https://sputnik.az/20220118/horumcek-sozu-lugetden-tesadufen-cixarilib---resmi-438258967.html
"Hörümçək" sözü lüğətdən təsadüfən çıxarılıb - Rəsmi
"Hörümçək" sözü lüğətdən təsadüfən çıxarılıb - Rəsmi
Sputnik Azərbaycan
"Biz əcnəbi sözlər əvəzinə milli sözlər daxil etməyə çalışmışıq. Dünyanın bütün lüğətlərində səhv olur. 90 min sözdən bir söz təsadüfən getməyib. Bu, qəsdən olmayıb"
2022-01-18T11:15+0400
2022-01-18T11:15+0400
2022-01-18T11:20+0400
cəmiyyət
azərbaycan milli elmlər akademiyasının coğrafiya institutu
orfoqrafiya komissiyası
lüğət
https://cdnn1.img.sputnik.az/img/41773/81/417738147_0:0:1920:1080_1920x0_80_0_0_9523ee6628b78d8db9eb7cb6e4cf9a26.jpg
BAKI, 18 yanvar — Sputnik. Azərbaycan dilinin sonuncu orfoqrafiya lüğətində "hörümçək" sözü çıxarılıb, "spayder" sözü salınıb. Sputnik Azərbaycan-ın məlumatına görə, Azərbaycan Milli Elmlər Akademiyasının prezidentinin humanitar işlər üzrə müşaviri, AMEA Dilçilik İnstitutunun sabiq direktoru Möhsün Nağısoylu "hörümçək" sözünün 2021-ci ildə nəşr olunan "Azərbaycan dilinin orfoqrafiya lüğəti"ndən çıxarılmasına və "spayder" sözü ilə əvəz olunmasına aydınlıq gətirib.M.Nağısoylu açıqlamasında bildirib ki, spayder təkcə hörümçək mənasını vermir:""Spayder" həm də "Yeni sözlər, yeni mənalar" lüğətinə əsasən, iki yerlik, açıq (bəzən açılıb götürülə bilən) banlı avtomobil növünə deyilir. Hörümçək sözü təsadüfən buraxılıb. Amma hörümçəkkimilər var. Yəni, "hörümçək" sözü lüğətdən çıxarılmayıb. Bu lüğəti 12 nəfər hazırlayıb. Mən elmi redaktoruyam. Məndən başqa iki nəfər məsul redaktor var. Lüğətdə təsadüfən bir söz olmayanda faciə olur? Biz əcnəbi sözlər əvəzinə milli sözlər daxil etməyə çalışmışıq. Dünyanın bütün lüğətlərində səhv olur. 90 min sözdən bir söz təsadüfən getməyib. Bu, qəsdən olmayıb".Qeyd edək ki, bununla bağlı dilçi alim Qulu Məhərrəmli status paylaşıb. O bildirib ki, Azərbaycan dilinin sonuncu orfoqrafiya lüğətində "hörümçək" sözü çıxarılıb, "spayder" sözü salınıb.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/41773/81/417738147_272:0:1712:1080_1920x0_80_0_0_35333063c48656da85b582dbfe5b39e1.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
"hörümçək" sözü lüğətdən təsadüfən çıxarılıb - rəsmi
"hörümçək" sözü lüğətdən təsadüfən çıxarılıb - rəsmi
"Hörümçək" sözü lüğətdən təsadüfən çıxarılıb - Rəsmi
11:15 18.01.2022 (Yenilənib: 11:20 18.01.2022) "Spayder" həm də "Yeni sözlər, yeni mənalar" lüğətinə əsasən, iki yerlik açıq (bəzən açılıb götürülə bilən) banlı avtomobil növünə deyilir".
BAKI, 18 yanvar — Sputnik. Azərbaycan dilinin sonuncu orfoqrafiya lüğətində "hörümçək" sözü çıxarılıb, "spayder" sözü salınıb.
Sputnik Azərbaycan-ın məlumatına görə, Azərbaycan Milli Elmlər Akademiyasının prezidentinin humanitar işlər üzrə müşaviri, AMEA Dilçilik İnstitutunun sabiq direktoru
Möhsün Nağısoylu "hörümçək" sözünün 2021-ci ildə nəşr olunan "Azərbaycan dilinin orfoqrafiya lüğəti"ndən çıxarılmasına və "spayder" sözü ilə əvəz olunmasına aydınlıq gətirib.
M.Nağısoylu açıqlamasında bildirib ki, spayder təkcə hörümçək mənasını vermir:
""Spayder" həm də "Yeni sözlər, yeni mənalar" lüğətinə əsasən, iki yerlik, açıq (bəzən açılıb götürülə bilən) banlı avtomobil növünə deyilir. Hörümçək sözü təsadüfən buraxılıb. Amma hörümçəkkimilər var. Yəni, "hörümçək" sözü lüğətdən çıxarılmayıb. Bu lüğəti 12 nəfər hazırlayıb. Mən elmi redaktoruyam. Məndən başqa iki nəfər məsul redaktor var. Lüğətdə təsadüfən bir söz olmayanda faciə olur? Biz əcnəbi sözlər əvəzinə milli sözlər daxil etməyə çalışmışıq. Dünyanın bütün lüğətlərində səhv olur. 90 min sözdən bir söz təsadüfən getməyib. Bu, qəsdən olmayıb".
Qeyd edək ki, bununla bağlı dilçi alim Qulu Məhərrəmli status paylaşıb. O bildirib ki, Azərbaycan dilinin sonuncu orfoqrafiya lüğətində "hörümçək" sözü çıxarılıb, "spayder" sözü salınıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.