CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bu gün Ümumdünya Cüzam Xəstələrinə Yardım Günüdür

© Sputnik / Aleksey Suhorukov / Mediabanka keçidXəstəxana, arxiv şəkli
Xəstəxana, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 30.01.2022
Abunə olmaq
Ölkəmizdə cüzam xəstələrinin sayı çox azdır və son illər ona rast gəlinmir. Həmin xəstəliyə mübtəla olanlar Bakının Umbakı qəsəbəsi ərazisində yerləşən Respublika Cüzam Xəstəxanasında dövlət vəsaiti hesabına müalicə olunurlar.
BAKI, 30 yanvar - Sputnik. Hər il yanvarın sonuncu bazar günü Ümumdünya Cüzam Xəstələrinə Yardım Günü kimi qeyd edilir. Sputnik Azərbaycan xəbər verir ki, həmin gün 1953-cü ildə təsis edilib. Bu, bütün həyatını qorxunc xəstəliklə mübarizəyə həsr etmiş fransız yazıçısı və jurnalisti Raul Folleronun uzun illər göstərdiyi səylər nəticəsində mümkün olub.
Bu günün qeyd olunmasında məqsəd problemə yalnız tibb işçilərinin deyil, həm də geniş ictimaiyyətin, inzibati idarəetmə orqanlarının, ictimai təşkilatların, işgüzar dairələrin, xeyriyyəçiliklə məşğul olan fondların, dini icmaların və ayrı-ayrı şəxslərin diqqətini cəlb etməkdir.
Cüzam xəstəliyini ilk dəfə 1873-cü ildə norveçli həkim Herhard Hanzen aşkar edib. Xəstəlik nəticəsində ən çox dəri, yuxarı tənəffüs yolları və periferik sinirlər zədələnir. Həmin toxumalarda xarakterik iltihab ocaqları - qranulomalar (onlara leproma deyilir) əmələ gəlir. Onu bəzən lepra və ya prokaza, yaxud Hanzen xəstəliyi də adlandırırlar.
Cüzam bəşəriyyətə məlum olan ən qədim xəstəliklərdən biridir. Bu xəstəlik haqqında məlumatlara eramızdan əvvəl XV-X əsrlərə aid olan qədim yazılı abidələrdə rast gəlinir. Tibb elminin müasir uğurları sayəsində dünyada 14 milyon insan bu qorxunc xəstəlikdən xilas olub. Cəsarətlə söyləmək olar ki, dünyanın təqribən 100-ə yaxın ölkəsində cüzam xəstəliyi tamamilə yox dərəcəsindədir. Lakin Hindistan, İndoneziya, Banqladeş, Braziliya və Mərkəzi Afrikanın bəzi ölkələrində bu xəstəlik ciddi problem olaraq qalır.
Ölkəmizdə cüzam xəstələrinin sayı çox azdır və son illər ona rast gəlinmir. Həmin xəstəliyə mübtəla olanlar Bakının Umbakı qəsəbəsi ərazisində yerləşən Respublika Cüzam Xəstəxanasında dövlət vəsaiti hesabına müalicə olunurlar.
Təbiətdə yalnız insan bədənində olan Hanzen basilinin süni mühitlərdə çoxalması mümkün olmayıb. Basil, insandan əlavə yalnız Cənubi Amerikada yaşayan Armadillo və bəzi siçan növlərində xəstəliyə yol aça bilməkdədir. Bu xəstəliyin yaranmasına,pis qidalanma, avitaminoz, antisanitariya şərait yaradır.
Güman edilir ki, cüzam törədiciləri orqanizmə zədələnmiş dəridən və yuxarı tənəffüs yollarının selikli qişasından düşür.İnsanlar arasında yoluxmanın necə olduğu qəti olaraq bilinməməklə bərabər tez-tez və uzun müddət davam edən təmas nəticəsində baş verə biləcəyi düşünülür.
Xəstəlik uşaqlara ana südü ilə keçə bilir. Xəstəliyə həssaslıq 3-5 yaşları arasında daha çoxdur. Xəstəlik gedişinə görə 3 tipə - lepratomaq, tuborkuloid, diferensləşməyən tipə ayrılır. Cüzam sağalmayan xətəlikdir. Bu xəstəliyə tutulanlar ömürlərinin axırına qədər insanlardan uzaqda yaşayaraq hər kəsdən gizlənməyə çalışırlar. Xəstəliyin inkubasiya dövrü 5 ildən 55 ilə qədərdir.
Xəstəliyin əlamətləri bunlardır: sümükdə ərimə, aperatsiya, əzələ qrupunun tədricən nazikləşib yox olması, görmə qabiliyyətinin itməsi, daxili orqanlarda müəyyən dəyişikliklərin əmələ gəlməsi. İnsan öz normal görkəmini get-gedə itirərək, qorxunc forma alır. Cüzamlı xəstələrdə qaşlar tökülür, üzdə, qulaq dibində şişkinliklər olur.
Adıçəkilən xəstəliyin 3000 illik tarixi var. Vaxtilə Qədim Misirdə, Yaxın Şərqdə, Yaponiyada, Hindistanda geniş yayılmışdır. Cüzam kifayət qədər qorxulu xəstəlikdir. Vaxtilə bu xəstəliyə tutulan şəxslər seçilmək üçün hətta xüsusi geyimlər geyinib, boğazlarında zınqırov gəzdirməli olublar.
(Məqalədə Azərtac-ın materiallarından istifadə olunub)
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Həmçinin oxuyun:
İnfluenza uşaqlar üçün bu dərmanların tapılmamasına səbəb oldu
Uşaqlar arasında yayılan virus nədir? Nazirlik və mütəxəssislər həyəcan təbili çalır
Uşaqları yayılan xəstəlikdən necə qoruyaq?
Dərman içmədən xəstəlikdən necə yaxa qurtara bilərik?
Xəbər lenti
0