Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

Qarabağda ekoloji cinayətlərlə bağlı araşdırma qısa zamanda tamamlanacaq -Nazir

© Sputnik / Murad OrujovMuxtar Babayev
Muxtar Babayev - Sputnik Azərbaycan, 1920, 20.01.2022
Abunə olmaq
Muxtar Babayev deyib ki, Qarabağda törədilən ekoloji cinayətlərlə bağlı işlər ən qısa zamanda tamamlanacaq və dövlət tərəfindən müvafiq hüquqi addımlar atılacaq.
BAKI, 20 yanvar — Sputnik. İşğaldan azad olunan ərazilərdə genişmiqyaslı işlər davam edir. Bununla bağlı məlumatlar ictimaiyyətə çatdırılacaq. Həm yerli, həm də xarici ekspertlər prosesə cəlb olunub.
Sputnik Azərbaycan-ın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev Qarabağda törədilən ekoloji cinayətlərlə bağlı suala cavabında deyib.
O bildirib ki, ən qısa zamanda işlər tamamlanacaq və dövlət tərəfindən müvafiq hüquqi addımlar atılacaq.
Qeyd edək ki, əvvəllər işğal olunmuş Qarabağ ərazisində meşə örtüyünün sahəsi 260 min hektar idi. İşğal illərində təxminən 54 min hektar meşə örtüyü ermənilər tərəfindən məhv edilib.
Ermənilərin özlərinin məlumatına görə, yalnız 2014-2018-ci illərdə Qarabağda bütün Ermənistana nisbətən 2,3 dəfə çox ağac kəsilib (404,800 kubmetr / 175,300 kubmetr). Eldar şamı, qoz, palıd, xurma və s. də daxil olmaqla qiymətli ağac növləri ciddi zərər görüb.
Xəbər lenti
0