https://sputnik.az/20220111/azerbaycan-millisinin-en-yaxsi-qapicisi-futboldan-niye-gedir-438046521.html
Kamran Ağayev kimi ol: bir günə futboldan gedib-qayıtdı
Kamran Ağayev kimi ol: bir günə futboldan gedib-qayıtdı
Sputnik Azərbaycan
Kamran Ağayev qapıçı karyerasını bitirmək istəyirdi, bu gün keçirdiyi görüş taleyini dəyişib. 11.01.2022, Sputnik Azərbaycan
2022-01-11T17:42+0400
2022-01-11T17:42+0400
2022-01-11T17:43+0400
qapıçı
idman
futbol
azərbaycan
https://cdnn1.img.sputnik.az/img/42162/36/421623633_674:723:1298:1074_1920x0_80_0_0_a39a464b8ab8cd5d7970a401d2e8cb07.jpg
BAKI, 11 yanvar — Sputnik. Azərbaycan futbol üzrə milli komandasının keçmiş qapıçısı Kamran Ağayevin futboldan getmək barədə niyyəti gerçəkləşməyib. Daha doğrusu, o, qapıçı karyerasını bitirmək istəyirdi, əvəzində bu gün yenidən işlə təmin olunub.Sputnik Azərbaycan-ın məlumatına görə, AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov bu gün Kamran Ağayevlə görüşüb. Görüşdə AFFA-nın vitse-prezidenti Vaqif Sadıqov və Texniki Departamentin rəhbəri Cahangir Həsənzadə də iştirak ediblər.Assosiasiyanın rəsmi saytında verilən məlumatına görə, Məmmədov futbolçu karyerasını yenicə başa vuran Ağayevə təşəkkürünü bildirib və gələcək fəaliyyətində uğurlar arzulayıb.AFFA-nın təklifi ilə Kamran Ağayev qapıçı məşqçiləri üçün təşkil olunan müxtəlif kurslarda iştirak edəcək, milli komandalarda qapıçı məşqçisi kimi fəaliyyət göstərəcək.------13:23Sputnik Azərbaycan xəbər verir ki, Azərbaycan futbol üzrə milli komandasının keçmiş qapıçısı Kamran Ağayev futbol karyerasına son qoymaq niyyətindədir. Bakının "Səbail" klubunun tərkibinə daxil olan məşhur azərbaycanlı qolkiper komandanın rəhbərliyinə müraciət edərək idman karyerasına son qoymaq niyyətində olduğunu bildirib. Çox güman ki, bu məsələ ilə bağlı yekun qərar 35 yaşlı qolkiperlə "Səbail"in baş məşqçisi Aftandil Hacıyevin görüşündən sonra veriləcək.Bir vaxtlar Azərbaycanın ən yaxşı qapıçısı sayılan Kamran Ağayev müxtəlif Avropa klublarında da oynayıb. O, ən çox "Xəzər-Lənkəran" klubunun tərkibində çıxış edib – 2006-cı ildən 2013-cü ilə kimi.2015-ci ildən Türkiyənin "Kayserispor" komandasına transfer olunan Kamran oradan da daha bir türk klubuna, İzmirin "Karşıyaka" komandasına keçib. 2016-2017-ci futbol mövsümündə isə Portuqaliyanın "Boavişta", daha sonra qısa müddətə Çexiyanın "Mlada-Boleslav" komandasında oynayıb.Kamran Ağayev 2008-2018-ci illərdə Azərbaycan yığma komandasına cəlb olunub.
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Teymur Tuşiyev
https://cdnn1.img.sputnik.az/img/42183/82/421838240_582:0:2630:2048_100x100_80_0_0_414008fb9d59af0d938ee6d4c309b573.jpg
Teymur Tuşiyev
https://cdnn1.img.sputnik.az/img/42183/82/421838240_582:0:2630:2048_100x100_80_0_0_414008fb9d59af0d938ee6d4c309b573.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42162/36/421623633_625:707:1396:1285_1920x0_80_0_0_65c6e6f72a10ea2e4d1baf0cb12cf233.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Teymur Tuşiyev
https://cdnn1.img.sputnik.az/img/42183/82/421838240_582:0:2630:2048_100x100_80_0_0_414008fb9d59af0d938ee6d4c309b573.jpg
kamran ağayev kimi ol: bir günə futboldan gedib-qayıtdı video
kamran ağayev kimi ol: bir günə futboldan gedib-qayıtdı video
Kamran Ağayev kimi ol: bir günə futboldan gedib-qayıtdı
17:42 11.01.2022 (Yenilənib: 17:43 11.01.2022) Kamran Ağayev qapıçı karyerasını bitirmək istəyirdi, bu gün keçirdiyi görüş taleyini dəyişib.
BAKI, 11 yanvar — Sputnik. Azərbaycan futbol üzrə milli komandasının keçmiş qapıçısı Kamran Ağayevin futboldan getmək barədə niyyəti gerçəkləşməyib. Daha doğrusu, o, qapıçı karyerasını bitirmək istəyirdi, əvəzində bu gün yenidən işlə təmin olunub.
Sputnik Azərbaycan-ın məlumatına görə, AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov bu gün Kamran Ağayevlə görüşüb. Görüşdə AFFA-nın vitse-prezidenti Vaqif Sadıqov və Texniki Departamentin rəhbəri Cahangir Həsənzadə də iştirak ediblər.
Assosiasiyanın rəsmi saytında verilən məlumatına görə, Məmmədov futbolçu karyerasını yenicə başa vuran Ağayevə təşəkkürünü bildirib və gələcək fəaliyyətində uğurlar arzulayıb.
AFFA-nın təklifi ilə Kamran Ağayev qapıçı məşqçiləri üçün təşkil olunan müxtəlif kurslarda iştirak edəcək, milli komandalarda qapıçı məşqçisi kimi fəaliyyət göstərəcək.
Sputnik Azərbaycan xəbər verir ki, Azərbaycan futbol üzrə milli komandasının keçmiş qapıçısı Kamran Ağayev futbol karyerasına son qoymaq niyyətindədir.
Bakının "Səbail" klubunun tərkibinə daxil olan məşhur azərbaycanlı qolkiper komandanın rəhbərliyinə müraciət edərək idman karyerasına son qoymaq niyyətində olduğunu bildirib. Çox güman ki, bu məsələ ilə bağlı yekun qərar 35 yaşlı qolkiperlə "Səbail"in baş məşqçisi Aftandil Hacıyevin görüşündən sonra veriləcək.
Bir vaxtlar Azərbaycanın ən yaxşı qapıçısı sayılan Kamran Ağayev müxtəlif Avropa klublarında da oynayıb. O, ən çox "Xəzər-Lənkəran" klubunun tərkibində çıxış edib – 2006-cı ildən 2013-cü ilə kimi.
2015-ci ildən Türkiyənin "Kayserispor" komandasına transfer olunan Kamran oradan da daha bir türk klubuna, İzmirin "Karşıyaka" komandasına keçib. 2016-2017-ci futbol mövsümündə isə Portuqaliyanın "Boavişta", daha sonra qısa müddətə Çexiyanın "Mlada-Boleslav" komandasında oynayıb.
Kamran Ağayev 2008-2018-ci illərdə Azərbaycan yığma komandasına cəlb olunub.