https://sputnik.az/20220124/cetin-ki-sarkisyan-oz-qerarinin-sebebini-memuarlarinda-aciqlasin---deputat-438445419.html
Prezidentin gözlənilməz istefası - Ermənistan Azərbaycana güzəştlərə hazırlaşır?
Prezidentin gözlənilməz istefası - Ermənistan Azərbaycana güzəştlərə hazırlaşır?
Sputnik Azərbaycan
Müharibədən sonra Sarkisyan Paşinyanı istefaya çağırdı və onun yürütdüyü siyasətin faktiki olaraq müharibədə məğlubiyyətə aparıb çıxardığını qeyd etdi.
2022-01-24T15:46+0400
2022-01-24T15:46+0400
2022-01-24T16:11+0400
ermənistan
təhlil
istefa
prezident
https://cdnn1.img.sputnik.az/img/07e4/0b/0a/425428583_0:0:2743:1543_1920x0_80_0_0_3bc3b4ae7221548912dace7d9679bfd3.jpg
BAKI, 24 yanvar — Sputnik. Geridə qoyduğumuz həftənin ən önəmli hadisəsi qonşu ölkədə - Ermənistanda prezidentin gözlənilməz şəkildə istefa verməsi oldu. Belə ki, Ermənistan Prezidenti Armen Sarkisyan istefa verdiyini bəyan etdi. İstefa səbəbi kimi isə Prezident "ölkə və millət üçün indiki çətin dövrdə daxili və xarici siyasətdə fundamental proseslərə təsir etmək üçün lazımı alətlərinin olmadığını" bildirdi.Qanuna əsasən, Armen Sarkisyanın bir həftə ərzində öz istefa ərizəsini geri götürmək imkanı var. Həftə tamam olduqdan sonra Ermənistan parlamenti ölkəyə yeni prezident seçəcək. Ölkə prezidentsiz olduğu müddətdə onun vəzifələrini parlament sədri Alen Simonyan icra edəcək.Bəs Armen Sarkisyanın gözlənilməz istefasının kökündə nə dayanır və bundan sonra Ermənistanı nə gözləyir?Sputnik Azərbaycan məsələ ilə bağlı Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) eksperti Vasif Hüseynov və millət vəkili, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Rasim Musabəyovla həmsöhbət olub.BMTM-in eksperti Vasif Hüseynov hesab edir ki, Armen Sarkisyanın Ermənistanın prezidenti postundan istefa verməsi çoxdan gözlənilirdi:"Onun bu vaxta qədər öz kürsüsündə qalması mən də daxil olmaqla, bir sıra ekspertləri çox təəccübləndirdi. Çünki, İkinci Qarabağ müharibəsindən sonra Baş nazir Nikol Paşinyan və Ermənistan Prezidenti Armen Sarkisyan arasında faktiki olaraq bir ziddiyyət, konflikt yaranmışdı. Müharibədən sonra Sarkisyan Paşinyanı istefaya çağırdı və onun Baş nazir postunda qalmasının ölkənin milli maraqları üçün uyğun olmadığını, xalq tərəfindən Paşinyanın dəstəklənmədiyini, Paşinyanın yürütdüyü siyasətin faktiki olaraq müharibədə məğlubiyyətə aparıb çıxardığını qeyd etdi. Lakin Nikol Paşinyan bu çağırışı qulaq ardına vurdu və buna heç bir əhəmiyyət vermədi. Artıq bütün bunlar onlar arasında konfliktin başlanğıcı kimi görünürdü".Vasif Hüseynov qeyd edib ki, Armen Sarkisyan müəyyən dərəcədə ümid edirdi ki, Ermənistanda keçirilən növbədənkənar seçkilərdə Nikol Paşinyan məğlub olacaq və ondan sonra qurulacaq yeni hökumətlə onun arasında daha mülayim atmosfer formalaşacaq:"Lakin bu proqnoz da özünü doğrultmadı. Keçən ilin iyun ayında keçirilən növbədənkənar seçkilərdə Paşinyanın