Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan, 1920
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

AFFA hesabat yaydı: gəlirlər və xərclər məlum oldu

AFFA  - Sputnik Azərbaycan, 1920, 02.02.2022
Abunə olmaq
Ötən il AFFA-nın büdcəsinə 26 milyon 636 min 579 manat vəsait daxil olub.
BAKI, 2 fevral — Sputnik. AFFA-nın bu gün keçirilən Hesabat Konfransında qurumun Maliyyə və Mühasibat Departamentinin 2021-ci il üçün hesabatı təqdim olunub.
Sputnik Azərbaycan xəbər verir ki, ötən il qurumun büdcəsinə 26 milyon 636 min 579 manat vəsait daxil olub.
Bu məbləğin 12 milyon manatı AFFA-nın baş sponsoru olan SOCAR-ın hesabına düşür. Vəsaitin 5 milyon 15 min 425 manatı UEFA-dan, 5 milyon 742 min 346 manatı milli komandanın yayım hüququndan, 2 milyon 923 min 188 manatı FİFA-dan, 47 min 200 manatı "Coca Cola"dan, 236 min manatı "Paşa Sığorta"dan, 16 min 874 manatı UNİCEF-dən, 123 min 900 manatı P&G-dan, digər 530 min 646 manat isə başqa mənbələrdən assosiasiyanın hesabına daxil olub.
Xatırladaq ki, 2020-ci ildə qurumun büdcəsinə 22 milyon 803 min 052 manat vəsait daxil olmuşdu.
Bu məbləğin 11 milyon 400 min manatı AFFA-nın baş sponsoru olan SOCAR-ın hesabına düşürdü. Vəsaitin 4 milyon 319 min 140 manatı UEFA-dan, 3 milyon 814 min 638 manatı milli komandanın yayım hüququndan, 2 milyon 634 min 803 manatı FİFA-dan, 94 min 400 manatı “Coca Cola”dan, 187 min 322 manatı "Paşa Sığorta"dan, 63 min 400 manatı UNİCEF-dən, 125 min 636 manatı P&G-dan, digər 163 min 713 manat isə başqa mənbələrdən assosiasiyanın hesabına daxil olub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Həmçinin oxuyun:
AFFA-nın kütləvi milliləşmə siyasəti davam edir
AFFA Ermənistana görə UEFA-ya müraciət edib
Kamran Ağayev kimi ol: bir günə futboldan gedib-qayıtdı
Xəbər lenti
0