https://sputnik.az/20220104/turkiye-aviasirketi-yerevana-reys-acmaq-ucun-ermenistana-muraciet-edib-437852477.html
Türkiyə aviaşirkəti Yerevana reys açmaq üçün Ermənistana müraciət edib
Türkiyə aviaşirkəti Yerevana reys açmaq üçün Ermənistana müraciət edib
Sputnik Azərbaycan
Türkiyənin “Pegasus” aviaşirkəti İstanbul-Yerevan reyslərini həyata keçirmək üçün Ermənistanın Mülki Aviasiya Komitəsinə müraciət edib.
2022-01-04T15:25+0400
2022-01-04T15:25+0400
2022-01-04T15:29+0400
dünya xəbərləri
türkiyə
pegasus
ermənistan
istanbul
yerevan
"pegasus airlines"
https://cdnn1.img.sputnik.az/img/41591/79/415917985_0:296:4001:2546_1920x0_80_0_0_ada45ff3da21898baa693acc659c1e7e.jpg
BAKI, 4 yanvar - Sputnik. Türkiyənin “Pegasus” aviaşirkəti İstanbul-Yerevan reyslərini həyata keçirmək üçün Ermənistanın Mülki Aviasiya Komitəsinə müraciət edib.Sputnik Ermənistan xəbər verir ki, şirkət müraciətində 2022-ci ilin fevral ayından etibarən İstanbul-Yerevan arasında həftədə iki dəfə uçuş həyata keçirmək istədiyini bildirib. Ötən il dekabrın 23-də Türkiyənin nəqliyyat və infrastruktur naziri Adil Karaismailoğlu bəyan edib ki, Türkiyənin “Pegasus” aviaşirkəti İstanbul-Yerevan marşrutu üzrə uçuşlara başlamağa hazırlaşır.Dekabrın 24-də isə “Flyone Armenia” aviaşirkəti Yerevan-İstanbul və əks istiqamətdə uçuşların həyata keçirilməsi üçün Mülki Aviasiya Komitəsinə sorğu göndərib.Qeyd edək ki, bu yaxınlarda Milli Məclisin iclasında deputatlar AZAL-ın təyyarə biletlərini baha qiymətə satmasına etiraz ediblər. Deputat Aqil Abbas AZAL-ın təyyarə biletlərini baha satmasına irad bildirərək deyib:"AZAL qiymətləri endirəcəkmi? Yox, endirməyəcək. Artıq İrəvandan İstanbula reys açılır, bizim pulla 80 manat. Mən də gözləyirəm, Zəngəzur dəhlizi açılsın, maşınla gedim İrəvana, oradan İstanbula uçum".Həmçinin oxuyun:Deputatlardan narazılıq: AZAL-ın qiymət siyasəti turistlərin gəlişinə mane olurTürkiyədə "Pegasus"un pilotu həbs edildiTürkiyə dünyadan təcrid olunur – Uçuşlar dayandırılır
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/41591/79/415917985_106:0:3893:2840_1920x0_80_0_0_795f2350d58e5dca671ee80ab02f4b2e.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
aqil abbasın arzusu çin olur: irəvandan istanbula uça biləcək
aqil abbasın arzusu çin olur: irəvandan istanbula uça biləcək
Türkiyə aviaşirkəti Yerevana reys açmaq üçün Ermənistana müraciət edib
15:25 04.01.2022 (Yenilənib: 15:29 04.01.2022) “Pegasus” aviaşirkəti İstanbul-Yerevan reyslərini həyata keçirmək üçün Ermənistanın Mülki Aviasiya Komitəsinə müraciət edib.
BAKI, 4 yanvar - Sputnik. Türkiyənin “Pegasus” aviaşirkəti İstanbul-Yerevan reyslərini həyata keçirmək üçün Ermənistanın Mülki Aviasiya Komitəsinə müraciət edib.
Sputnik Ermənistan xəbər verir ki, şirkət müraciətində 2022-ci ilin fevral ayından etibarən İstanbul-Yerevan arasında həftədə iki dəfə uçuş həyata keçirmək istədiyini bildirib.
Ötən il dekabrın 23-də Türkiyənin nəqliyyat və infrastruktur naziri Adil Karaismailoğlu bəyan edib ki, Türkiyənin “Pegasus” aviaşirkəti İstanbul-Yerevan marşrutu üzrə uçuşlara başlamağa hazırlaşır.
Dekabrın 24-də isə “Flyone Armenia” aviaşirkəti Yerevan-İstanbul və əks istiqamətdə uçuşların həyata keçirilməsi üçün Mülki Aviasiya Komitəsinə sorğu göndərib.
Qeyd edək ki, bu yaxınlarda Milli Məclisin iclasında deputatlar AZAL-ın təyyarə biletlərini baha qiymətə satmasına etiraz ediblər.
Deputat Aqil Abbas AZAL-ın təyyarə biletlərini baha satmasına irad bildirərək deyib:
"AZAL qiymətləri endirəcəkmi? Yox, endirməyəcək. Artıq İrəvandan İstanbula reys açılır, bizim pulla 80 manat. Mən də gözləyirəm, Zəngəzur dəhlizi açılsın, maşınla gedim İrəvana, oradan İstanbula uçum".