CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Orfoqrafiya lüğəti təkrar nəşr olunacaq?

© Sputnik / Ilham MustafayevKitab, arxiv şəkli
Kitab, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 26.01.2022
Abunə olmaq
Xatırladaq ki, təkmilləşdirilmiş formada yeni lüğətin 2022-ci il ərzində çap olunması nəzərdə tutulub.
BAKI, 26 yanvar — Sputnik. Azərbaycan dilinin orfoqrafiya lüğətinin yenidən tərtibatı ilə bağlı hazırlıq işlərinə başlanılıb. Bu barədə Sputnik Azərbaycan-a Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsimi adına Dilçilik İnstitutundan məlumat verilib.
Bildirilib ki, lüğət müasir informasiya texnologiyalarının imkanlarından istifadə edilməklə hazırlanacaq:

"Təbii ki, lüğət hazırlamaq elə də asan məsələ deyil. Biz tam sanballı və qüsursuz lüğətin ərsəyə gəlməsinə nail olacağıq".

Xatırladaq ki, təkmilləşdirilmiş formada yeni lüğətin 2022-ci il ərzində çap olunması nəzərdə tutulub.
Qeyd edək ki, Azərbaycan dilinin sonuncu orfoqrafiya lüğətində "hörümçək" sözü çıxarılıb, "spayder" sözü salınıb.
Azərbaycan Milli Elmlər Akademiyasının prezidentinin humanitar işlər üzrə müşaviri, AMEA Dilçilik İnstitutunun sabiq direktoru Möhsün Nağısoylu "hörümçək" sözünün 2021-ci ildə nəşr olunan "Azərbaycan dilinin orfoqrafiya lüğəti"ndən çıxarılmasına və "spayder" sözü ilə əvəz olunmasına aydınlıq gətirib.
M.Nağısoylu açıqlamasında bildirib ki, spayder təkcə hörümçək mənasını vermir:
""Spayder" həm də "Yeni sözlər, yeni mənalar" lüğətinə əsasən, iki yerlik, açıq (bəzən açılıb götürülə bilən) banlı avtomobil növünə deyilir. Hörümçək sözü təsadüfən buraxılıb. Amma hörümçəkkimilər var. Yəni, "hörümçək" sözü lüğətdən çıxarılmayıb. Bu lüğəti 12 nəfər hazırlayıb. Mən elmi redaktoruyam. Məndən başqa iki nəfər məsul redaktor var.
Lüğətdə təsadüfən bir söz olmayanda faciə olur? Biz əcnəbi sözlər əvəzinə milli sözlər daxil etməyə çalışmışıq. Dünyanın bütün lüğətlərində səhv olur. 90 min sözdən bir söz təsadüfən getməyib. Bu, qəsdən olmayıb".
© AP Photo / Kin CheungHörümçək adam
Hörümçək adam - Sputnik Azərbaycan, 1920, 25.01.2022
Hörümçək adam
Xatırladaq ki, bununla bağlı dilçi alim Qulu Məhərrəmli status paylaşıb. O bildirib ki, Azərbaycan dilinin sonuncu orfoqrafiya lüğətində "hörümçək" sözü çıxarılıb, "spayder" sözü salınıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Həmçinin oxuyun:
"Spayder"in məharəti - Orfoqrafiya lüğəti dəyişəcək
Hörümçəyin "spayder" olması bizim xətamız deyil - Dilçilik İnstitutunun Baş direktoru
"Hörümçək" sözü lüğətdən təsadüfən çıxarılıb - Rəsmi
Xəbər lenti
0