Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan, 1920
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Karantin müddəti bitdikdən sonra SMS almadan evi tərk etmək olarmı?

© Sputnik / Ilham MustafayevPolis vətəndaşın şəxsiyyət vəsiqəsini yoxlayır
Polis vətəndaşın şəxsiyyət vəsiqəsini yoxlayır - Sputnik Azərbaycan, 1920, 01.02.2022
Xəbərlərə abunə olun
Yandex newsTelegram
Yoxlama zamanı şəxsin şəkli qırmızı rənglə haşiyəyə alınıbsa və şəklin altında "Siz COVID-19 virusuna yoluxmusunuz!" ifadəsi qeyd olunubsa, bu həmin şəxsin karantin müddətinin davam etdiyini göstərir
BAKI, 1 fevral — Sputnik. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi koronavirusa yoluxan şəxslərin 7 günlük təcrid müddəti başa çatandan sonra SMS almadan yaşayış yerini tərk etmələrinin qanuni olub-olmadığına aydınlıq gətirib.
Sputnik Azərbaycan xəbər verir ki, agentlikdən "Report"un sorğusuna cavab olaraq bildirilib ki, vətəndaşlara PCR test nəticəsi ilə bağlı SMS daxil olmayıbsa, bu zaman həmin şəxslər öz mobil telefonlarına "E-Təbib" mobil tətbiqini yükləməli, mobil tətbiqdə "Şəxsi kabinet" menyusunda müvafiq məlumatları daxil etməklə testin nəticəsini yoxlaya bilərlər.
Yoxlama zamanı şəxsin şəkli qırmızı rənglə haşiyəyə alınıbsa və şəklin altında "Siz COVID-19 virusuna yoluxmusunuz!" ifadəsi qeyd olunubsa, bu həmin şəxsin karantin müddətinin davam etdiyini göstərir:

"Əgər sözügedən ifadə şəklin altında qeyd olunmayıbsa və şəkil bənövşəyi və ya yaşıl rənglə haşiyəyə alınıbsa bu həmin şəxsin karantin müddətinin başa çatdığını göstərir. Bundan əlavə, vətəndaşlara SMS gəlmədiyi hallarda PCR testinin nəticəsi ilə bağlı məlumatı yaşadıqları ərazi üzrə poliklinikaya müraciət edib şəxsiyyət vəsiqələrindəki FİN kodu təqdim edərək cavab ala bilərlər".

Xatırladaq ki, Nazirlər Kabinetinin müvafiq qərarı ilə COVID-19 virusunun yeni mutasiyasına yoluxan şəxslərin 7 günədək azaldılmış karantin müddəti yanvarın 24-dən əvvəl PCR test nəticəsi "müsbət" olan şəxslərə və onların müəyyən olunmuş "sıx təmaslı"larına da şamil edilir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin!
Xəbər lenti
0