Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan, 1920
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

PZR testinin nəticəsi ilə bağlı SMS gəlmirsə, nə etməli?

© Sputnik / Vitaliy Timkiv / Mediabanka keçidPZR testi
PZR testi - Sputnik Azərbaycan, 1920, 03.02.2022
Abunə olmaq
Bəzi hallarda koronavirusa yoluxan şəxslər yeddigünlük təcrid müddətini başa vursalar da, onlara SMS gəlmir. Bu zaman vətəndaş nə etməlidir
BAKI, 3 fevral — Sputnik. Bəzi hallarda koronavirusa yoluxan şəxslər yeddigünlük təcrid müddətini başa vursalar da, onların telefonuna yaşayış yerini tərk edib-etməməsi ilə əlaqədar SMS gəlmir. Belə hallarda vətəndaşlar evdən çıxmalarına icazə olub-olmadığını bilmirlər.
Sputnik Azərbaycan xəbər verir ki, TƏBİB-in nümayəndəsi Elnarə Baxışın sözlərinə görə, vətəndaşların telefonuna PZR testinin nəticəsi ilə bağlı SMS daxil olmayıbsa, bu zaman həmin şəxslər telefonlarına "e-Təbib" mobil tətbiqini yükləməli, daha sonra şəxsi kabinet menyusunda müvafiq məlumatları daxil etməklə testin nəticəsini yoxlamalıdırlar.

"Yoxlama zamanı şəxsin şəkli qırmızı rənglə haşiyəyə alınıbsa və şəklin altında "Siz COVID-19 virusuna yoluxmuşsunuz" ifadəsi qeyd olunubsa, bu, həmin şəxsin karantin müddətinin davam etdiyini göstərir. Əgər həmin ifadə şəklin altında qeyd olunmayıbsa, eyni zamanda, şəkil bənövşəyi və ya yaşıl rənglə haşiyəyə alınıbsa, bu, o deməkdir ki, həmin şəxsin karantin müddəti başa çatıb", - deyə o bildirib.

Qeyd edək ki, Nazirlər Kabinetinin 22 yanvar 2022-ci il tarixli 28 nömrəli Qərarına əsasən SARS-CoV-2 PZR test nəticəsi “müsbət” olan şəxslərin və onların müəyyən olunmuş “sıx təmaslı”larının təcrid (karantin) müddəti ölkəmizdə 14 gündən 7 günə azaldılıb.
COVID-19 xəstəliyini keçirmiş, bununla bağlı PZR testinin nəticəsi pozitiv çıxmış və rəsmi qeydiyyata düşmüş şəxslər 7 gündən sonra “İmmunitet sertifikatı” əldə edə bilərlər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Həmçinin oxuyun:
Karantin müddəti bitdikdən sonra SMS almadan evi tərk etmək olarmı?
Moskvadan Gəncəyə daha bir təyyarə reysi açılır
Bakıdan Rusiyanın daha bir şəhərinə uçuşlar başlayır
Karantin nəzarətinə götürülmə müddəti barədə yeni qayda kimə şamil edilir? TƏBİB açıqladı
Xəbər lenti
0