlb edir. Məcnun rolu Hüseynqulu Sarabskiyə böyük şöhrət qazandırır. Bu roldan sonra bir vaxtlar teatra "oyunbazlıq" kimi baxanların Sarabskiyə qarşı olan münasibəti dəyişir. Daha sonra Sidqi Ruhulla, Xanlar Haqverdiyev, Əliövsət Sadıqov, Şirzad Hüseynov, Gülağa Məmmədov, Mais Salmanov, Qulu Əsgərov, Bakir Haşimov, Əli Mehdiyev, Arif Babayev, Baba Mirzəyev, Canəli Əkbərov, Səfa Qəhrəmanov, Alim Qasımov və Mənsum İbrahimov bu rolu ifa ediblər.Həmçinin oxuyun:O özü bütöv bir dövr idi: Cəbiş müəllim dahi qarabağlını – Üzeyir Hacıbəylini yada salırBu gün Şərqin ilk operasının səhnəyə qoyulduğu gündür - VİDEOHəyatı ilə millətin yoluna işıq tutmuş ədib - Cəbiş müəllim Haqverdiyev haqqında
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42284/44/422844434_0:0:1918:1440_1920x0_80_0_0_70f4a6026d758b5873eaf0260fe282e3.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
leyli və məcnun, üzeyir hacıbəyli, opera, üzeyir hacıbəyli
leyli və məcnun, üzeyir hacıbəyli, opera, üzeyir hacıbəyli
Dahi Üzeyirdə "Leyli və Məcnun"un yazmağa həvəs niyə yarandı - VİDEO
15:27 12.01.2022 (Yenilənib: 15:31 12.01.2022) Düz 114 il əvvəl Üzeyir Hacıbəyli Şərqin ilk operasını tamaşaçılara təqdim etdi. Bəs dahi bəstəkar niyə məhz "Leyli və Məcnun"a müraciət edib? Bunun çox maraqlı bir tarixçəsi var.
BAKI, 12 yanvar — Sputnik. Azərbaycanın dahi bəstəkarı, SSRİ xalq artisti Üzeyir bəy Hacıbəyovun "Leyli və Məcnun" operasının səhnəyə qoyulmasından 114 il ötür. Sputnik Azərbaycan xəbər verir ki, müsəlman şərqində ilk opera sayılan "Leyli və Məcnun" 1907-ci ildə yazılıb, 1908-ci il yanvarın 12-də Tağıyev Teatrında tamaşaya qoyulub.
Opera M.Füzulinin eyniadlı poemasının motivləri əsasında yazılıb. Librettonun müəllifi Üzeyir bəy Hacıbəyovdur. "Leyli və Məcnun" muğam ilə Avropa operasının üzvi vəhdətindən yaranan yeni opera janrının - "Muğam operası"nın ilk nümunəsidir. Muğamlar operanın əsas musiqi materialı olaraq ənənəvi opera formalarını- ariya, ariozo, reçitativ, vokal ansamblları (duet, trio və s.) əvəz edib. Qəhrəmanların obrazlarının açılmasında, bütövlükdə musiqi dramaturgiyasının inkişafında muğamlar mühüm rol oynayır. Operanın bir çox bitkin səhnələri muğam üstündə qurulub. Müğənni xanəndələr öz vokal partiyalarını tarzənin müşayiətilə oxuyurlar.
"Leyli və Məcnun"un musiqisi Üzeyir bəy Hacıbəyovun yeni bəstəkarlıq üslubu yaratmaq, xüsusilə milli lad-intonasiya sistemi ilə Avropa major-minor sisteminin qarşılıqlı təsiri və üzvi əlaqəsi sahəsindəki novator meyilləri üçün başlanğıс, əsas mənbə olub.
"Leyli və Məcnun"u ilk tamaşaya istedadlı aktyor və rejissor Hüseyn Ərəblinski quruluş vermişdi. 1981-ci ildə " Azərbaycanfilm " kinostudiyasının istehsalı olan dram, komediya və musiqili elementləri olan sovet 2 hissəli bioqrafik "Uzun Ömrün Akkordları" ( "Üzeyir ömrü" ) filmində belə bir epizod var. Ərəblinski deyir ki, "başqa yerlərdə sənətçilərə gül-çiçək verirlər, bizi isə söyürlər. Görəsən elə bir vaxt gələcəkmi, bizi də adam yerinə qoysunlar. Hər şeyə razıyıq, pulsuzluğa da, əziyyətə də. Təki bizimlə insan kimi rəftar edərdilər".
Sonralar Leyli obrazında Əhməd Ağdamski, Hüseynağa Hacıbababəyov və nəhayət qadın ifaçılardan səhnədə bu rolu ifa edənlər Sona Hacıyeva, Məhbubə Paşayeva,Yavər Kələntərli, Gülxar Həsənova, Cahan Talışinskaya, Sima xanım, Simuzər Hətəmova, Rübabə Muradova, Sara Qədimova, Zeynəb Xanlarova, Rəsmiyyə Sadıqova, Flora Kərimova, Nəzakət Məmmədova, Səkinə İsmayılova, Qəndab Quliyeva, Yaqut Abdullayeva, Gülyaz Məmmədova, Nəzakət Teymurova, Gülüstan Əliyeva və Aygün Bayramova olub.
