https://sputnik.az/20220121/horumceyin-spayder-olmasi-bizim-xetamiz-deyil---dilcilik-nstitutunun-bas-direktoru-438338746.html
Hörümçəyin "spayder" olması bizim xətamız deyil - Dilçilik İnstitutunun Baş direktoru
Hörümçəyin "spayder" olması bizim xətamız deyil - Dilçilik İnstitutunun Baş direktoru
Sputnik Azərbaycan
Dilçilik İnstitutunun Baş direktoru deyib ki, hörümçəyin "spayder" adlandırılması onların günahı deyil.
2022-01-21T08:05+0400
2022-01-21T08:05+0400
2022-01-21T08:05+0400
amea
elm
akademik ramiz mehdiyev
hörümçək
ramiz mehdiyev
amea nəsimi adına dilçilik institutu
lüğət
hörümçək adam
https://cdnn1.img.sputnik.az/img/07e5/0a/01/433795007_0:626:1330:1374_1920x0_80_0_0_2e689399ca6f58fda0608851c8793104.jpg
BAKI, 21 yanvar — Sputnik. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsimi adına Dilçilik İnstitutunun Baş direktoru Nadir Məmmədli AMEA prezidenti Ramiz Mehdiyevin yanvarın 19-da Rəyasət Heyətinin iclasında orfoqrafiya lüğəti ilə bağlı səsləndirdiyi fikirlərə münasibət bildirib.Nadir Məmmədli Sputnik Azərbaycan-a deyib ki, cəmi 2 aydır, instituta baş direktor təyin olunub. İnstitutda baş verənlər ondan əvvəlki dövrə təsadüf edir: "Orfoqrafiya lüğəti ötən il çap olunub. Təbii ki, bu məsələyə laqeyd qala bilmərəm. Lüğətlə bağlı məsələyə aydınlıq gətirmək üçün institutun elmi şurasının üzvləri, şöbə müdirləri toplaşıb müzakirə apardıq. Kitabın mətbəəyə gedən son variantını tapdıq. Sonuncu korrektor cildlənmiş halda mətbəəyə göndərib. Həmin kitabda "hörümçək" sözü var. Necə olub ki, bu söz kitaba salınmayıb, bunu aydınlaşdıracağıq. İş olan yerdə səhv də olur. Düşünürəm ki, bu, Dilçilik İnstitutunun səhvi deyil. Belə başa düşürəm ki, mətbəə xətasıdır".Qeyd edək ki, Azərbaycan dilinin sonuncu orfoqrafiya lüğətində "hörümçək" sözü çıxarılıb, "spayder" sözü salınıb.Azərbaycan Milli Elmlər Akademiyasının prezidentinin humanitar işlər üzrə müşaviri, AMEA Dilçilik İnstitutunun sabiq direktoru Möhsün Nağısoylu "hörümçək" sözünün 2021-ci ildə nəşr olunan "Azərbaycan dilinin orfoqrafiya lüğəti"ndən çıxarılmasına və "spayder" sözü ilə əvəz olunmasına aydınlıq gətirib.M.Nağısoylu açıqlamasında bildirib ki, spayder təkcə hörümçək mənasını vermir:""Spayder" həm də "Yeni sözlər, yeni mənalar" lüğətinə əsasən, iki yerlik, açıq (bəzən açılıb götürülə bilən) banlı avtomobil növünə deyilir. Hörümçək sözü təsadüfən buraxılıb. Amma hörümçəkkimilər var. Yəni, "hörümçək" sözü lüğətdən çıxarılmayıb. Bu lüğəti 12 nəfər hazırlayıb. Mən elmi redaktoruyam. Məndən başqa iki nəfər məsul redaktor var. Lüğətdə təsadüfən bir söz olmayanda faciə olur? Biz əcnəbi sözlər əvəzinə milli sözlər daxil etməyə çalışmışıq. Dünyanın bütün lüğətlərində səhv olur. 90 min sözdən bir söz təsadüfən getməyib. Bu, qəsdən olmayıb".Xatırladaq ki, bununla bağlı dilçi alim Qulu Məhərrəmli status paylaşıb. O bildirib ki, Azərbaycan dilinin sonuncu orfoqrafiya lüğətində "hörümçək" sözü çıxarılıb, "spayder" sözü salınıb.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/0a/01/433795007_0:501:1330:1499_1920x0_80_0_0_0ef8930c32fc0a1ad9c75da6c0a1a903.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
hörümçək necə spayder oldu
hörümçək necə spayder oldu
Hörümçəyin "spayder" olması bizim xətamız deyil - Dilçilik İnstitutunun Baş direktoru
Dilçilik İnstitutunun Baş direktoru deyib ki, iş olan yerdə xəta da olur, amma hörümçəyin "spayder" adlandırılması onların günahı deyil.
