CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Böyük, tarixi bir sülalənin izi ilə - “Taclı nənə“ ziyarətgahı

© Sputnik / Leyla Abdullayeva“Taclı Nənə “ ziyarətgahı
“Taclı Nənə “ ziyarətgahı  - Sputnik Azərbaycan, 1920, 16.01.2022
Abunə olmaq
Taclı Bəyim xanım 1514-cü ildə Şah İsmayıl Xətai ilə Sultan Səlim arasında baş verən Çaldıran döyüşündə Sultan Səlimə əsir düşür.
BAKI, 16 yanvar — Sputnik. Şabranda bir çox insanların çətinliyə düşdükləri zaman üz tutduqları müqəddəs bir məkan var. Bura “Taclı Nənə“ ziyarətgahı adlanır. Bu ocaq rayonun Qazbabalı kəndi ərazisindəki su anbarının yanında , “Çıraqqala” ya gedən yolun üzərində yerləşir.
“Taclı nənə” ziyarətgahının çox maraqlı tarixçəsi var. Bu barədə Sputnik Azərbaycan-a Dağbilici kənd orta məktəbinin direktoru, həmdə tarixi müəlli olan Sirac Orucov danışdı. Onun sözlərinə görə, "Taclı nənə" böyük Səfəvilər sülaləsinin nümayəndəsidir.
“Tarixdə bəzi mənbələrədən aldığımızın məlumata görə, Şah İsmayılın Taclı Bəyim adlı sevimli, mərd xanımı olub. Taclı Bəyim xanım 1514-cü ildə Şah İsmayıl Xətai ilə Sultan Səlimin qoşunları arasında baş verən Çaldıran döyüşündə Sultan Səlimə əsir düşür. Sultanın bu xanımı əsir kimi özü ilə apardığı deyilir. Bir müddətdən sonra böyük fidyə verilərək qadın Osmanlılardan alınır. Taclı Bəyim xanım Şah İsmayıl Xətainin ən sadiq tərəfdaşı olur. Şahın ölümündən sonra taxta Təhmasibi çıxarır və 1540-cı ilə qədər burada dövlətin şah naibəsi kimi fəaliyyət göstərir. Daha sonra Taclı Bəyimin oğlanlarından biri Əlqas Mirzə Şirvan bəylərbəyliyinin hakimi olur və Taclı Bəyim də burada Şabran ərazisində yaşayır. Onun elə burada – Şabran ərazisində vəfat etdiyi deyilir. Onun Taxtakörpü su anbarının ərazisində dəfn olunması ilə bağlı söhbətlər dolaşır. Taxtakörpü su anbarı tikilən zaman qərara gəlinir ki, onun məzarı çıxarılıb təpə olan hissəyə köçürülsün və o bir neçə il öncə yeri dəyişdirilərək təpədə dəfn olunur. Yenə qeyd edirəm ki, Taclı Bəyim xanımın həmin Taclı nənə olmasının heç bir tarixi sübutu yoxdur. Amma onun Səfəvilər sülaləsinin nümayəndəsi olması dəqiqdir”, - dedi müəlllim.
© Leyla Abdullayeva“Taclı Nənə “ ziyarətgahı
“Taclı Nənə “ ziyarətgahı  - Sputnik Azərbaycan, 1920, 15.01.2022
“Taclı Nənə “ ziyarətgahı
Şabran rayon sakini Xanpəri Muradova isə Taclı nənənin necə dünyasını dəyişməsi barəsində eşitdiklərini bizimlə bölüşdü:
“Nənə-babalarımızın dediklərinə görə, rayonun Əmirxanlı ilə Qazbabalı kəndinin birləşdiyi yerdə kənd sakinləri yaşlı bir qadının gəldiyini görürlər. Bu qadının libası, hərəkətləri yerli sakinlərdən fərqli olur. Qadın əldən-ayaqdan düşmüş şəkildə gəlib bir daşın üzərində əyləşib dincini alır. Deyilənə görə, onun əlində əsası da olur. Qadın əsanı oturduğu yerə vurur və ordaca dünyasını dəyişir. Kənd sakinləri həmin qadını dəfn edirlər. Məzar itməsin deyə quru ağacdan hazırlanan əsanı da onun qəbri üzərinə basdırırlar. Bir müddət sonra yerli sakinləri görür ki, həmin quru ağac yarpaqlayıb. Onlar bundan dəhşətə gəlir. Çünki yay fəslində quraqlıq olan ərazidə qurumuş ağacın pöhrələnməsinin mümkünsüz olduğunu deyirlər. Ağac böyüyüb yulğun ağacı olur. Və ondan sonra hər kəs buranı müəddəs yer kimi qəbul edir. Bu hadisə bütün rayona səs salır. Yerli sakinlər buranın müqəddəsliyinə inanıb buranı təmiz saxlamağa başlayırlar. Həmin gündən bu günə qədər burada niyyət tutub ziyarət etməyə başlayırlar. Onu da qeyd edim ki, məzarın yeri dəyişdiriləndə həmin yulğun ağacıda gətirilib məzarın yanında basdırılır. Buna el arasında niyyət ağacı da deyilir”.
