https://sputnik.az/20220121/spayderin-mehareti---orfoqrafiya-lugeti-deyisecek-438368211.html
"Spayder"in məharəti - Orfoqrafiya lüğəti dəyişəcək
"Spayder"in məharəti - Orfoqrafiya lüğəti dəyişəcək
Sputnik Azərbaycan
Azərbaycan dilinin son Orfoqrafiya lüğətinə "hörümçək" sözü salınmayıb və bu, ictimaiyyət arasında etirazla qarşılanıb.
2022-01-21T14:55+0400
2022-01-21T14:55+0400
2022-01-21T14:55+0400
orfoqrafiya komissiyası
cəmiyyət
nəşr
lüğət
https://cdnn1.img.sputnik.az/img/07e5/0a/01/433794704_0:103:2000:1228_1920x0_80_0_0_8c1a319bacd921e7429d304db3a8e5e0.jpg
BAKI, 21 yanvar — Sputnik. Azərbaycan dilinin Orfoqrafiya lüğəti bu il yenidən nəşr olunacaq. Sputnik Azərbaycan-ın xəbərinə görə, bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti, akademik İsa Həbibbəyli deyib.O, Report-a açıqlamasında deyib ki, təkmilləşdirilmiş formada yeni lüğətin 2022-ci il ərzində çap olunması nəzərdə tutulub:"Bu il Azərbaycan dilinin yeni Orfoqrafiya lüğətinin təkmilləşdirilmiş formada ikinci nəşrinin çap olunması nəzərdə tutulub və bu, elm və nəşriyyatın planına daxil edilib. Yəni, lüğəti bu il təkrar nəşr edəcəyik, çünki buna tələbat da böyükdür. Artıq bütün sözləri bir daha diqqətlə oxumaq və digər məsələlərlə bağlı müvafiq tapşırıqlar verilib. Dilçilik İnstitutuna da bununla bağlı tapşırıq və göstərişlər verilib. Yeni lüğətdə bu və ya digər nöqsanlar varsa, hamısı aradan qaldırılacaq".Qeyd edək ki, Azərbaycan dilinin son Orfoqrafiya lüğətinə "hörümçək" sözü salınmayıb və bu, ictimaiyyət arasında etirazla qarşılanıb. AMEA prezidenti Ramiz Mehdiyev yanvarın 19-da Rəyasət Heyətinin iclasında lüğətin nəşrinə məsuliyyət daşıyan şəxslərin verdikləri izahatlardan razı olmadığını və onlardan daha ciddi və əsaslı izahatlar gözlədiyini bildirib. Dilçilik İnstitutu və digər məsul şəxslər isə həmin sözün lüğətə salınmamasını sırf texniki qüsur kimi dəyərləndirir.Xatırladaq ki, "Azərbaycan Dilinin Orfoqrafiya Lüğəti" 5 ildən bir hazırlanır. Lüğət sonuncu dəfə ötən il çap olunmuşdu.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.Həmçinin oxuyun:Hörümçəyin "spayder" olması bizim xətamız deyil - Dilçilik İnstitutunun Baş direktoru"Hörümçək" sözü lüğətdən təsadüfən çıxarılıb - Rəsmi
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/0a/01/433794704_114:0:1887:1330_1920x0_80_0_0_7d30d84ce9d154d68de7b66ba1eccbd2.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
"spayder"in məharəti - orfoqrafiya lüğəti dəyişəcək
"spayder"in məharəti - orfoqrafiya lüğəti dəyişəcək
"Spayder"in məharəti - Orfoqrafiya lüğəti dəyişəcək
Azərbaycan dilinin son Orfoqrafiya lüğətinə "hörümçək" sözü salınmayıb və bu, ictimaiyyət arasında etirazla qarşılanıb.
BAKI, 21 yanvar — Sputnik. Azərbaycan dilinin Orfoqrafiya lüğəti bu il yenidən nəşr olunacaq.
Sputnik Azərbaycan-ın xəbərinə görə, bunu
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti, akademik
İsa Həbibbəyli deyib.
O, Report-a açıqlamasında deyib ki, təkmilləşdirilmiş formada yeni lüğətin 2022-ci il ərzində çap olunması nəzərdə tutulub:
"Bu il Azərbaycan dilinin yeni Orfoqrafiya lüğətinin təkmilləşdirilmiş formada ikinci nəşrinin çap olunması nəzərdə tutulub və bu, elm və nəşriyyatın planına daxil edilib. Yəni, lüğəti bu il təkrar nəşr edəcəyik, çünki buna tələbat da böyükdür. Artıq bütün sözləri bir daha diqqətlə oxumaq və digər məsələlərlə bağlı müvafiq tapşırıqlar verilib. Dilçilik İnstitutuna da bununla bağlı tapşırıq və göstərişlər verilib. Yeni lüğətdə bu və ya digər nöqsanlar varsa, hamısı aradan qaldırılacaq".
Qeyd edək ki, Azərbaycan dilinin son Orfoqrafiya lüğətinə "hörümçək" sözü salınmayıb və bu, ictimaiyyət arasında etirazla qarşılanıb. AMEA prezidenti Ramiz Mehdiyev yanvarın 19-da Rəyasət Heyətinin iclasında lüğətin nəşrinə məsuliyyət daşıyan şəxslərin verdikləri izahatlardan razı olmadığını və onlardan daha ciddi və əsaslı izahatlar gözlədiyini bildirib. Dilçilik İnstitutu və digər məsul şəxslər isə həmin sözün lüğətə salınmamasını sırf texniki qüsur kimi dəyərləndirir.
Xatırladaq ki, "Azərbaycan Dilinin Orfoqrafiya Lüğəti" 5 ildən bir hazırlanır. Lüğət sonuncu dəfə ötən il çap olunmuşdu.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.