https://sputnik.az/20220127/azerbaycanda-qanunsuz-ov-eden-erebler-cezalandirilib-438497541.html
Azərbaycanda ov edən və şahinlərinə təlim keçən ərəblər: Nazirlik üskük oynadır?
Azərbaycanda ov edən və şahinlərinə təlim keçən ərəblər: Nazirlik üskük oynadır?
Sputnik Azərbaycan
Faktla bağlı qanun pozucusu barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə 2 950 manat məbləğində cərimə tətbiq olunub.
2022-01-27T12:55+0400
2022-01-27T12:55+0400
2022-01-27T13:04+0400
azərbaycan
cəmiyyət
cəza
qanunsuz
ərəb
ov
https://cdnn1.img.sputnik.az/img/40474/59/404745922_301:281:3600:2137_1920x0_80_0_0_908ab61ca48a0177cb4c9cf0bc5f7fb9.jpg
BAKI, 27 yanvar — Sputnik. Tovuzda xarici turistlərin qanunsuz ov etdiyi barədə iddialar son günlər ölkə gündəmini zəbt edib. Xəbərin izi ilə Sputnik Azərbaycan-ın müxbiri ov görüntülərinin yayıldığı Ceyrançöl ərazisinə gedərək ərəblərin düşərgəsini tapıb. Araşdırma zamanı çağırılmamış qonaqlar hesab etdiyimiz əcnəbilərin tərcüməçisi onların Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən icazə ilə ərazidə ov etdiklərini iddia edib.Müxbirimizin verdiyi məlumatına görə, rayonun Hunanlar kəndindən 15 km məsafədə çadır quraraq düşərgə salan yaxın şərq ölkələrindən olan turistlər buraya öz ov quşları ilə gələrək müxtəlif quşların ovlanması ilə məşğul olublar. Bu, düşərgənin ətrafına dağılmış quş tükləri və cəsədlərindən də aydın görünür. Ərazidə çobanlıq edən Vüsal Məmmədovun bildirdiyinə görə ərəblər buraya 10-12 ədəd yerli nömrə nişanlı avtomobil ilə gələrək ovçuluqla məşğul olurlar:Əraziyə dağılmış quş tüklərinə gəlincə isə V.Məmmədov deyib ki, bu, ərəblərin özləri ilə gətirdiyi şahin quşlarına ovlatdıqları vəhşi göyərçinlərin tüküdür:“Özləri ilə şahinlər gətiriblər. Tutduqları göyərçinləri ovladaraq şahinlərini məşq etdirirlər. Deyilənə görə burada küləyə qarşı şahinləri uçurdub sonra öz ölkələrində onların yarışını keçirirlər”.Bir müddət gözlədikdən sonra çağırılmamış qonaqlar da ərazidə peyda olub. Yanlarında yerli sakin olmayan ərəblər fotolarının çəkildiyini görərək ərazidən uzaqlaşıblar. Daha sonra digər maşınla düşərgəyə yaxınlaşan və özünü ərəblərin tərcüməçisi olaraq təqdim edən Fərid Əhmədov iddiaların əsassız olduğunu, ərəblərin bu ərazilərə rəsmi icazə ilə istirahət üçün gəldiklərini bildirib. Üzünün çəkilməsini istəməyən F.Əhmədov dediklərini sübut etmək üçün telefonda olan və nazirlik tərəfindən ov icazəsi verilən sənədi də əməkdaşımıza göstərib:F.Əhmədov özünün ETSN-də işləmədiyni, lakin əməkdaşlıq daxilində ərəblərə tərcüməçilik etdiyini də söyləyib. Onun sözlərinə görə, yaxın şərq ölkələrindən olan əcnəbilər hava durumu ilə əlaqədar olaraq sığınacaq kimi ərazidəki çadırdan istifadə edirlər:Onun sözlərinə görə bu ərazidə bəzgək quşu ümumiyyətlə mövcud deyil. Ərazinin ayaqlanması iddialarına gəlincə, heç bir quruma onlarla bağlı şikayət daxil olmayıb.Qeyd edək ki, ərəblərin Tovuz rayonu ərazisində qanunsuz ov etmələri barədə iddialar 10 gündür sosial şəbəkələrdə müzakirə olunur.25.01.22, 22:33Azərbaycanda qanunsuz ov edən ərəblər cəzalandırılıbAzərbaycanda