https://sputnik.az/20220125/karantin-muddetinin-azaldilmasi-barede-yeni-qerar-kimlere-aiddir-tebb-den-aciqlama-438469020.html
Karantin nəzarətinə götürülmə müddəti barədə yeni qayda kimə şamil edilir? TƏBİB açıqladı
Karantin nəzarətinə götürülmə müddəti barədə yeni qayda kimə şamil edilir? TƏBİB açıqladı
Sputnik Azərbaycan
Əhalinin vaksinasiyada aktiv iştirakı nəticəsində Azərbaycanda epidemioloji vəziyyətin sabit qalmasına nail olunub. 25.01.2022, Sputnik Azərbaycan
2022-01-25T10:45+0400
2022-01-25T10:45+0400
2022-01-25T11:57+0400
təbib
səhiyyə
omikron ştammı
omikron
koronavirus
covid-19
https://cdnn1.img.sputnik.az/img/07e5/04/16/426765441_0:0:3072:1728_1920x0_80_0_0_a3665ecb9ad3dc3bbef0ae9dca82e935.jpg
BAKI, 25 yanvar — Sputnik. COVID-19 virusunun yeni mutasiyasına yoluxmuş şəxslərin 7 günədək azaldılmış karantin müddəti yanvarın 24-dən əvvəl PCR test nəticəsi "müsbət" olan şəxslərə, onların müəyyən olunmuş "sıx təmaslı"larına da şamil edilir.Sputnik Azərbaycan-ın xəbərinə görə, bu barədə Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin birgə yaydığı məlumatda bildirilir.Qeyd olunub ki, "Omikron" mutasiyasının genetik xüsusiyyətlərini nəzərə alaraq vətəndaşlardan səhiyyə qurumlarının müəyyən etdiyi virusa yoluxma riskini azaldan göstərişlərə əməl etmələri xahiş olunur: Xatırladaq ki, dünəndən Azərbaycanda COVID-19 xəstələri ilə təmasda olan şəxslərin karantin nəzarətinə götürülməsi ilə bağlı yeni qayda qüvvəyə minib. Bununla bağlı Baş nazir Əli Əsədov yanvarın 22-də qərar imzalayıb.Qərara əsasən, "Azərbaycan Respublikasının ərazisində hava-damcı yolu ilə keçən yoluxucu xəstəliklər zamanı karantin nəzarətinə götürülmə qaydaları"na dəyişiklik edilib. Belə ki, karantin müddətində təmasda olan şəxsdə yoluxucu xəstəliyin simptomları aşkar edildikdə, həmin şəxs laboratoriya müayinəsindən keçiriləcək. Müayinənin nəticəsi pozitiv olduqda, həmin şəxs müalicəyə cəlb olunacaq.Qərarla daha bir bənd isə ləğv edilib:"Yaşadıqları və ya olduqları yerdə karantin nəzarətinə götürülmüş şəxslərin laboratoriya müayinəsi bu qaydaya uyğun olaraq həyata keçirilirdi. Karantin nəzarətinin müddəti başa çatdığı vaxt aparılan müayinələrin nəticəsi neqativ olduqda, karantin müddəti başa çatmış hesab edilirdi. Karantin nəzarətinin müddəti başa çatdığı vaxt aparılan sonuncu laboratoriya müayinəsinin nəticələri əldə olunana qədər karantin nəzarətinə götürülmüş şəxsin yaşadığı və ya olduğu yeri tərk etməsi qadağan idi".
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/04/16/426765441_341:0:3072:2048_1920x0_80_0_0_5ad87394dc8228158167d5f43b02faf6.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
karantin müddəti kimlər üçün azaldılıb təbib izahat verdi
karantin müddəti kimlər üçün azaldılıb təbib izahat verdi
Karantin nəzarətinə götürülmə müddəti barədə yeni qayda kimə şamil edilir? TƏBİB açıqladı
10:45 25.01.2022 (Yenilənib: 11:57 25.01.2022) Əhalinin vaksinasiyada aktiv iştirakı nəticəsində Azərbaycanda epidemioloji vəziyyətin sabit qalmasına nail olunub.
BAKI, 25 yanvar — Sputnik. COVID-19 virusunun yeni mutasiyasına yoluxmuş şəxslərin 7 günədək azaldılmış karantin müddəti yanvarın 24-dən əvvəl PCR test nəticəsi "müsbət" olan şəxslərə, onların müəyyən olunmuş "sıx təmaslı"larına da şamil edilir.
Sputnik Azərbaycan-ın xəbərinə görə, bu barədə Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin birgə yaydığı məlumatda bildirilir.
Qeyd olunub ki, "Omikron" mutasiyasının genetik xüsusiyyətlərini nəzərə alaraq vətəndaşlardan səhiyyə qurumlarının müəyyən etdiyi virusa yoluxma riskini azaldan göstərişlərə əməl etmələri xahiş olunur:
"Aparılan tədqiqatların nəticələri bir daha göstərir ki, virusun yeni, sürətlə yayılan təhlükəli variantlarının yarada biləcəyi ağırlaşma hallarından qorunmağın ən effektiv yolu vaksinasiyadır. Əhalinin vaksinasiyada aktiv iştirakı nəticəsində Azərbaycanda epidemioloji vəziyyətin sabit qalmasına nail olunub. Səhiyyə qurumları vətəndaşlarımızı yayılan yeni ştammdan qorunmaq üçün gücləndirici ("buster") doza ilə vaksin olunmağa çağırır".
Xatırladaq ki, dünəndən Azərbaycanda COVID-19 xəstələri ilə təmasda olan şəxslərin karantin nəzarətinə götürülməsi ilə bağlı yeni qayda qüvvəyə minib. Bununla bağlı Baş nazir Əli Əsədov yanvarın 22-də qərar imzalayıb.
Qərara əsasən, "Azərbaycan Respublikasının ərazisində hava-damcı yolu ilə keçən yoluxucu xəstəliklər zamanı karantin nəzarətinə götürülmə qaydaları"na dəyişiklik edilib. Belə ki, karantin müddətində təmasda olan şəxsdə yoluxucu xəstəliyin simptomları aşkar edildikdə, həmin şəxs laboratoriya müayinəsindən keçiriləcək. Müayinənin nəticəsi pozitiv olduqda, həmin şəxs müalicəyə cəlb olunacaq.
Qərarla daha bir bənd isə ləğv edilib:
"Yaşadıqları və ya olduqları yerdə karantin nəzarətinə götürülmüş şəxslərin laboratoriya müayinəsi bu qaydaya uyğun olaraq həyata keçirilirdi. Karantin nəzarətinin müddəti başa çatdığı vaxt aparılan müayinələrin nəticəsi neqativ olduqda, karantin müddəti başa çatmış hesab edilirdi. Karantin nəzarətinin müddəti başa çatdığı vaxt aparılan sonuncu laboratoriya müayinəsinin nəticələri əldə olunana qədər karantin nəzarətinə götürülmüş şəxsin yaşadığı və ya olduğu yeri tərk etməsi qadağan idi".