partiyası qalib gəldi və qalib gəldikdən sonra Ermənistan Baş naziri öz siyasi kursunu daha qətiyyətlə icra etməyə başladı ki, bu da son nəticədə prezident Armen Sarkisyanın heç də xoşuna gəlmirdi".BMTM-in ekspertinin sözlərinə görə, öz istefa bəyanatında qeyd etdiyi kimi, Sarkisyanın proseslərə təsir etmək gücü, alətləri də yox idi:"2018-ci ildə Ermənistanda yeni Konstitusiya qüvvəyə mindikdən sonra prezidentin səlahiyyətləri ciddi şəkildə məhdudlaşdırılıb və o, faktiki olaraq simvolik vəzifəyə çevrilib. Ola bilsin ki, Armen Sarkisyan postsovet ənənələri üçün daha tipik olan bir idarəetmə forması gözləyirdi. Yəni, prezidentin səlahiyyətləri məhdudlaşdırılsa da, o, yenə də proseslərə təsir edə, onlara istiqamət verə biləcək. Lakin belə olmadı. Yeni quruluşda prezident heç bir ciddi səlahiyyətlərə malik deyil. Bu da Sarkisyan üçün heç də xoş deyildi. O da siyasi proseslərə təsir etmək, öz siyasi təcrübəsini ortaya qoymaq və insanlarla daha yaxından işləmək istəyirdi. Digər önəmli məqam da bundan ibarətdir ki, hazırda Nikol Paşinyan Azərbaycan-Ermənistan-Rusiya üçtərəfli danışıqlarında müəyyən razılaşmalara gedəcək. Armen Sarkisyan isə bu prosesdə rol almaq istəmədiyi, hər hansı bir məsuliyyəti öz üzərinə götürməmək üçün də istefa verə bilər. Çünki, artıq Azərbaycanla Ermənistan arasında sərhədin demarkasiya və delimitasiyası prosesinin başlanması üçün komissiyanın yaradılmasının elan ediləcəyi yaxın həftələrdə gözlənilir. Yaxın gələcəkdə hər iki ölkə arasında sülh müqaviləsi üzrə danışıqların başlanılması gözlənilir. Bu proseslərdə Ermənistan güzəştə getməyə məcburdur. Müharibədən sonra elə bir status-kvo formalaşıb ki, burada güzəştə gedən tərəf Ermənistandır və ola bilər ki, Armen Sarkisyan bu məsuliyyəti öz üzərinə götürmək istəmədi".Vasif Hüseynovun sözlərinə görə, Sarkisyanın istefası ölkə siyasətində Paşinyanın rolunu daha da gücləndirəcək:"Bildiyiniz kimi, Ermənistanda qüvvədə olan yeni Konstitusiyaya əsasən prezidenti parlament təyin edir. Prezidentin seçilməsi üçün parlamentdə 80 səs tələb olunur ki, hazırda Nikol Paşinyanın partiyasının 79 deputat mandatı var. Baxmayaraq ki, birinci raundda Ermənistan prezidenti seçilməyə bilər. Bir nəfər müxalif deputat Paşinyanın namizədinə səs verməyə bilər. Lakin səsvermənin ikinci raundunda prezident 65 səslə seçiləcək. Ona görə Paşinyan ikinci raunda öz namizədini çox rahatlıqla gətirə bilər. Bu da Ermənistan üçün çox kritik dövrdə Nikol Paşinyana çox böyük üstünlük yaradacaq. Həm Baş nazir, həm də prezident postu Paşinyanın nəzarətində olacaq ki, bu da ölkənin daxili və xarici siyasəti ilə bağlı öz planlarını, agendasını heç bir ciddi müqavimət olmadan reallaşdıra bilsin".Milli Məclisin deputatı Rasim Musabəyov da hesab edir ki, Armen Sarkisyan Baş nazir Nikol Paşinyana loyallıq göstərmirdi:"Çünki, o da 2020-ci ildə 44 günlük müharibədən sonra Baş nazir Nikol Paşinyanın istefasını tələb