https://sputnik.az/20220129/derman-icmeden-xestelikden-nece-yaxa-qurtara-bilerik-438641151.html
Dərman içmədən xəstəlikdən necə yaxa qurtara bilərik?
Dərman içmədən xəstəlikdən necə yaxa qurtara bilərik?
Sputnik Azərbaycan
Mütəxəssislərin dediyinə görə, insanlar özləri də, dərman olmadan immuniteti qaldıra bilərlər. 29.01.2022, Sputnik Azərbaycan
2022-01-29T22:55+0400
2022-01-29T22:55+0400
2022-01-29T22:55+0400
dərman
səhiyyə
xəstəlik
immunitet
https://cdnn1.img.sputnik.az/img/42426/89/424268912_0:0:2977:1676_1920x0_80_0_0_06c1755b9ec32b296d1878e8d7e3a1b6.jpg
BAKI, 29 yanvar — Sputnik. Payız və qış ayları uşaqdan böyüyə hamı tez-tez qripə yoluxur, soyuqdəymədən əziyyət çəkir. Çox vaxt da dərman içmədən xəstəlikdən yaxa qurtarmağın mümkün olmadığını düşünürlər. Halbuki immun sistemini qorumaq və gücləndirməklə müəyyən xəstəliklərdən xilas olmaq mümkündür.Sputnik Azərbaycan xəbər verir ki, həkimlər iki cür immunitet forması olduğunu deyirlər: anadangəlmə və sonradan qazanılma. Hər kəs doğularkən onda müəyyən immun reaksiyaları formalaşır. Qazanılmış immunitet isə illər boyu hər hansı infeksion xəstəliyə orqanizmin reaksiyasıdır.Həkim-endokrinoloq Aynur Muxtarova Azərtac-a açıqlamasında bildirib ki, xəstəliyə tutulanda orqanizmdə immun hüceyrələri nəticəsində həmin xəstəliyə qarşı davamlılıq meydana gəlir: "Əslində qrip xəstəliyində də belədir. Qrip xəstəliyinin törədicisi hədsiz çox olduğu üçün bir törədiciyə qarşı immunitet əmələ gəlməsi digər qrip törədicilərinə qarşı immunitet əmələ gəlməməsinə səbəb olmur. Dalbadal qrip infeksiyalarına yoluxmaq həmin xəstəliyin müxtəlif törədicilərinə yoluxmaq deməkdir".İmmunitetin güclü olmasında ana südünün də çox böyük rolu var. Uşaqlara 2 yaşınadək ana südünün verilməsi çox əhəmiyyətlidir, çünki anticisimlərlə zəngin ana südü körpənin ilk peyvəndi sayılır və onu bir sıra xəstəliklərdən qoruyur.Həkim-endokrinoloq bildirib ki, ana südü sterildir və daim istifadəyə hazırdır: "Ana südünün tərkibində olan qidalar, vitamin və minerallar uşağın formalaşmasında və immunitetin əmələ gəlməsində vacib rol oynayır. Ana südünün tərkibində olan fermentlər həzmi formalaşdırır və uşaq onu daha yaxşı həzm edir".Mütəxəssislərin dediyinə görə, insanlar özləri də immuniteti qaldıra bilərlər. Normal qidalanmaq, meyvə-tərəvəzə daha çox üstünlük vermək, təmiz havada çox olmaq, idmanla məşğul olmaq lazımdır. Bütün bunlar müəyyən qədər də olsa immunitetin möhkəmlənməsinə aparıb çıxarır.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42426/89/424268912_0:0:2731:2048_1920x0_80_0_0_394746d816fd9b7d32dfff1c577ebfc3.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
dərmansız immunitet və ana südünün faydası
dərmansız immunitet və ana südünün faydası
Dərman içmədən xəstəlikdən necə yaxa qurtara bilərik?
Mütəxəssislərin dediyinə görə, insanlar özləri də, dərman olmadan immuniteti qaldıra bilərlər.
BAKI, 29 yanvar — Sputnik. Payız və qış ayları uşaqdan böyüyə hamı tez-tez qripə yoluxur, soyuqdəymədən əziyyət çəkir. Çox vaxt da dərman içmədən xəstəlikdən yaxa qurtarmağın mümkün olmadığını düşünürlər. Halbuki immun sistemini qorumaq və gücləndirməklə müəyyən xəstəliklərdən xilas olmaq mümkündür.
Sputnik Azərbaycan xəbər verir ki, həkimlər iki cür immunitet forması olduğunu deyirlər: anadangəlmə və sonradan qazanılma. Hər kəs doğularkən onda müəyyən immun reaksiyaları formalaşır. Qazanılmış immunitet isə illər boyu hər hansı infeksion xəstəliyə orqanizmin reaksiyasıdır.
Həkim-endokrinoloq Aynur Muxtarova Azərtac-a açıqlamasında bildirib ki, xəstəliyə tutulanda orqanizmdə immun hüceyrələri nəticəsində həmin xəstəliyə qarşı davamlılıq meydana gəlir: "Əslində qrip xəstəliyində də belədir. Qrip xəstəliyinin törədicisi hədsiz çox olduğu üçün bir törədiciyə qarşı immunitet əmələ gəlməsi digər qrip törədicilərinə qarşı immunitet əmələ gəlməməsinə səbəb olmur. Dalbadal qrip infeksiyalarına yoluxmaq həmin xəstəliyin müxtəlif törədicilərinə yoluxmaq deməkdir".
İmmunitetin güclü olmasında ana südünün də çox böyük rolu var. Uşaqlara 2 yaşınadək ana südünün verilməsi çox əhəmiyyətlidir, çünki anticisimlərlə zəngin ana südü körpənin ilk peyvəndi sayılır və onu bir sıra xəstəliklərdən qoruyur.
Həkim-endokrinoloq bildirib ki, ana südü sterildir və daim istifadəyə hazırdır: "Ana südünün tərkibində olan qidalar, vitamin və minerallar uşağın formalaşmasında və immunitetin əmələ gəlməsində vacib rol oynayır. Ana südünün tərkibində olan fermentlər həzmi formalaşdırır və uşaq onu daha yaxşı həzm edir".
Mütəxəssislərin dediyinə görə, insanlar özləri də immuniteti qaldıra bilərlər. Normal qidalanmaq, meyvə-tərəvəzə daha çox üstünlük vermək, təmiz havada çox olmaq, idmanla məşğul olmaq lazımdır. Bütün bunlar müəyyən qədər də olsa immunitetin möhkəmlənməsinə aparıb çıxarır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.