CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Qarabağda zərərli orqanizmlərə qarşı mübarizə aparılır

© Sputnik / Ilya Pitalev / Mediabanka keçidHadruta mənzərə, arxiv şəkli
Hadruta mənzərə, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 29.01.2022
Abunə olmaq
Görüşdə AXA-nın rəhbərliyi ilə yanaşı, Dövlət Aqrar İnkişaf Mərkəzlərinin rəhbərləri və əməkdaşları, tabeli və yerli qurumların nümayəndələri iştirak ediblər.
BAKI, 29 yanvar — Sputnik. İndiyə qədər Azərbaycanın işğaldan azad edilmiş ərazilərində 80,1 min hektar sahədə zərərli orqanizmlərə qarşı mübarizə tədbirləri görülüb.
Sputnik Azərbaycan Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir ki, bunu qurumun Aqrar Xidmətlər Agentliyinin (AXA) sədri Mirzə Əliyev bildirib.
O, bu barədə ötən ilin yekunlarına və bu il nəzərdə tutulmuş işlərə həsr olunmuş onlayn formatda görüşdə danışıb.
Görüşdə AXA-nın rəhbərliyi ilə yanaşı, Dövlət Aqrar İnkişaf Mərkəzlərinin rəhbərləri və əməkdaşları, tabeli və yerli qurumların nümayəndələri iştirak ediblər.
Qeyd edək ki, kartof güvəsi kartof məhsuluna ziyan vuraraq onu tez bir zamanda xarab etməklə yanaşı, həmin xəstəliyin ölkə ərazisində yayılmasına və digər təsərrüfatlarda da böyük iqtisadi zərərlərin meydana gəlməsinə gətirib çıxara bilər.
Belə zərərli orqanizmlər kütləvi yayıldıqda sahədə və ya çardaq altında müvəqqəti saxlanılan kartof məhsulunu 2-3 həftə ərzində tamamilə məhv edə bilir.
Qanunvericiliyə əsasən, hər hansı məhsul partiyasının zərərli orqanizmlərlə sirayətlənməsi müəyyən edildiyi halda həmin məhsul partiyasının məhv edilməsi və ya zərərsizləşdirilməsi zəruridir.
Həmçinin müvafiq qanunvericiliyə görə, karantin tətbiq edilən zərərli orqanizmlərin yayılmasının qarşısını almaq və ya məhdudlaşdırmaq üçün lazımi fitosanitar tədbirlərin yerinə yetirilməsi hüquqi və fiziki şəxslərin fitosanitar nəzarəti sahəsində başlıca vəzifə və öhdəliklərindəndir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Həmçinin oxuyun:
Qarabağda ekoloji cinayətlərlə bağlı araşdırma qısa zamanda tamamlanacaq -Nazir
Maral buynuzuna bənzəyən bu konfetlər ağacda bitir - Azərbaycanda qeyri-adi bitki
Böyük, tarixi bir sülalənin izi ilə - “Taclı nənə“ ziyarətgahı
Xəbər lenti
0