https://sputnik.az/20220116/maral-buynuzuna-benzeyen-bu-konfetler-agacda-bitir---azerbaycanda-qeyri-adi-bitki-438036362.html
Maral buynuzuna bənzəyən bu konfetlər ağacda bitir - Azərbaycanda qeyri-adi bitki
Maral buynuzuna bənzəyən bu konfetlər ağacda bitir - Azərbaycanda qeyri-adi bitki
Sputnik Azərbaycan
BAKI, 16 yanvar — Sputnik. Siz heç çiçəyi nektarla zəngin olan qəribə görkəminə görə seçilən, maral buynuzuna bənzəyən, hündür gövdəli ağacda yetişən konfet... 16.01.2022, Sputnik Azərbaycan
2022-01-16T23:16+0400
2022-01-16T23:16+0400
2022-01-18T11:45+0400
ağac
cəmiyyət
lənkəran
konfet
göyçay
zaqatala
https://cdnn1.img.sputnik.az/img/07e6/01/0a/438036072_0:0:3640:2048_1920x0_80_0_0_b4844871f290b0a7d281665823416399.jpg
BAKI, 16 yanvar — Sputnik. Siz heç çiçəyi nektarla zəngin olan qəribə görkəminə görə seçilən, maral buynuzuna bənzəyən, hündür gövdəli ağacda yetişən konfet görmüsüz? Sputnik Azərbaycan-ın əməkdaşı Azərbaycanda nadir bitkilərdən sayılan, adı kimi dadı olan konfet ağaclarını tapıb. Sən demə, ilk dəfə Göyçayda əkilən bu ağacların sayı 3, yaşı isə 80-dən çoxdur.Digər meyvələrdən fərqli olaraq konfet ağacının meyvələri dərilməklə yığılmır. Qış aylarında havanın bir qədər şaxtalı olması vacibdir ki, konfet ağacının meyvələri ağacın ətrafına tökülsün. Onun yerə tökülən meyvələri bir-bir toplanılır.Bu qəribə xüsusiyyəti ilə seçilən konfet ağacının toxumları 1936-cı ildə Çindən Azərbaycana gətirilib. Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun Göyçay dayaq məntəqəsində əkilib. Şaxtaya davamlı olmayan konfet ağacı əkildikdən beş il sonra ilk, on beş il sonra isə tam məhsul verməyə başlayıb.Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun Göyçay dayaq məntəqəsinin elmi işcisi Firdovsi Əliyevin sözlərinə görə, 1936-cı ildə ölkəyə gətirilən bu ağaclardan Mərdəkan, Zaqatala, Lənkaranda, eləcə də Göyçay rayonunda əkilib. İki il sonra ölkə ərazisində qeydə alınan güclü şaxta digər konfet ağacların quruması ilə nəticələnsə də, Göyçayda olan ağaclar bu təbiət hadisəsindən sağ qalmağı bacarıblar.Firdovsi Əliyev deyir ki, vətəni Cənub-şərqi Asiya olan konfet ağacları daha çox Yaponiya, Çin, Hindistan və Almaniyada becərilir. 20-30 metr hündürlüyü olan ağacın konfet dadı verən qəhvəyi rəngli meyvələri, qeyri-adi dadına və formasına görə, heç də bir meyvəyə oxşamır.Tərkibində şəfaverici maddələrin çox olduğu konfet meyvəsindən bir sıra xəstəliklərin müalicəsində də istifadə olunur. Çiçəyi nektarla zəngin olan, qəribə görkəminə görə seçilən meyvə maral buynuzuna bənzəyir.Meyvənin tərkibində 30-35 faiz şəkərin olması, ona dünyada ən şirin bitki adını qazandırıb. Meyvəni çayla, qəhvə ilə yemək olar. Eyni zamanda onu qurudaraq müxtəlif tort və şirniyyatların üzərində bəzək kimi də istifadə etmək mümkündür. Ölkəmiz üçün nadir sayılan bu konfet ağaclarının mühafizə olunaraq gələcək nəsillərə ötürülməsi, saylarının artılması üçün müvafiq işlərin görülməsi vacibdir.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/01/0a/438036072_455:0:3186:2048_1920x0_80_0_0_1cf25a9961aefacda52a8fbe243da91a.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
ağac, lənkəran, konfet, göyçay, zaqatala
ağac, lənkəran, konfet, göyçay, zaqatala
BAKI, 16 yanvar — Sputnik. Siz heç çiçəyi nektarla zəngin olan qəribə görkəminə görə seçilən, maral buynuzuna bənzəyən, hündür gövdəli ağacda yetişən konfet görmüsüz?
Sputnik Azərbaycan-ın əməkdaşı Azərbaycanda nadir bitkilərdən sayılan, adı kimi dadı olan konfet ağaclarını tapıb. Sən demə, ilk dəfə Göyçayda əkilən bu ağacların sayı 3, yaşı isə 80-dən çoxdur.
Digər meyvələrdən fərqli olaraq konfet ağacının meyvələri dərilməklə yığılmır. Qış aylarında havanın bir qədər şaxtalı olması vacibdir ki, konfet ağacının meyvələri ağacın ətrafına tökülsün. Onun yerə tökülən meyvələri bir-bir toplanılır.
Bu qəribə xüsusiyyəti ilə seçilən konfet ağacının toxumları 1936-cı ildə Çindən Azərbaycana gətirilib. Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun Göyçay dayaq məntəqəsində əkilib. Şaxtaya davamlı olmayan konfet ağacı əkildikdən beş il sonra ilk, on beş il sonra isə tam məhsul verməyə başlayıb.
Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun Göyçay dayaq məntəqəsinin elmi işcisi Firdovsi Əliyevin sözlərinə görə, 1936-cı ildə ölkəyə gətirilən bu ağaclardan Mərdəkan, Zaqatala, Lənkaranda, eləcə də Göyçay rayonunda əkilib. İki il sonra ölkə ərazisində qeydə alınan güclü şaxta digər konfet ağacların quruması ilə nəticələnsə də, Göyçayda olan ağaclar bu təbiət hadisəsindən sağ qalmağı bacarıblar.
Firdovsi Əliyev deyir ki, vətəni Cənub-şərqi Asiya olan konfet ağacları daha çox Yaponiya, Çin, Hindistan və Almaniyada becərilir. 20-30 metr hündürlüyü olan ağacın konfet dadı verən qəhvəyi rəngli meyvələri, qeyri-adi dadına və formasına görə, heç də bir meyvəyə oxşamır.
Tərkibində şəfaverici maddələrin çox olduğu konfet meyvəsindən bir sıra xəstəliklərin müalicəsində də istifadə olunur. Çiçəyi nektarla zəngin olan, qəribə görkəminə görə seçilən meyvə maral buynuzuna bənzəyir.
Meyvənin tərkibində 30-35 faiz şəkərin olması, ona dünyada ən şirin bitki adını qazandırıb. Meyvəni çayla, qəhvə ilə yemək olar. Eyni zamanda onu qurudaraq müxtəlif tort və şirniyyatların üzərində bəzək kimi də istifadə etmək mümkündür.
Ölkəmiz üçün nadir sayılan bu konfet ağaclarının mühafizə olunaraq gələcək nəsillərə ötürülməsi, saylarının artılması üçün müvafiq işlərin görülməsi vacibdir.