Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan, 1920
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

AFFA Ermənistana görə UEFA-ya müraciət edib

© AFP 2024 / FABRICE COFFRINIUEFA-nın mənzil-qərargahı, arxiv şəkli
UEFA-nın mənzil-qərargahı, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 24.01.2022
Abunə olmaq
Biz də UEFA-ya bildirmişik ki, sizin ayırdığınız vəsait bu istiqamətə yönləndirilib.
BAKI, 24 yanvar — Sputnik. AFFA Ermənistan Futbol Federasiyasının UEFA-dan gələn həmrəylik ödənişlərindən separatçıların klubu olan "Lernain Artsax"a vəsait ayırması ilə bağlı qitə futbol qurumuna müraciət edib.
Sputnik Azərbaycan xəbər verir ki, bu barədə "Report"a milli assosiasiyanın Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Firuz Abdulla məlumat verib.
Onun sözlərinə görə, həmin pulu separatçılara UEFA vermir: "Qurum vəsaiti Ermənistan Futbol Federasiyasına ayırıb. Məbləği isə klublar arasında İcraiyyə Komitəsi bölüşdürüb. Biz də UEFA-ya bildirmişik ki, sizin ayırdığınız vəsait bu istiqamətə yönləndirilib".
Qeyd edək ki, Ermənistan Futbol Federasiyasının İcraiyyə Komitəsi UEFA-dan ayrılmış həmrəylik ödənişlərini yerli klublar arasında qeyri-bərabər bölüb. Vəsaitdən Premyer Liqanın 8, I Liqanın 3 klubuna ödəniş ediləcək. Ən çox pul "Urartu"ya çatıb - 82 000 avro. "Pünik" 78 000 avro, "Van" 52 000 avro qazanacaq. "Ararat Armeniya", "Alaşkert", "Ararat", "Noa" hərəyə 46 642 avro irəli düşəcək. "Noravank" və "Şirak" hərəyə 37 000 avro, "Qandzasar" 20 000 avro, "Lernain Artsax" 15 003 avro əldə edəcək.
Vəsait klubların hesabına martda köçürüləcək. Hazırda bu klublardan ilk 8-i Premyer Liqada, son 3-ü I Liqada çıxış edir.
Xatırladaq ki, AFFA Ermənistan və Almaniyanın futbol üzrə milli komandaları arasında ötən ilin noyabrın 14-də Yerevanda keçirilən qarşılaşma zamanı ermənilərin törətdikləri təxribatla bağlı FİFA və UEFA-ya müraciət edəcəyini açıqlamışdı.
Qeyd edək ki, 2022-ci il dünya çempionatının seçmə oyunu zamanı ermənilər təxribat törədib. Azarkeşlər Azərbaycanın Qarabağ bölgəsində əvvəllər mövcud olmuş separatçı-terrorçu rejimin tör-töküntülərinin "bayrağ"ını açıblar.
Xatırladaq ki, Yerevandakı qarşılaşma Almaniya yığmasının 4:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0