Tamaşanın ilk dirijoru Əbdürrəhim bəy Haqverdiyev olub. Peterburq Yol Mühəndisləri İnstitutunda təhsil alan Əbdürrəhim bəy Haqverdiyev musiqini də dərindən bilirdi. O, Peterburqda yol mühəndisləri institutunda oxuyanda hər yay Şuşaya gələr, burada dostlarını toplayıb yay konsertləri təşkil edərdi. 1894-cü ildə belə bir konsertdə maraqlı hadisə baş verir. Haqverdiyev Füzulinin "Leyli və Məcnun"undan bir səhnə hazırlayır: Məcnun Leylinin qəbri üstündə. Lakin Məcnun rolunun ifaçısı Cabbar Qaryağdıoğlu oxuyanda başında quş yuvası, içində də canlı quş balaları olur. Haqverdiyev bununla Məcnunun eşq səbəbindən necə tərki-dünya olduğunu, özünə fikir vermədiyini göstərərək səhnənin dramatikliyini artırır.
Həmin səhnədə isə Azərbaycan üçün taleyüklü olacaq dağa bir maraqlı olay baş verir. Belə ki, dahi Üzeyir Hacıbəyli ilk dəfə böyük Məhəmməd Füzuli ilə tanışlığa da məhz bu səhnə ilə başlayıb. O zaman Üzeyir bəy 9 yaşında imiş. Zülfüqar, Üzeyir, Ceyhun qardaşları həmin səhnəcikdə xor oxuyacaqlarmış. Səhnə Üzeyiri necə tutursa, uşaq ağzını aça bilmir. Səhnə bitib pərdə arxasına keçəndə Ceyhun Əbdürrəhman bəyin pencəyinin ətəyini dartışdıra-dartışdıra deyirmiş ki, "Əbdürrəhman əmi, Üzeyir oxumadı eee..." Bu hadisə həmişə Üzeyirin fikrində dolanır, heç yadından çıxmır. O, 1907-ci ildə "Leyli və Məcnun"operasını yazır. Əsər 1908-ci il yanvarın 12-də Tağıyev teatrında tamaşaya qoyulur. İlk milli operamızın dirijoru da Əbdürrəhim bəy Haqverdiyev idi. Üzeyir özü isə 1-ci skripkada ifa edirdi.
İyirminci əsrin əvvəllərində müsəlman qadınlarının səhnəyə çıxmasına yol verilmədiyinə görə, teatrda qadın rollarını kişilər ifa edirdi. Beləliklə də tamaşanın ilk Leylisi məlahətli səsə malik olan Əbdürrəhman Fərəcov adlı gəncə tapşırılır. Üzeyir bəy Hacıbəyov çayxanada olarkən təsadüfən çayçı şagirdinin xoş zümzüməsini eşidərək səsinə valeh olur. Leyli rolunu yaratmaq üçün qadın tapılmadığından xəyalına məhz Əbdürrəhman Fərəcov gəlir. Həm səsinin məlahətini, həm də incəliyini nəzərə alıb onu inandırır ki, Leyli obrazını yarada bilər. Lakin Ə.Fərəcov ikinci tamaşa zamanı Leyli rolunu oynamaqdan imtina edir.
Məcnun rolunun ilk ifaçısı isə görkəmli teatr və musiqi xadimi Hüseynqulu Sarabski olub. Məhz bu tamaşa zamanı Sarabski o zamanlar Azərbaycanın və Şərqin ilk operası olan "Leyli və Məcnun" üzərində işləyən Üzeyir Hacıbəylinin diqqətini cəlb edir. Məcnun rolu Hüseynqulu Sarabskiyə böyük şöhrət qazandırır. Bu roldan sonra bir vaxtlar teatra "oyunbazlıq" kimi baxanların Sarabskiyə qarşı olan münasibəti dəyişir. Daha sonra Sidqi Ruhulla, Xanlar Haqverdiyev, Əliövsət Sadıqov, Şirzad Hüseynov, Gülağa Məmmədov, Mais Salmanov, Qulu Əsgərov, Bakir Haşimov, Əli Mehdiyev, Arif Babayev, Baba Mirzəyev, Canəli Əkbərov, Səfa Qəhrəmanov, Alim Qasımov və Mənsum İbrahimov bu rolu ifa ediblər.
O özü bütöv bir dövr idi: Cəbiş müəllim dahi qarabağlını –
Üzeyir Hacıbəylini yada salır
Bu gün
Şərqin ilk operasının səhnəyə qoyulduğu gündür - VİDEO
Həyatı ilə millətin yoluna işıq tutmuş ədib - Cəbiş müəllim
Haqverdiyev haqqında