BAKI, 21 yanvar — Sputnik. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsimi adına Dilçilik İnstitutunun Baş direktoru Nadir Məmmədli AMEA prezidenti Ramiz Mehdiyevin yanvarın 19-da Rəyasət Heyətinin iclasında orfoqrafiya lüğəti ilə bağlı səsləndirdiyi fikirlərə münasibət bildirib.
Nadir Məmmədli Sputnik Azərbaycan-a deyib ki, cəmi 2 aydır, instituta baş direktor təyin olunub. İnstitutda baş verənlər ondan əvvəlki dövrə təsadüf edir:
"Orfoqrafiya lüğəti ötən il çap olunub. Təbii ki, bu məsələyə laqeyd qala bilmərəm. Lüğətlə bağlı məsələyə aydınlıq gətirmək üçün institutun elmi şurasının üzvləri, şöbə müdirləri toplaşıb müzakirə apardıq. Kitabın mətbəəyə gedən son variantını tapdıq.
Sonuncu korrektor cildlənmiş halda mətbəəyə göndərib. Həmin kitabda "hörümçək" sözü var. Necə olub ki, bu söz kitaba salınmayıb, bunu aydınlaşdıracağıq. İş olan yerdə səhv də olur. Düşünürəm ki, bu, Dilçilik İnstitutunun səhvi deyil. Belə başa düşürəm ki, mətbəə xətasıdır".
Qeyd edək ki, Azərbaycan dilinin sonuncu orfoqrafiya lüğətində "hörümçək" sözü çıxarılıb, "spayder" sözü salınıb.
Azərbaycan Milli Elmlər Akademiyasının prezidentinin humanitar işlər üzrə müşaviri, AMEA Dilçilik İnstitutunun sabiq direktoru Möhsün Nağısoylu "hörümçək" sözünün 2021-ci ildə nəşr olunan "Azərbaycan dilinin orfoqrafiya lüğəti"ndən çıxarılmasına və "spayder" sözü ilə əvəz olunmasına aydınlıq gətirib.
M.Nağısoylu açıqlamasında bildirib ki, spayder təkcə hörümçək mənasını vermir:
""Spayder" həm də "Yeni sözlər, yeni mənalar" lüğətinə əsasən, iki yerlik, açıq (bəzən açılıb götürülə bilən) banlı avtomobil növünə deyilir. Hörümçək sözü təsadüfən buraxılıb. Amma hörümçəkkimilər var. Yəni, "hörümçək" sözü lüğətdən çıxarılmayıb. Bu lüğəti 12 nəfər hazırlayıb. Mən elmi redaktoruyam. Məndən başqa iki nəfər məsul redaktor var.
Lüğətdə təsadüfən bir söz olmayanda faciə olur? Biz əcnəbi sözlər əvəzinə milli sözlər daxil etməyə çalışmışıq. Dünyanın bütün lüğətlərində səhv olur. 90 min sözdən bir söz təsadüfən getməyib. Bu, qəsdən olmayıb".
Xatırladaq ki, bununla bağlı dilçi alim Qulu Məhərrəmli status paylaşıb. O bildirib ki, Azərbaycan dilinin sonuncu orfoqrafiya lüğətində "hörümçək" sözü çıxarılıb, "spayder" sözü salınıb.