edirdi. Yəqin ki, Armen Sarkisyan hesab etdi ki, cavab vaxtı yaxınlaşır və vaxtından əvvəl getməyə qərar verib. Nikol Paşinyanın təşəbbüsü ilə Konstitusiyaya yenidən baxılması prosesinin başladılması çətin ki, Armen Sarkisyana 7 il müddətində öz səlahiyyətlərində qalmağa imkan verəcək".Deputat xatırladıb ki, bu, Armen Sarkisyanın yüksək vəzifəli postdan getməsinə dair ilk hal deyil:"Xatırladım ki, hələ 1997-ci ildə Ermənistanda Qarabağ nizamlanmasına dair prezident Levon Ter-Petrosyan və güc strukturlarının rəhbərləri arasında atmosfer gərginləşəndə, həmin vaxt Baş nazir olan Armen Sarkisyan xəstəlik adı altında Londona qaçıb və öz postuna geri dönməmişdi. Yeri gəlmişkən, boş qalan hökumət başçısı kreslosunu daha sonra Levon Ter-Petrosyanı istefaya məcbur edən Robert Koçaryan tutmuşdu".Rasim Musabəyov qeyd edib ki, çətin ki, Armen Sarkisyan öz qərarlarının səbəbini bundan sonrakı memuarlarında açıqlasın:"Lakin o, yalnız Ermənistan siyasətində deyil, həm də ölkə cəmiyyətində də yad element olaraq qaldı. Bu adam Britaniya siyasi dairələrinə çoxdan inteqrasiya olunub. Orada onun evi, pulları, uşaq və nəvələri var. Yəqin ki, günlərini ənənəvi, komfortlu atmosferdə keçirmək qərarını verdi. Ermənistanda 90-cı illərin sonunda onun qısa müddət ərzində ölkənin baş naziri kimi fəaliyyəti xatırlanmadığı kimi, çətin ki, o, eks-prezident kimi xatırlansın".Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.Həmçinin oxuyun:Ermənistan prezidenti Armen Sarkisyan istefa verdi, PA rəhbərini də göndərdiErmənistan prezidentsiz qaldı, indi necə olacaq?Şuşaya ilk sərnişin avtobusu yola düşüb
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e4/0b/0a/425428583_0:0:2731:2048_1920x0_80_0_0_30a1f1fa468e00052ff379ee55a3a7cb.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
"çətin ki, sarkisyan öz qərarının səbəbini memuarlarında açıqlasın" - deputat
"çətin ki, sarkisyan öz qərarının səbəbini memuarlarında açıqlasın" - deputat
Prezidentin gözlənilməz istefası - Ermənistan Azərbaycana güzəştlərə hazırlaşır?
15:46 24.01.2022 (Yenilənib: 16:11 24.01.2022) BMTM-in ekspertinin sözlərinə görə, öz istefa bəyanatında qeyd etdiyi kimi, Sarkisyanın proseslərə təsir etmək gücü, alətləri də yox idi.
BAKI, 24 yanvar — Sputnik. Geridə qoyduğumuz həftənin ən önəmli hadisəsi qonşu ölkədə - Ermənistanda prezidentin gözlənilməz şəkildə istefa verməsi oldu. Belə ki, Ermənistan Prezidenti Armen Sarkisyan istefa verdiyini bəyan etdi. İstefa səbəbi kimi isə Prezident "ölkə və millət üçün indiki çətin dövrdə daxili və xarici siyasətdə fundamental proseslərə təsir etmək üçün lazımı alətlərinin olmadığını" bildirdi.
Qanuna əsasən, Armen Sarkisyanın bir həftə ərzində öz istefa ərizəsini geri götürmək imkanı var. Həftə tamam olduqdan sonra Ermənistan parlamenti ölkəyə yeni prezident seçəcək. Ölkə prezidentsiz olduğu müddətdə onun vəzifələrini parlament sədri Alen Simonyan icra edəcək.
