Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Moskvadan Gəncəyə daha bir təyyarə reysi açılır

© Sputnik / Maxim Bogodvid / Mediabanka keçidUtair
Utair - Sputnik Azərbaycan, 1920, 02.02.2022
Abunə olmaq
Uçuşlar hər həftənin çərşənbə günləri reallaşacaq.
BAKI, 2 fevral — Sputnik. Fevralın 9-dan Rusiyanın "Utair" hava yolları Moskva – Gəncə istiqamətində uçuşlara başlayır. Sputnik Azərbaycan "Report"a istinadən xəbər verir ki, uçuş hər həftənin çərşənbə günləri reallaşacaq.
Təyyarə Gəncədən saat 11.30-da, Moskvadan isə saat 6.05-də havaya qalxacaq. Təyyarələrə biletin qiyməti 102 avrodan başlayacaq.
Xatırladaq ki, "Azərbaycan Hava Yolları" QSC (AZAL) Bakıdan daha bir ölkəyə uçuşları bərpa edir. Fevralın 18-dən Bakıdan Qazaxıstanın Aktau şəhərinə uçuşlar başlayacaq.
Aviareyslər həftənin çərşənbə axşamı, cümə və bazar günləri həyata keçiriləcək.
Aviabiletləri aviaşirkətin rəsmi saytında, həmçinin aviadaşıyıcının akkreditə olunmuş agentliklərində rəsmiləşdirmək mümkün olacaq.
Reyslərə yalnız COVID-19 pandemiyası səbəbindən tətbiq edilən məhdudiyyətlər şəraitində uçuş icazəsi olan sərnişinlər kateqoriyası qəbul olunacaq.
Qazaxıstana səyahət edən Azərbaycan vətəndaşları ölkəyə giriş qaydaları ilə burada tanış ola bilərlər: https://www.azal.az/az/information/covid-kazakhstan
Azərbaycanda COVID-19 üçün test verilə bilən klinikaların siyahısı aviaşirkətin saytında qeyd edilib: https://www.azal.az/az/information/covid-clinics.
Sərnişin Aktau şəhərindən Bakıya uçuş zaman COVID-19-a dair testi dövlət tərəfindən akkreditə olunmuş və PCR-testi üsulu ilə analiz götürən istənilən klinika və ya laboratoriyada verə bilər.
PZR testin mənfi nəticəsi barədə arayışda onun həqiqiliyini təsdiq edən QR-kodun olması tövsiyə edilir. Belə kodun mövcudluğu hava limanında rəsmiyyət prosedurlarından daha sürətli keçməyə kömək edəcək.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Həmçinin oxuyun:
Yerevan-İstanbul-Yerevan aviareysləri 3 il müddətinə “hava vergisi"ndən azad ediləcək
Bakıdan Rusiyanın daha bir şəhərinə uçuşlar başlayır
Deputatlardan narazılıq: AZAL-ın qiymət siyasəti turistlərin gəlişinə mane olur
Xəbər lenti
0