https://sputnik.az/20211127/o-ozu-butov-bir-dovr-idi-cebis-muellim-dahi-qarabaglini--uzeyir-hacibeylini-yada-salir-436666333.html
O özü bütöv bir dövr idi: Cəbiş müəllim dahi qarabağlını – Üzeyir Hacıbəylini yada salır
O özü bütöv bir dövr idi: Cəbiş müəllim dahi qarabağlını – Üzeyir Hacıbəylini yada salır
Sputnik Azərbaycan
Sputnik Azərbaycan-ın Qarabağın görkəmli yetirmələrinə həsr olunmuş layihəsinin növbəti buraxılışında Cəbiş müəllim dahi Azərbaycan bəstəkarı Üzeyir... 27.11.2021, Sputnik Azərbaycan
2021-11-27T11:00+0400
2021-11-27T11:00+0400
2021-11-27T11:00+0400
video
xəbərlər
azərbaycan
https://cdnn1.img.sputnik.az/img/07e5/0b/19/436666288_0:0:1920:1080_1920x0_80_0_0_b8839862ccb0227f524644ef6dde51a2.png
BAKI, 25 noyabr — Sputnik. Azərbaycanın müasir peşəkar musiqi sənətinin banisi Üzeyir Hacıbəyli milli musiqimizin tarixində bütöv bir dövrü özündə birləşdirir.Gələcək bəstəkar, dirijor, musiqiçi, publisist, dramaturq, pedaqoq və görkəmli ictimai xadim 18 sentyabr 1885-ci ildə Şuşa yaxınlığındakı Ağcabədidə anadan olub.Şərqin ilk operasının müəllifi olan bəstəkar ilk milli musiqili teatrın da əsasını qoyub. Hacıbəyli həmçinin Azərbaycan musiqi sənətinin tarixinə milli bəstəkarlıq məktəbinin qurucusu kimi daxil olub.Bəstəkarın yaradıcılığında Şərqin və Qərbin musiqi üslubları, Azərbaycan xalq və klassik Avropa musiqisinin elementləri təşəkkül tapıb.Ondan əlavə, o digər janrlardakı əsərlərin də müəllifidir – müstəqil Azərbaycanın və Azərbaycan SSR-in himnlərinin musiqisini yazıb. Böyük Vətən müharibəsi dövründə bəstəkar bir sıra vətənpərvərlik mövzusunda əsərlər yaradıb.Hacıbəyli həmçinin elmi, satirik və qəzet məqalələrinin, "Mətbuatda istifadə olunan siyasi, hüquqi, iqtisadi və əsgəri sözlərin türki-rusi və rusi-türki lüğəti", “Hesab məsələləri”, “Azərbaycan xalq musiqisinin əsasları” kitablarının müəllifidir. Bəstəkar 1948-ci il noyabrın 23-də Bakıda vəfat edib və bu şəhərdə də dəfn olunub.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
O özü bütöv bir dövr idi: Cəbiş müəllim dahi qarabağlını – Üzeyir Hacıbəylini yada salır
Sputnik Azərbaycan
O özü bütöv bir dövr idi: Cəbiş müəllim dahi qarabağlını – Üzeyir Hacıbəylini yada salır
2021-11-27T11:00+0400
true
PT9M40S
https://cdnn1.img.sputnik.az/img/07e5/0b/19/436666288_0:0:1440:1080_1920x0_80_0_0_ccb554a35ba483540c966c6648cfe639.pngSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər, azərbaycan, видео
xəbərlər, azərbaycan, видео
O özü bütöv bir dövr idi: Cəbiş müəllim dahi qarabağlını – Üzeyir Hacıbəylini yada salır
Sputnik Azərbaycan-ın Qarabağın görkəmli yetirmələrinə həsr olunmuş layihəsinin növbəti buraxılışında Cəbiş müəllim dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyovdan danışacaq.
BAKI, 25 noyabr — Sputnik. Azərbaycanın müasir peşəkar musiqi sənətinin banisi Üzeyir Hacıbəyli milli musiqimizin tarixində bütöv bir dövrü özündə birləşdirir.
Gələcək bəstəkar, dirijor, musiqiçi, publisist, dramaturq, pedaqoq və görkəmli ictimai xadim 18 sentyabr 1885-ci ildə Şuşa yaxınlığındakı Ağcabədidə anadan olub.
Şərqin ilk operasının müəllifi olan bəstəkar ilk milli musiqili teatrın da əsasını qoyub. Hacıbəyli həmçinin Azərbaycan musiqi sənətinin tarixinə milli bəstəkarlıq məktəbinin qurucusu kimi daxil olub.
Bəstəkarın yaradıcılığında Şərqin və Qərbin musiqi üslubları, Azərbaycan xalq və klassik Avropa musiqisinin elementləri təşəkkül tapıb.
Ondan əlavə, o digər janrlardakı əsərlərin də müəllifidir – müstəqil Azərbaycanın və Azərbaycan SSR-in himnlərinin musiqisini yazıb. Böyük Vətən müharibəsi dövründə bəstəkar bir sıra vətənpərvərlik mövzusunda əsərlər yaradıb.
Hacıbəyli həmçinin elmi, satirik və qəzet məqalələrinin, "Mətbuatda istifadə olunan siyasi, hüquqi, iqtisadi və əsgəri sözlərin türki-rusi və rusi-türki lüğəti", “Hesab məsələləri”, “Azərbaycan xalq musiqisinin əsasları” kitablarının müəllifidir.
Bəstəkar 1948-ci il noyabrın 23-də Bakıda vəfat edib və bu şəhərdə də dəfn olunub.