Bəs Armen Sarkisyanın gözlənilməz istefasının kökündə nə dayanır və bundan sonra Ermənistanı nə gözləyir?
Sputnik Azərbaycan məsələ ilə bağlı
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) eksperti
Vasif Hüseynov və millət vəkili, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü
Rasim Musabəyovla həmsöhbət olub.
BMTM-in eksperti Vasif Hüseynov hesab edir ki, Armen Sarkisyanın Ermənistanın prezidenti postundan istefa verməsi çoxdan gözlənilirdi:
"Onun bu vaxta qədər öz kürsüsündə qalması mən də daxil olmaqla, bir sıra ekspertləri çox təəccübləndirdi. Çünki, İkinci Qarabağ müharibəsindən sonra Baş nazir Nikol Paşinyan və Ermənistan Prezidenti Armen Sarkisyan arasında faktiki olaraq bir ziddiyyət, konflikt yaranmışdı. Müharibədən sonra Sarkisyan Paşinyanı istefaya çağırdı və onun Baş nazir postunda qalmasının ölkənin milli maraqları üçün uyğun olmadığını, xalq tərəfindən Paşinyanın dəstəklənmədiyini, Paşinyanın yürütdüyü siyasətin faktiki olaraq müharibədə məğlubiyyətə aparıb çıxardığını qeyd etdi. Lakin Nikol Paşinyan bu çağırışı qulaq ardına vurdu və buna heç bir əhəmiyyət vermədi. Artıq bütün bunlar onlar arasında konfliktin başlanğıcı kimi görünürdü".
Vasif Hüseynov qeyd edib ki, Armen Sarkisyan müəyyən dərəcədə ümid edirdi ki, Ermənistanda keçirilən növbədənkənar seçkilərdə Nikol Paşinyan məğlub olacaq və ondan sonra qurulacaq yeni hökumətlə onun arasında daha mülayim atmosfer formalaşacaq:
"Lakin bu proqnoz da özünü doğrultmadı. Keçən ilin iyun ayında keçirilən növbədənkənar seçkilərdə Paşinyanın partiyası qalib gəldi və qalib gəldikdən sonra Ermənistan Baş naziri öz siyasi kursunu daha qətiyyətlə icra etməyə başladı ki, bu da son nəticədə prezident Armen Sarkisyanın heç də xoşuna gəlmirdi".
BMTM-in ekspertinin sözlərinə görə, öz istefa bəyanatında qeyd etdiyi kimi, Sarkisyanın proseslərə təsir etmək gücü, alətləri də yox idi:
"2018-ci ildə Ermənistanda yeni Konstitusiya qüvvəyə mindikdən sonra prezidentin səlahiyyətləri ciddi şəkildə məhdudlaşdırılıb və o, faktiki olaraq simvolik vəzifəyə çevrilib. Ola bilsin ki, Armen Sarkisyan postsovet ənənələri üçün daha tipik olan bir idarəetmə forması gözləyirdi. Yəni, prezidentin səlahiyyətləri məhdudlaşdırılsa da, o, yenə də proseslərə təsir edə, onlara istiqamət verə biləcək. Lakin belə olmadı. Yeni quruluşda prezident heç bir ciddi səlahiyyətlərə malik deyil. Bu da Sarkisyan üçün heç də xoş deyildi. O da siyasi proseslərə təsir etmək, öz siyasi təcrübəsini ortaya qoymaq və insanlarla daha yaxından işləmək istəyirdi. Digər önəmli məqam da bundan ibarətdir ki, hazırda Nikol Paşinyan Azərbaycan-Ermənistan-Rusiya üçtərəfli danışıqlarında müəyyən razılaşmalara gedəcək. Armen Sarkisyan isə bu prosesdə rol almaq istəmədiyi, hər hansı bir məsuliyyəti öz üzərinə götürməmək üçün də istefa verə bilər. Çünki, artıq Azərbaycanla Ermənistan arasında sərhədin demarkasiya və delimitasiyası prosesinin başlanması üçün komissiyanın yaradılmasının elan ediləcəyi yaxın həftələrdə gözlənilir. Yaxın gələcəkdə hər iki ölkə arasında sülh müqaviləsi üzrə danışıqların başlanılması gözlənilir. Bu proseslərdə Ermənistan güzəştə getməyə məcburdur. Müharibədən sonra elə bir status-kvo formalaşıb ki, burada güzəştə gedən tərəf Ermənistandır və ola bilər ki, Armen Sarkisyan bu məsuliyyəti öz üzərinə götürmək istəmədi".
