CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Dilənən uşaqlar tapılıb təhvil verilir, lakin yenidən küçələrə qayıdırlar - Bahar Muradova

© Sputnik / Rashad KeremogluMilli Məclis sədrinin müavini Bahar Muradova
Milli Məclis sədrinin müavini Bahar Muradova - Sputnik Azərbaycan, 1920, 22.12.2021
Abunə olmaq
B.Muradova təəssüflə bildirir ki, aşkarlanan belə uşaqlar harasa yerləşdirildikdən sonra yenidən imkan tapıb həmin yeri tərk edir, qaçır və seçimi küçə həyatı olur.
BAKI, 22 dekabr — Sputnik. Qarşıda bizi ailə strategiyası ilə bağlı böyük bir sənədin qəbulu gözləyir. Sosial Tədqiqatlar Mərkəzinin "Sosial-psixoloji təhlil"i olmadan vəziyyəti doğru-düzgün dərk edib, təhlil edib, çıxış yolları barədə cəmiyyətin müxtəlif təbəqələrinin fikrini almadan bir sənədi işləmək mümkün deyil. Bu heç məqsədəuyğun da deyil.
Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova jurnalistlərin suallarını cavablayarkən deyib.
O bildirib ki, aparılan tədqiqat gözlənilən nəticələri verdi.
Bahar Muradova kimsəsiz olan uşaqların diləndirilməsi məsələsinə münasibət bildirərək deyib ki, bu problem gələcəyimizi təhdid edir:

"Böyük insanların əlində azyaşlı uşaqlar pul əldə etmək üçün vasitəyə çevrilir, diləndirilir. Onlar hətta öz ata-anaları tərəfindən də bu işə cəlb olunurlar. Hüquq-mühafizə orqanları tərəfindən diləndirilən uşaqlarla bağlı ciddi mübarizə tədbirləri aparılmalıdır. Uşağ əməyinin hər hansı şəkildə istismarı qəbuledilməzdir. Bunadək də gördüyümüz işləri davam etdirməliyik. Biz həmin uşaqları ailələrinin, yaxın adamlarının tapılması prosesinə qoşuluruq. Əgər bu şəxslər yoxdursa, onların dövlət müəssisələrinə yerləşdirilməsi məsələsi ilə məşğul oluruq. Həmin uşaqların təhsili və psixoloji reabilitasiyası işini təşkil edirik".

Bahar Muradova təəssüflə bildirir ki, diləndirilən belə uşaqlar aşkarlandıqda, harasa yerləşdirildikdən sonra yenidən imkan tapıb həmin yeri tərk edir, qaçır və seçimi küçə həyatı olur.
Həmçinin oxuyun:
Komitə sədri: Üzərimizə düşən öhdəlikləri yerinə yetiririk
Azərbaycanda ailə üçün əsas təhdid nədir? - İctimai rəy
Azərbaycanda ailə dəyərləri dəyişib? - Sorğunun maraqlı nəticəsi
Xəbər lenti
0