CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

COVID-ə yoluxmuş hamilələr üçəm və dördəm dünyaya gətirib

© ATUÜçəm
Üçəm - Sputnik Azərbaycan, 1920, 02.02.2022
Abunə olmaq
Yanvarın 26-da Mərkəzə gətirilən 44 yaşlı hamilə qadın vəziyyəti daha da ağırlaşdığı üçün reanimasiyaya yerləşdirilib.
BAKI, 2 fevral — Sputnik. COVID-19-a yoluxmuş və vəziyyətləri ağırlaşdığı üçün Kliniki Tibbi Mərkəzə yerləşdirilmiş iki hamilə qadından biri üçəm, biri dördəm dünyaya gətirib.
Sputnik Azərbaycan xəbər verir ki, bu barədə APA-ya Kliniki Tibbi Mərkəzin mətbuat xidmətindən məlumat verilib.
Yanvarın 26-da Mərkəzə gətirilən 44 yaşlı hamilə qadın vəziyyəti daha da ağırlaşdığı üçün reanimasiyaya yerləşdirilib:
"Daha sonra həkimlər 30 həftə 6 günlük olan hamiləliyin sonlandırılması qərarını alıb və 4 gün sonra, yanvarın 31-də qeysəriyyə əməliyyatı ilə üçəmlər dünyaya gəlib. Üçəmlərin hər biri qızdır. Çəkiləri 1 200, 1 180, 755 qram olub. Hazırda onların üçü də küvəzdədir. İkisinin vəziyyəti stabil, birinin vəziyyəti isə ağır olaraq qalır.
31 həftəlik 22 yaşlı hamilə qadın isə fevral ayının 1-də Mərkəzə yerləşdirilib. Onun da vəziyyəti orta-ağır olduğu üçün təcili olaraq əməliyyata alınıb və dördəmləri dünyaya gəlib. Dördəmlərdən üçü qız, biri oğlandır.
Onların çəkiləri 1 340, 1 440, 1 250 və 1 300 qram olub. Hazırda ikisinin vəziyyəti stabil, ikisinin vəziyyəti isə ağır olaraq qalır", - məlumatda bildirilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Həmçinin oxuyun:
Uşaq narkoloji dispanserinin yaradılması təklif edilir - Komitə
İnfluenza uşaqlar üçün bu dərmanların tapılmamasına səbəb oldu
Dilənən uşaqlar tapılıb təhvil verilir, lakin yenidən küçələrə qayıdırlar - Bahar Muradova
Azərbaycanda kişilərə ödənişli atalıq məzuniyyəti veriləcək
Xəbər lenti
0