Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

Qızılağac Milli Parkında ova cəhd

© AFP 2023 / RAIGO PAJULAOvçu, arxiv şəkli
Ovçu, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 18.01.2022
Abunə olmaq
Bundan əvvəl də Qızılağac Milli Parkının əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı milli parkın ərazisində ova cəhd edən şəxs saxlanılıb.
BAKI, 18 yanvar — Sputnik. Qızılağac Milli Parkının "Kiçik körfəz" adlanan ərazisində ova cəhd edən şəxs saxlanılıb. Bu barədə Sputnik Azərbaycan-a Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Səmədova məlumat verib.
Onun sözlərinə görə, araşdırma zamanı brakonyerin Masallı rayon sakini Tarqulu Mirzəyev olduğu müəyyən edilib və ondan istifadəsi qadağan olunan ov alətləri götürülüb.
Faktla bağlı qanun pozucusu barəsində qanunamüvafiq tədbirlər görülüb.
Qeyd edək ki, bundan əvvəl də Qızılağac Milli Parkının əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı milli parkın ərazisində ova cəhd edən şəxs saxlanılıb. Araşdırma zamanı brakonyerin Masallı rayonu Köçəkli kənd sakini Muxtar Orucov olduğu məlum olub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Həmçinin oxuyun:
Milli Parkın ərazisində qanunsuz balıq ovu ilə məşğul olanlar saxlanılıb
Bacarıqları heyrətləndirir, amma polis daha peşəkar çıxdı - VİDEO
Xəbər lenti
0