Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

Araz çayında balıqlar niyə kütləvi şəkildə azalır - FOTO/VİDEO

© Photo : Pixabay / Zdeněk ChalupskýBalıq
Balıq - Sputnik Azərbaycan, 1920, 11.01.2022
Abunə olmaq
Azalma müşahidə olunan balıqlar arasında sazan balığı da var. Əvvəllər Araz çayında çox olan kütüm balığına isə çox az hallarda rast gəlinir.
BAKI, 11 yanvar — Sputnik. Araz çayında balıqların kütləvi azalması müşahidə olunur. Hətta elə balıq növləri var ki, onlara artıq rast gəlinmir.
40 yaşlı İmişli rayon sakini Vaqif Şahbazov asudə vaxtlarını Araz çayının kənarında balıq tutmaqla keçirir. O deyir ki, balıq tutmaq üçün maraq və çoxlu səbir lazımdır. Balıqçılıqla məşğul olanda həm təbiət qoynunda təmiz hava almaq, həm də ruzi əldə etmək mümkündür. Amma indi bu sahəyə maraq da, səbir də tükənir. Buna səbəb isə çayda əvvəlki qədər balığın olmamasıdır.
© Photo : AZƏRTACAraz çayında balıq
Araz çayında balıqçılar - Sputnik Azərbaycan, 1920, 11.01.2022
Araz çayında balıq
Həvəskar balıqçı bildirir ki, neçə saatdır tilov atsa da, bir dənə də balıq tutmayıb. Beş-on ildir ki, vəziyyət belədir. Hər il daha da pis olur: "Məsələn iki-üç il bundan qabaq çay kənarına gələndə 2-3 balıq tuturduq, indi o da yoxdur. Çox vaxt 5-10 kilometrədək uzağa gedirik ki, bəlkə balıq tuta bilək. Amma hər yerdə eyni vəziyyətdir".
© Photo : AZƏRTACAraz çayında balıqçılar
Araz çayında balıqçılar - Sputnik Azərbaycan, 1920, 11.01.2022
Araz çayında balıqçılar
Azalma müşahidə olunan balıqlar arasında sazan balığı da var. Əvvəllər Araz çayında çox olan kütüm balığına isə çox az hallarda rast gəlinir.
Digər həvəskar balıqçı Taleh Aslanzadənin sözlərinə görə, əvvəllər Araz çayında növbənöv balıq olardı. Hətta balıq o qədər bol idi ki, 600-700 qramlıq sazan balıqlarını təkrar suya buraxardılar. Amma indi heç 600-700 qramlıq balıqlar da yoxdur.
© Photo : AZƏRTACAraz çayında balıqçılar
Araz çayında balıqçılar - Sputnik Azərbaycan, 1920, 11.01.2022
Araz çayında balıqçılar
Balıqçılar deyirlər ki, mövcud vəziyyətin başlıca səbəbi qanunsuz balıq ovudur. Qanunsuz ov il boyu aparılır. Xüsusən də balıqların kürütökmə dövründə Xəzər dənizindən Kür çayına və Araz çayına gələn balıqlar qanunsuz formada sintetik torlarla ovlanır. Brokonyerlər bundan başqa kustar üsulla hazırlanmış elektrik avadanlıqlarından da istifadə edirlər. Nəticədə elektrik cərəyanının əhatə etdiyi dairədə bütün canlılar məhv olur.
Həvəskar balıqçı Zaur İsmayılov Azərtac-a bildirib ki, el arasında çəki adı ilə tanınan sazan balığı bir kürüləmə mövsümündə milyona yaxın kürü tökə bilir. Həmin dövrdə elektrik cərəyanı veriləndə kürülər də məhv olur. Balığın kürüvermə qabiliyyəti isə 10 faizə düşür. Məhz bu cür qanunsuz ov nəticəsində balıqların sayı kəskin azalır.
Xəbər lenti
0