SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Yerevan-İstanbul-Yerevan aviareysləri 3 il müddətinə “hava vergisi"ndən azad ediləcək

© AFP 2024 / YASIN AKGULPegasus Airlines şirkətinin təyyarəsi
Pegasus Airlines şirkətinin təyyarəsi - Sputnik Azərbaycan, 1920, 26.01.2022
Abunə olmaq
Ermənistanda “hava vergisi” artıq 10 ildir qüvvədədir. Onun məbləğı $20,9 təşkil edir və aviabiletlərin qiymətində əvvəlcədən nəzərdə tutulur.
BAKI, 26 yanvar — Sputnik. Yerevan-İstanbul-Yerevan aviareysləri 3 il müddətinə “hava vergisi"ndən azad ediləcək.
Sputnik Ermənistan xəbər verir ki, bu güzəşt yalnız Pegasus Airlines və Flyone Armenia şirkətlərinə tətbiq ediləcək.
Ermənistanda “hava vergisi” artıq 10 ildir qüvvədədir. Onun məbləğı $20,9 təşkil edir və aviabiletlərin qiymətində əvvəlcədən nəzərdə tutulur.
25.01.22, 14:14
Türkiyə Ermənistanın bölgələrinə aviareys açmağı planlaşdırır
Ankara Ermənistanın müxtəlif regionlarına aviareyslər açmağı və Yerevanla ticarət əlaqələrini genişləndirməyi planlaşdırır. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə "Hürriyet" nəşri Türkiyə Prezident Administrasiyasında xarici siyasətə dair qapalı müzakirələrə istinadən xəbər verir.
"İlk addım kimi Ermənistanla aviaəlaqənin bərpasına qərar verilib. Daha sonra gündəliyə digər regionlara uçuşların həyata keçirilməsi məsələsi gətiriləcək. Məsələn, Van ermənilər üçün turistik mərkəzə çevrilə bilər. Bundan əlavə, ermənilərin önəm verdiyi körpü, Qars yaxınlığında qala kimi tarixi binaların bərpası planlaşdırılır. Erməni diasporunun təzyiqini azaltmaq üçün ticarət əlaqələri də genişləndiriləcək", - deyə nəşr yazıb.
Qeyd edək ki, daha əvvəl Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyinin yaydığı məlumatda bildirilmişdi ki, Ermənistana qarşılıqlı uçuşlar fevralın 2-də başlayacaq.
Xatırladaq ki, Türkiyə ilə Ermənistan arasında diplomatik münasibətlər hələ bərpa olunmayıb. 2021-ci il dekabrın 13-də Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu bəyan edib ki, münasibətlərin normallaşması üçün qarşılıqlı şəkildə nümayəndələr təyin olunacaq. Ermənistan XİN-i bu bəyanatı dəstəkləyib.
Daha sonra Ankara Türkiyənin ABŞ-dakı keçmiş səfiri Serdar Kılıcı İrəvanla münasibətlərin normallaşması üzrə xüsusi nümayəndə təyin edib. Ermənistan tərəfdən parlamentin sədr müavini Ruben Rubinyan təyin edilib.
Xüsusi nümayəndələrin ilk görüşü yanvarın 14-də Moskvada baş tutub.
Həmçinin oxuyun:
Türkiyə Yerevan-İstanbul təyyarə reysinin açılmasına icazə verdi - ilk Pegasus uçacaq
Türkiyə aviaşirkəti Yerevana reys açmaq üçün Ermənistana müraciət edib
Deputatlardan narazılıq: AZAL-ın qiymət siyasəti turistlərin gəlişinə mane olur
Türkiyədə "Pegasus"un pilotu həbs edildi
Türkiyə dünyadan təcrid olunur – Uçuşlar dayandırılır
Xəbər lenti
0