qanunsuz ov edən ərəblər cəzalandırılıb. Sputnik Azərbaycan xəbər verir ki, bunu Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firuddin Əliyev bildirib.Onun sözlərinə görə, xarici turistlərin qanunsuz ov etməsi ilə bağlı sosial şəbəkədə yayılan foto və video görüntülər əsasında aparılan araşdırma başa çatıb:Xidmət rəisi qeyd edib ki, Azərbaycan ərazisində 2021-2022-ci illər üzrə ov mövsümü ərzində ov qaydalarını pozan 37 xarici vətəndaş cərimələnib.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.Həmçinin oxuyun:Ceyrançöldə "Bəzgək" ovlayan ərəblərin aqibəti nə oldu? Nazirlikdən açıqlamaQızılağac Milli Parkında ova cəhdAraz çayında balıqlar niyə kütləvi şəkildə azalır - FOTO/VİDEO
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
İlham Mustafayev
https://cdnn1.img.sputnik.az/img/07e5/06/13/427264721_444:0:2492:2048_100x100_80_0_0_12500e8b597500a9d1174519dc04b6f3.jpg
İlham Mustafayev
https://cdnn1.img.sputnik.az/img/07e5/06/13/427264721_444:0:2492:2048_100x100_80_0_0_12500e8b597500a9d1174519dc04b6f3.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/40474/59/404745922_772:228:3252:2088_1920x0_80_0_0_82d2043b98c0a8bd4432641a0b29e0b3.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
İlham Mustafayev
https://cdnn1.img.sputnik.az/img/07e5/06/13/427264721_444:0:2492:2048_100x100_80_0_0_12500e8b597500a9d1174519dc04b6f3.jpg
azərbaycanda qanunsuz ov edən ərəblər cəzalandırılıb
azərbaycanda qanunsuz ov edən ərəblər cəzalandırılıb
Azərbaycanda ov edən və şahinlərinə təlim keçən ərəblər: Nazirlik üskük oynadır?
12:55 27.01.2022 (Yenilənib: 13:04 27.01.2022) Tovuzun Hunanlar kəndindən 15 km məsafədə çadır quraraq düşərgə salan yaxın şərq ölkələrindən olan turistlər buraya öz ov quşları ilə gələrək müxtəlif quşların ovlanması ilə məşğul olublar.
BAKI, 27 yanvar — Sputnik. Tovuzda xarici turistlərin qanunsuz ov etdiyi barədə iddialar son günlər ölkə gündəmini zəbt edib. Xəbərin izi ilə Sputnik Azərbaycan-ın müxbiri ov görüntülərinin yayıldığı Ceyrançöl ərazisinə gedərək ərəblərin düşərgəsini tapıb. Araşdırma zamanı çağırılmamış qonaqlar hesab etdiyimiz əcnəbilərin tərcüməçisi onların Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən icazə ilə ərazidə ov etdiklərini iddia edib.
Müxbirimizin verdiyi məlumatına görə, rayonun Hunanlar kəndindən 15 km məsafədə çadır quraraq düşərgə salan yaxın şərq ölkələrindən olan turistlər buraya öz ov quşları ilə gələrək müxtəlif quşların ovlanması ilə məşğul olublar. Bu, düşərgənin ətrafına dağılmış quş tükləri və cəsədlərindən də aydın görünür. Ərazidə çobanlıq edən Vüsal Məmmədovun bildirdiyinə görə ərəblər buraya 10-12 ədəd yerli nömrə nişanlı avtomobil ilə gələrək ovçuluqla məşğul olurlar:
“Azərbaycanlılarla gəlirlər. Gecəni burada qalmırlar. Ov edirlər, yemək yeyib, namaz qılıb, dincəlib gedirlər. Yanındakı azərbaycanlılar bizi onlara yaxın buraxmırlar. Əsasən bəzgək quşu ovlayırlar. Bu ərazilər bizim heyvan otardığımız yerlərdir. 11-12 “Lexus”, “Prado” gəlirlər yerləri ayaqlayıb məhv edirlər. Gecələr də otelə gedib qalırlar”.
