SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Şəxsi məsələ deyil, biznesdir: Bakı Sarkisyanın istefa səbəbini nədə görür

© SputnikErmənistan prezidenti Armen Sarkisyan
Ermənistan prezidenti Armen Sarkisyan - Sputnik Azərbaycan, 1920, 24.01.2022
Abunə olmaq
Ekspertin sözlərinə görə, nə müharibə, nə də sülh məsələlərində Sarkisyana ehtiyac duyulmuşdu, odur ki, Paşinyanla məsuliyyəti bölüşmək istəmədi.
BAKI, 24 yanvar — Sputnik. Ermənistan prezidenti Armen Sarkisyan, ola bilsin ki, Yerevanın Ankara ilə münasibətlərinin normallaşmasında iştirak etməmək üçün istefa verib. Bu fikri Sputnik Azərbaycan-a politoloq İlqar Vəlizadə bildirib.

Paşinyan siyasətinin "iştirakçısı"

Qeyd edək ki, bazar günü, yanvarın 23-də Ermənistan prezidenti Armen Sarkisyan istefa verdiyini bəyan edib. "Prezidentin əlində ölkə və millət üçün hazırkı çətin dövrdə daxili və xarici siyasətin fundamental proseslərinə təsir etmək üçün lazımi alətlər yoxdur", - deyə o öz istefasının səbəbini açıqlayıb.
Vəlizadə əmindir ki, rəsmi açıqlamaya baxmayaraq, Sarkisyan istefa barədə qərar qəbul edən vaxt başqa fikirləri əsas götürüb.
"O heç vaxt Paşinyanın timsalında Ermənistanın hazırkı rəhbərliyinin siyasi kursu ilə razılaşmadığını gizlətməyib, ancaq prezident kimi qəbul olunan qərarları təsdiqləmək məcburiyyətində idi. Ancaq indi Ermənistanla Türkiyənin münasibətlərinin normallaşmasında iştirak etmək istəmir", – deyə Vəlizadə qeyd edib.
Politoloq xatırladıb ki, Sarkisyanın Ermənistan-Türkiyə yaxınlaşmasına qarşı çıxan Qərbdəki erməni diasporunun nümayəndələri ilə sıx biznes əlaqələri də var.
"Mövcud hökumətin Ermənistan-Türkiyə dialoqunun inkişafı üçün institusional bazanın yaradılmasına yönəlmiş addımlarını dəstəkləməklə Sarkisyan da bu addımlara qoşulmuş olacaq və Paşinyan siyasətinin "şəriki" kimi qəbul ediləcək, – deyə Vəlizadə qeyd edib.

Sarkisyan məsələni uzatmaq istəmədi

Bu arada, Rusiya Dövlət Dumasının MDB məsələləri üzrə komitəsinin sədri Leonid Kalaşnikov Sputnik Azərbaycan-a müsahibəsində Sarkisyanın bu qərarının "bir o qədər də məsuliyyətli addım" olmadığını bildirib.
Onun fikrincə, prezident, sadəcə olaraq, məsələni bir az da uzatmaq istəmədi, çünki bu, Ermənistan üçün çox xoşagəlməz qərarların qəbulu, o cümlədən, dəhlizlər, infrastruktur, qonşularla münasibətlərin qurulması ilə bağlı çətinliklərə gətirib çıxara bilərdi.
"Nə müharibə, nə də sülh məsələlərində Sarkisyana ehtiyac duyulmuşdu, odur ki, Paşinyanla məsuliyyəti bölüşmək istəmədi", – deyə Kalaşnikov vurğulayıb.
Komitə sədri belə hesab edir ki, Ermənistanda müşahidə olunan çox ciddi böhran şəraitində prezidentin öz postunu tərk etməsini düzgün qərar hesab etmir.
"Təəssüf ki, Sarkisyan bu yükü daşıya biləcək siyasətçi deyilmiş. Onun böhran başlayan vaxt Qərbə müraciət etməsi, Brüsselə getməsi, az qala NATO-nun üstünə qaçmaq istəməsi heç də təsadüfi deyilmiş", – deyə Kalaşnikov fikirlərini yekunlaşdırıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Eləcə də oxuyun:
* Prezidentin gözlənilməz istefası - Ermənistan Azərbaycana güzəştlərə hazırlaşır?
* Ermənistan prezidenti Armen Sarkisyan istefa verdi, PA rəhbərini də göndərdi
* Ermənistan prezidentsiz qaldı, indi necə olacaq?
Xəbər lenti
0