https://sputnik.az/20220113/turkiye-yerevan-stanbul-teyyare-reysinin-acilmasina-icaze-verdi-438116712.html
Türkiyə Yerevan-İstanbul təyyarə reysinin açılmasına icazə verdi - ilk Pegasus uçacaq
Türkiyə Yerevan-İstanbul təyyarə reysinin açılmasına icazə verdi - ilk Pegasus uçacaq
Sputnik Azərbaycan
Türkiyənin "Pegasus" aviaşirkəti İstanbul-Yerevan istiqamətində təyyarə reysləri təşkil etmək niyyətindədir. 13.01.2022, Sputnik Azərbaycan
2022-01-13T11:27+0400
2022-01-13T11:27+0400
2022-01-25T12:24+0400
təyyarə
dünya xəbərləri
pegasus
ermənistan
yerevan
"pegasus airlines"
istanbul
https://cdnn1.img.sputnik.az/img/07e6/01/0d/438116686_0:261:2536:1687_1920x0_80_0_0_85257887e86e6e370e5b979bdff759dc.jpg
BAKI, 13 yanvar — Sputnik. Türkiyə hakimiyyəti Ermənistanın "Flyone Armenia" şirkətinə Yerevan-İstanbul-Yerevan reysinin açılması üçün icazə verib. Sputnik Ermənistan-ın xəbərinə görə, bu barədə şirkətin "Facebook" səhifəsində məlumat paylaşılıb.Məlumata görə, sözügedən istiqamətdə ilk uçuş fevralın 2-nə planlaşdırılıb. Uçuşlar həftədə iki dəfə həyata keçiriləcək.Türkiyənin “Pegasus” aviaşirkəti İstanbul-Yerevan reyslərini həyata keçirmək üçün Ermənistanın Mülki Aviasiya Komitəsinə müraciət edib.“Pegasus” müraciətində 2022-ci ilin fevral ayından etibarən İstanbul-Yerevan arasında həftədə iki dəfə uçuş həyata keçirmək istədiyini bildirib.Ötən il dekabrın 23-də Türkiyənin nəqliyyat və infrastruktur naziri Adil Karaismailoğlu bəyan edib ki, Türkiyənin “Pegasus” aviaşirkəti İstanbul-Yerevan marşrutu üzrə uçuşlara başlamağa hazırlaşır.Dekabr ayında bu barədə müvafiq icazə Ermənistanın mülki aviasiyası tərəfindən təqdim olunub. "Flyone Armenia" 2015-ci ildən sonra Türkiyəyə təyyarə reysi həyata keçirəcək ilk şirkət olacaq. Xatırladaq ki, Türkiyə ilə Ermənistan arasında diplomatik münasibətlər hələ bərpa olunmayıb. 2021-ci il dekabrın 13-də Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu bəyan edib ki, münasibətlərin normallaşması üçün qarşılıqlı şəkildə nümayəndələr təyin olunacaq. Ermənistan XİN-i bu bəyanatı dəstəkləyib.Daha sonra Ankara Türkiyənin ABŞ-dakı keçmiş səfiri Serdar Kılıcı İrəvanla münasibətlərin normallaşması üzrə xüsusi nümayəndə təyin edib. Ermənistan tərəfdən parlamentin sədr müavini Ruben Rubinyan təyin edilib.Xüsusi nümayəndələrin ilk görüşü yanvarın 14-də Moskvada baş tutacaq.Həmçinin oxuyun:Türkiyə aviaşirkəti Yerevana reys açmaq üçün Ermənistana müraciət edibDeputatlardan narazılıq: AZAL-ın qiymət siyasəti turistlərin gəlişinə mane olurTürkiyədə "Pegasus"un pilotu həbs edildiTürkiyə dünyadan təcrid olunur – Uçuşlar dayandırılır
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/01/0d/438116686_17:169:2317:1894_1920x0_80_0_0_cc253abea260912d663f2bf3a335161a.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
türkiyə yerevan-istanbul təyyarə reysinə icazə verdi
türkiyə yerevan-istanbul təyyarə reysinə icazə verdi
Türkiyə Yerevan-İstanbul təyyarə reysinin açılmasına icazə verdi - ilk Pegasus uçacaq
11:27 13.01.2022 (Yenilənib: 12:24 25.01.2022) Türkiyənin "Pegasus" aviaşirkəti İstanbul-Yerevan istiqamətində təyyarə reysləri təşkil etmək niyyətindədir.
BAKI, 13 yanvar — Sputnik. Türkiyə hakimiyyəti Ermənistanın "Flyone Armenia" şirkətinə Yerevan-İstanbul-Yerevan reysinin açılması üçün icazə verib. Sputnik Ermənistan-ın xəbərinə görə, bu barədə şirkətin "Facebook" səhifəsində məlumat paylaşılıb.
Məlumata görə, sözügedən istiqamətdə ilk uçuş fevralın 2-nə planlaşdırılıb. Uçuşlar həftədə iki dəfə həyata keçiriləcək.
Türkiyənin “Pegasus” aviaşirkəti İstanbul-Yerevan reyslərini həyata keçirmək üçün Ermənistanın Mülki Aviasiya Komitəsinə müraciət edib.
“Pegasus” müraciətində 2022-ci ilin fevral ayından etibarən İstanbul-Yerevan arasında həftədə iki dəfə uçuş həyata keçirmək istədiyini bildirib.
Ötən il dekabrın 23-də Türkiyənin nəqliyyat və infrastruktur naziri Adil Karaismailoğlu bəyan edib ki, Türkiyənin “Pegasus” aviaşirkəti İstanbul-Yerevan marşrutu üzrə uçuşlara başlamağa hazırlaşır.
Dekabr ayında bu barədə müvafiq icazə Ermənistanın mülki aviasiyası tərəfindən təqdim olunub. "Flyone Armenia" 2015-ci ildən sonra Türkiyəyə təyyarə reysi həyata keçirəcək ilk şirkət olacaq.
Xatırladaq ki, Türkiyə ilə Ermənistan arasında diplomatik münasibətlər hələ bərpa olunmayıb. 2021-ci il dekabrın 13-də Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu bəyan edib ki, münasibətlərin normallaşması üçün qarşılıqlı şəkildə nümayəndələr təyin olunacaq. Ermənistan XİN-i bu bəyanatı dəstəkləyib.
Daha sonra Ankara Türkiyənin ABŞ-dakı keçmiş səfiri Serdar Kılıcı İrəvanla münasibətlərin normallaşması üzrə xüsusi nümayəndə təyin edib. Ermənistan tərəfdən parlamentin sədr müavini Ruben Rubinyan təyin edilib.
Xüsusi nümayəndələrin ilk görüşü yanvarın 14-də Moskvada baş tutacaq.