Əraziyə dağılmış quş tüklərinə gəlincə isə V.Məmmədov deyib ki, bu, ərəblərin özləri ilə gətirdiyi şahin quşlarına ovlatdıqları vəhşi göyərçinlərin tüküdür:
“Özləri ilə şahinlər gətiriblər. Tutduqları göyərçinləri ovladaraq şahinlərini məşq etdirirlər. Deyilənə görə burada küləyə qarşı şahinləri uçurdub sonra öz ölkələrində onların yarışını keçirirlər”.
Bir müddət gözlədikdən sonra çağırılmamış qonaqlar da ərazidə peyda olub. Yanlarında yerli sakin olmayan ərəblər fotolarının çəkildiyini görərək ərazidən uzaqlaşıblar. Daha sonra digər maşınla düşərgəyə yaxınlaşan və özünü ərəblərin tərcüməçisi olaraq təqdim edən Fərid Əhmədov iddiaların əsassız olduğunu, ərəblərin bu ərazilərə rəsmi icazə ilə istirahət üçün gəldiklərini bildirib.
Üzünün çəkilməsini istəməyən F.Əhmədov dediklərini sübut etmək üçün telefonda olan və nazirlik tərəfindən ov icazəsi verilən sənədi də əməkdaşımıza göstərib:
“Ekologiya və Təbii Sərvətlər Nazirliyinin icazəsi ilə qonaqlarımız gələrək burada istirahət edirlər. Əsassız olaraq onların qanunsuz, qırmızı kitaba düşən quşlar ovladıqları iddia olunur. Bunun heç bir əsası yoxdur. Dəfələrlə nazirlik tərəfindən gəlib yoxlayıblar. Biz özümüz də mütəmadi olaraq məlumat veririk ki, burada heç bir qayda pozuntusu yoxdur və ola da bilməz”.
F.Əhmədov özünün ETSN-də işləmədiyni, lakin əməkdaşlıq daxilində ərəblərə tərcüməçilik etdiyini də söyləyib. Onun sözlərinə görə, yaxın şərq ölkələrindən olan əcnəbilər hava durumu ilə əlaqədar olaraq sığınacaq kimi ərazidəki çadırdan istifadə edirlər:
“Onlar burada qanuni, lisenziyada göstərilən qaydada ovlarını edirlər. Qanundan kənar burada heç bir iş baş vermir. Məsələn, dovşan, çöl göyərçinləri ovlayırlar. Ən əsası isə onlar öz şahinlərinə təlim keçirlər”.
Onun sözlərinə görə bu ərazidə bəzgək quşu ümumiyyətlə mövcud deyil. Ərazinin ayaqlanması iddialarına gəlincə, heç bir quruma onlarla bağlı şikayət daxil olmayıb.
Qeyd edək ki, ərəblərin Tovuz rayonu ərazisində qanunsuz ov etmələri barədə iddialar 10 gündür sosial şəbəkələrdə müzakirə olunur.
Azərbaycanda qanunsuz ov edən ərəblər cəzalandırılıb
Azərbaycanda qanunsuz ov edən ərəblər cəzalandırılıb.
Sputnik Azərbaycan xəbər verir ki, bunu
Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi
Firuddin Əliyev bildirib.
Onun sözlərinə görə, xarici turistlərin qanunsuz ov etməsi ilə bağlı sosial şəbəkədə yayılan foto və video görüntülər əsasında aparılan araşdırma başa çatıb:
"Araşdırma zamanı ovun Qətər vətəndaşı Nayef EID M.T.AL-THANI tərəfindən ona icazə verilən ovçuluq təsərrüfatının ərazisində deyil, kənarda Hacıqabul rayonunun Padarçöl ərazisində baş verdiyi, bəzgək və digər çöl quşlarının ovlandığı müəyyən edilib. Faktla bağlı qanun pozucusu barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə 2 950 manat məbləğində cərimə tətbiq olunub".
Xidmət rəisi qeyd edib ki, Azərbaycan ərazisində 2021-2022-ci illər üzrə ov mövsümü ərzində ov qaydalarını pozan 37 xarici vətəndaş cərimələnib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.