DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Armen Sarkisyan yeni qalmaqalda: başqa ölkənin vətəndaşı imiş

© Sputnik / Igor Russak / Mediabanka keçidArmen Sarkisyan
Armen Sarkisyan - Sputnik Azərbaycan, 1920, 26.01.2022
Abunə olmaq
Onun vətəndaşı olduğu ölkənin adı yerlilərin dilində "toyuq ayağı” və “yumurta” mənasını verir.
BAKI, 26 yanvar - Sputnik. Ermənistanda yeni qalmaqal yaşanır. Məlum olub ki, istefa vermiş sabiq prezident Armen Sarkisyan prezident seçilməmişdən öncə Sent-Kits və Nevis ada-dövlətinin vətəndaşlığına malik imiş.
Ermənistanın Milli Təhlükəsizlik Xidməti hazırda bu məsələni araşdırır. Ermənistan Baş Prokurorluğundan bildirilib ki, hələ 2021-ci ilin aprelində Sarkisyanın xarici ölkə vətəndaşı olması barədə cinayət işi qaldırılıb.
Məlumatı yayan hetq.az qeyd edir ki, Armen Sarkisyan başqa bir ölkənin də vətəndaşı olduğu üçün prezident seçilmək hüququ yox idi.
Sarkisyanın Sent-Kits və Nevis vətəndaşlığından imtina prosesi 2018-ci ilin mart ayında, yəni prezident seçilməzdən bir qədər əvvəl başlayıb. Halbuki o, buna 6 il qalmış yalnız Ermənistan vətəndaşı olmalı idi.
Sarkisyan özü etiraf edib ki, vətəndaşlığı bu barədə xəbərdarlıq edilmədən – “İnvestisiyaya görə vətəndaşlıq” proqramı əsasında alıb və 2013-cü ildə ondan imtina etmək üçün prosesin başlamasına dair tapşırıq verib. Ancaq bu məsələni həll etməli olan şəxs vəfat edib.
Beləliklə, Sarkisyan vətəndaşlığın dondurulmasını istədiyi andan özünü Sent-Kits və Nevis vətəndaşı hesab etmir. Yeri gəlmişkən, Sarkisyanın vətəndaşı olduğu adalar çox maraqlı formaya malikdir – yerli sakinlər bu formasına görə həmin adaları “toyuq ayağı” (Sent-Kits) və “yumurta” (Nevis) adlandırırlar.
Qeyd edək ki, bazar günü, yanvarın 23-də Ermənistan prezidenti Armen Sarkisyan istefa verdiyini bəyan edib.
"Prezident ölkə və millət üçün hazırkı çətin durumda daxili və xarici siyasətə təsir etmək üçün lazımi alətlərə malik deyil", - Sarkisyan bildirib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Eləcə də oxuyun:
* Ermənistan prezidenti Armen Sarkisyan istefa verdi, PA rəhbərini də göndərdi
* Ermənistan prezidentsiz qaldı, indi necə olacaq?
* Prezidentin gözlənilməz istefası - Ermənistan Azərbaycana güzəştlərə hazırlaşır?
* Şəxsi məsələ deyil, biznesdir: Bakı Sarkisyanın istefa səbəbini nədə görür
Xəbər lenti
0