Türkiyə dünyadan təcrid olunur – Uçuşlar dayandırılır

© Sputnik / Georgiy Zimarev / Mediabanka keçidСамолёт Boeing 737-800 авиакомпании Pegasus Airlines
Самолёт Boeing 737-800 авиакомпании Pegasus Airlines - Sputnik Azərbaycan
Abunə olmaq
Nazirlikdən bildirilib: "Yerli vaxtla saat 17:00-dan etibarən yeni koronavirusun yayılmasının qarşısının alınması üzrə tədbirlər çərçivəsində daha 46 ölkə ilə hava əlaqəsinin dayandırılır".

BAKI, 21 mart — Sputnik. Türkiyə yeni növ koronavirusun (COVİD-19) yayılmasının qarşısının alınması üzrə tədbirlər çərçivəsində daha 46 ölkə ilə hava əlaqəsinin dayandırır.

Самолет в небе, фото из архива - Sputnik Azərbaycan
CƏMİYYƏT
AZAL bir neçə şəhərə uçuşları dayandırdı - SİYAHI

Sputnik Azərbaycan-ın Türkiyə KİV-lərinə istinadən verdiyi məlumata görə, bu barədə ölkənin Nəqliyyat və İnfstruktur Nazirliyindən bildiriblər.

Nazirlikdən bildirilib: "Yerli vaxtla saat 17:00-dan etibarən yeni koronavirusun yayılmasının qarşısının alınması üzrə tədbirlər çərçivəsində daha 46 ölkə ilə hava əlaqəsinin dayandırılır".

Beləliklə, uçuşların dayandırıldığı ölkələrin sayı 68-ə çatıb.

68 ölkə arasında Çin, Cənubi Koreya, İran, Kanada, İngiltərə, Almaniya, Niderland, Ukrayna, Qazaxıstan, Özbəkistan və s. dövlətlər var.

Məlumata görə, Türkiyənin uçuşları qadağan etdiyi ölkələr Türkiyəyə boş təyyarə yollayır. Təyyarələr oradan sərnişin götürüb geri dönürlər.

Xatırladaq ki, koronavirus ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 186 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 286 383-ə çatıb. Bunların 93 584 nəfəri sağalıb, 11 884 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Xəbər lenti
0