Vasif Hüseynovun sözlərinə görə, Sarkisyanın istefası ölkə siyasətində Paşinyanın rolunu daha da gücləndirəcək:
"Bildiyiniz kimi, Ermənistanda qüvvədə olan yeni Konstitusiyaya əsasən prezidenti parlament təyin edir. Prezidentin seçilməsi üçün parlamentdə 80 səs tələb olunur ki, hazırda Nikol Paşinyanın partiyasının 79 deputat mandatı var. Baxmayaraq ki, birinci raundda Ermənistan prezidenti seçilməyə bilər. Bir nəfər müxalif deputat Paşinyanın namizədinə səs verməyə bilər. Lakin səsvermənin ikinci raundunda prezident 65 səslə seçiləcək. Ona görə Paşinyan ikinci raunda öz namizədini çox rahatlıqla gətirə bilər. Bu da Ermənistan üçün çox kritik dövrdə Nikol Paşinyana çox böyük üstünlük yaradacaq. Həm Baş nazir, həm də prezident postu Paşinyanın nəzarətində olacaq ki, bu da ölkənin daxili və xarici siyasəti ilə bağlı öz planlarını, agendasını heç bir ciddi müqavimət olmadan reallaşdıra bilsin".
Milli Məclisin deputatı Rasim Musabəyov da hesab edir ki, Armen Sarkisyan Baş nazir Nikol Paşinyana loyallıq göstərmirdi:
"Çünki, o da 2020-ci ildə 44 günlük müharibədən sonra Baş nazir Nikol Paşinyanın istefasını tələb edirdi. Yəqin ki, Armen Sarkisyan hesab etdi ki, cavab vaxtı yaxınlaşır və vaxtından əvvəl getməyə qərar verib. Nikol Paşinyanın təşəbbüsü ilə Konstitusiyaya yenidən baxılması prosesinin başladılması çətin ki, Armen Sarkisyana 7 il müddətində öz səlahiyyətlərində qalmağa imkan verəcək".
Deputat xatırladıb ki, bu, Armen Sarkisyanın yüksək vəzifəli postdan getməsinə dair ilk hal deyil:
"Xatırladım ki, hələ 1997-ci ildə Ermənistanda Qarabağ nizamlanmasına dair prezident Levon Ter-Petrosyan və güc strukturlarının rəhbərləri arasında atmosfer gərginləşəndə, həmin vaxt Baş nazir olan Armen Sarkisyan xəstəlik adı altında Londona qaçıb və öz postuna geri dönməmişdi. Yeri gəlmişkən, boş qalan hökumət başçısı kreslosunu daha sonra Levon Ter-Petrosyanı istefaya məcbur edən Robert Koçaryan tutmuşdu".
Rasim Musabəyov qeyd edib ki, çətin ki, Armen Sarkisyan öz qərarlarının səbəbini bundan sonrakı memuarlarında açıqlasın:
"Lakin o, yalnız Ermənistan siyasətində deyil, həm də ölkə cəmiyyətində də yad element olaraq qaldı. Bu adam Britaniya siyasi dairələrinə çoxdan inteqrasiya olunub. Orada onun evi, pulları, uşaq və nəvələri var. Yəqin ki, günlərini ənənəvi, komfortlu atmosferdə keçirmək qərarını verdi. Ermənistanda 90-cı illərin sonunda onun qısa müddət ərzində ölkənin baş naziri kimi fəaliyyəti xatırlanmadığı kimi, çətin ki, o, eks-prezident kimi xatırlansın".
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.