© Sputnik / Leyla Abdullayeva“Taclı Nənə “ ziyarətgahı
“Taclı Nənə “ ziyarətgahı  - Sputnik Azərbaycan, 1920, 15.01.2022
“Taclı Nənə “ ziyarətgahı
Daha bir Şabran sakini Elminaz Vəliyeva buranın müqəddəsliyini sübut edən əhvalatı bizə nəql edir:
“Taclı nənənin məzarı əvvəllər Taxtakörpü su anbarı olan ərazidə yerləşirdi. 2007-ci ildə burda su anbarı tikilən zaman məzarın yerini dəyişmək qərarına gəlirlər. Amma nə qədər etsələr də kənd sakinlərindən heç kim buna cəsarət etmədi. Başqa rayondan olan traktorçu məzar qazmağa və yerini dəyişdirməyə razı olur və işə başlayır. Məzarı qazdıqdan sonra həmin ərazidə qəza olur və həmin traktorçunun beli, ayaqları qırılır. Deyilənlərə görə hələ də həmin şəxs əlil arabasında gəzir. Bu hadisədən sonra insanların həmin məzara olan inamları daha da artır”.
Yerli sakinlərin dediklərinə görə bura el arasında “səbirsiz pir”, "süd piri” də deyilir. Əsasən oğurluq olan zaman bir litr süd gətirib məzarın yanındakı yulğun ağacının üzərinə tökürlər. Deyilənə görə, süd töküldükdən üç gün ərzində həmin oğurluğun üstü açılmış olur.
© Leyla Abdullayeva“Taclı Nənə “ ziyarətgahı
“Taclı Nənə “ ziyarətgahı  - Sputnik Azərbaycan, 1920, 15.01.2022
“Taclı Nənə “ ziyarətgahı
Beyləqan sakini Ehtram Allahyarov isə danışılanlara inanmasa da sonradan buranın möcüzəsinin şahidi olduğunu bildirir.
“Oğlum iki yaşında idi. Amma nə gəzə, nə də ayağa qalxa bilmirdi. Şabrana qonaq gəlmişdik. Burada təkidlə həmin pirə getməyimizi təklif etdilər. Düzünü desəm belə şeylərə inanmasam da, yoldaşımın təkidi ilə oğlumu həmin ocağa apardıq. Ocaqdan gəldiyimiz günün axşamı idi. Televizora baxaraq söhbət edirdik. Birdən bax, dedilər. Oğlum ayağa qalxmaq istədi. Amma ilk dəfədən yıxıldı. Sonra bir də cəhd etdi və ayağa qalxdı. Hamımız təəccüb içində idik. Oğluma əl açıb “Adil, ataya gəl dedim”. Adil addım atdı və yıxıldı. Hamımızın gözü dolmuşdu. Daha doğrusunu desəm, ən çox heyrətlənən mənəm. Həmin gecə oğlum 3 addım atdı. Ondan sonra bir həftəyə Adil sərbəst gəzməyə başladı. Mən də qurban dedim. Düzü hələ Adilin qurbanını yol uzaq olduğundan gedib kəsə bilməmişəm. Amma ora bir də getməyi səbirsizliklə gözləyirəm”, –Beyləqan sakini deyir.
Rayon sakinləri onu da vurğuladılar ki, bu ocağın sahibi olan "Taclı nənə"nin kimliyi, haradan gəlməsi, həqiqətən böyük bir sülalənin nümayəndəsi olub-olmasının araşdırılması onlar üçün də çox əhəmiyyətlidir.
Həmçinin oxuyun:
Sirli məzar, yoxsa minlərlər insanın dərdinə dərman tapdığı məkan?
Xurşidbanu Natəvan uşağı olsun deyə bura nəzir dedi, Fətəli xan buranı son mənzil seçdi
Yüz illərlə "ölməyən" pirin abidəsi - "Diri Baba" türbəsi
Xəbər lenti
0