Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan, 1920
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

İnfluenza uşaqlar üçün bu dərmanların tapılmamasına səbəb oldu

© AFP 2023 / MICHELE SPATARIDərman
Dərman - Sputnik Azərbaycan, 1920, 30.01.2022
Abunə olmaq
Bəlğəm əleyhinə verilən Bronxolit, qızdırma salan Nurafen dərmanı əksər apteklərdə tapılmır. Bundan başqa, Prospan, Efidro, boğaza faydalı hesab edilən Doktor Mom, ACC Sirop da apteklərdə yoxa çıxıb.
BAKI, 30 yanvar — Sputnik. Son günlər uşaqların virusdan müalicəsində istifadə olunan bəzi dərmanların tapılmasında çətinliklər müşahidə olunur. Virus əleyhinə verilən dərman və qüvvətləndirici qismində vitaminlərin tapılmaması valideynləri narahat edir.
Hansı dərmanlar tapılmır, səbəbi nədir? Sputnik Azərbaycan bunun səbəbini araşdırmağa çalışıb.

Valideynlər hansı dərmanları almaqda çətinlik çəkirlər?

Apteklərdən, valideynlərdən aldığımız məlumatda bildirilir ki, bəlğəm əleyhinə verilən Bronxolit dərmanı apteklərdə tapılmır. Qızdırma salan Nurafen dərmanı əksər apteklərdə yoxdur. Bundan başqa, Prospan, Efidro, boğaza faydalı hesab edilən Doktor Mom, ACC Sirop da apteklərdə yoxa çıxıb.
Tapılması müşkülə çevrilən digər dərmanlar Codellac, Vita Baby, biyankökü siropu, Sefekon şamı, Medotux siropudur. Bəzi apteklərdən bildirildi ki, əslində adıçəkilən dərmanlar gündəlik olaraq gəlir, sadəcə olaraq tələbat yüksək olduğundan qısa zamanda satılır.
Qeyd edək ki, virusa qarşı mübarizədə uşaqların müalicəsində istifadə olunan dərmanların qiyməti kifayət qədər yüksəkdir. Tamiflu dərmanı, demək olar ki, əksər apteklərdə olmasa da, bəzilərindən 46 manata almaq mümkündür. Uşaqların müalicəsində də istifadə olunan tək dərmanın qiymətinin 46 manat olması bir uşağın müalicəsinə azı 200-300 manat vəsaitin xərclənməsi deməkdir. Qiymətə analizlər, həkim qəbulu, dərmanlar daxildir.

İnfluenza hər il pandemik vəziyyət yaradır

Son zamanlar uşaqlar arasında virusla xəstələnmələrin sayı artıb. Xüsusən məktəb yaşlılar arasında xəstələnmə halları çox müşahidə olunur.
Pediatr Telman Aytayev Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, hazırda uşaqlar arasında yayılan influenza A (H1N1) virusudur, hər il pandemik vəziyyət yaradır. Həkim bildirir ki, belə xəstələrdə infeksiyanın olması təbii haldır.
Həkim bildirir ki, xəstəlik xüsusən balaca uşaqlara təhlükə, risk yaradır: "Yaşı beşdən kiçik körpələr risk qruplarıdır. İnfluenza virusundan qorunmaq məqsədilə ümumilikdə ona qarşı vaksin olunmaq vacibdir. Ən azı bununla influenza virusundan 60-70 faiz qorunmaq olar".
Virusdan qorunmaq məqsədi ilə peyvənddən əlavə maska taxmaq, normal, sağlam, vitaminli qidalar qəbul etmək lazımdır.

İnfluenza A virusu böyükləri də əldən salır

İnfeksionist Fərrux Sədirov Sputnik Azərbaycan-a açıqlamasında deyir ki, influenza virusu nəinki uşaqlar, böyüklər arasında da geniş yayılıb. İnfluenza A, İnfluenza B virusu xüsusilə geniş yayılır. İnfluenza B yüngül xəstələnməyə səbəb olur. İnfluenza A virusu nisbətən ağır keçir.
Fərrux Sədirov bildirir ki, İnfluenza A virusunun koronavirusdan fərqi odur ki, İnfluenza A xəstəliyi ani olaraq yüksək qızdırma ilə başlayıb üşümə-titrəmə ilə müşahidə olunur:
"Sonradan boğucu öskürək, boğaz ağrısı, baş ağrısı müşahidə olunur. Saç dibində, göz qapaqlarında ağrılar olur. Lakin virusu dəqiq müəyyənləşdirmək məqsədilə test vermək lazımdır".
O bildirib ki, rasional yuxu rejimi, fiziki aktivlik, qapalı məkanlarda az olmaq, qapalı yerləri havalandırmaq, gigiyenik qaydalara əməl etmək, sosial məsafənin gözlənilməsi də virusdan qorunmada önəmlidir".
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Eləcə də oxuyun:
* Uşaqlar arasında yayılan virus nədir? Nazirlik və mütəxəssislər həyəcan təbili çalır
* Uşaqları yayılan xəstəlikdən necə qoruyaq?
* Dərman içmədən xəstəlikdən necə yaxa qurtara bilərik?
Xəbər lenti
0