https://sputnik.az/20220123/ermenistan-prezidentsiz-qaldi-indi-nece-olacaq-438428083.html
Ermənistan prezidentsiz qaldı, indi necə olacaq?
Ermənistan prezidentsiz qaldı, indi necə olacaq?
Sputnik Azərbaycan
Armen Sarkisyanın istefasından sonra Ermənistanda yeni prezident seçkisinin keçirilməsi labüddür. Qaydalar haqda - xəbərimizdə. 23.01.2022, Sputnik Azərbaycan
2022-01-23T22:06+0400
2022-01-23T22:06+0400
2022-01-23T22:16+0400
dünya xəbərləri
istefa
seçki
ermənistan
prezident
https://cdnn1.img.sputnik.az/img/07e5/0b/0f/435210309_0:130:3181:1919_1920x0_80_0_0_21bd5657c29ef8fedc4a7dd809590137.jpg
BAKI, 23 yanvar - Sputnik. Bazar günü, yanvarın 23-də Ermənistan prezidenti Armen Sarkisyan istefa verdiyini bəyan elədi. Sputnik Azərbaycan erməni KİV-ə istinadən bildirir ki, ölkənin Konstitusiyasına görə, prezident özünün istefa ərizəsini parlamentə təqdim edir. İstefa onun qanunda göstərilən qaydada bəyan olunmasından sonra qəbul edilmiş sayılır. Ölkə prezidentsiz olduğu müddətdə onun vəzifələrini parlament sədri yerinə yetirir. İndiki halda bu, Alen Simonyandır. Prezidenti parlament seçir. Deputatların ümumi sayının dörddə biri prezidentliyə namizəd irəli sürmək hüququna malikdir. Ermənistan Konstitusiyasının 126-cı maddəsinə görə, ölkədə prezident seçkisi prezident vakansiyasının yaranmasından ən azı 25 gün sonra, 35 gündən gec olmayaraq aparılır. Seçki necə keçir?Deputatların ümumi sayının dörddə üçünün səsini qazanan şəxs prezident olur. Prezident seçilməzsə, ikinci tur keçirilir. Oraya birinci turda iştirak edən bütün namizədlər qatıla bilərlər. İkinci turda millət vəkillərinin beşdə üçünün səsini qazanan prezident olur. Bu da alınmasa, üçüncü tur keçirilir. Orada ikinci turda daha çox səs toplamış iki namizəd iştirak edir. Bu turda millət vəkillərinin ən çox səsini qazanan şəxs ölkə başçısı olur. Müxalifət də namizəd irəli sürə bilər. Namizədin yaşı 40-dan yuxarı, Ermənistan vətəndaşı və ömrü boyu daim Ermənistanda yaşayan şəxs olmalıdır. Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.Eləcə də oxuyun: * Ermənistan prezidenti Armen Sarkisyan istefa verdi
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/0b/0f/435210309_224:0:2955:2048_1920x0_80_0_0_13301ef3fed2ce1a3e65314c7b3be701.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
ermənistan lideri istefa verdi, yeni prezident kim olacaq?
ermənistan lideri istefa verdi, yeni prezident kim olacaq?
Ermənistan prezidentsiz qaldı, indi necə olacaq?
22:06 23.01.2022 (Yenilənib: 22:16 23.01.2022) Armen Sarkisyanın istefasından sonra Ermənistanda yeni prezident seçkisinin keçirilməsi labüddür. Qaydalar haqda - xəbərimizdə.
BAKI, 23 yanvar - Sputnik. Bazar günü, yanvarın 23-də Ermənistan prezidenti Armen Sarkisyan istefa verdiyini bəyan elədi.
Sputnik Azərbaycan erməni KİV-ə istinadən bildirir ki, ölkənin Konstitusiyasına görə, prezident özünün istefa ərizəsini parlamentə təqdim edir. İstefa onun qanunda göstərilən qaydada bəyan olunmasından sonra qəbul edilmiş sayılır.
Ölkə prezidentsiz olduğu müddətdə onun vəzifələrini parlament sədri yerinə yetirir. İndiki halda bu, Alen Simonyandır. Prezidenti parlament seçir. Deputatların ümumi sayının dörddə biri prezidentliyə namizəd irəli sürmək hüququna malikdir.
Ermənistan Konstitusiyasının 126-cı maddəsinə görə, ölkədə prezident seçkisi prezident vakansiyasının yaranmasından ən azı 25 gün sonra, 35 gündən gec olmayaraq aparılır.
Deputatların ümumi sayının dörddə üçünün səsini qazanan şəxs prezident olur. Prezident seçilməzsə, ikinci tur keçirilir. Oraya birinci turda iştirak edən bütün namizədlər qatıla bilərlər. İkinci turda millət vəkillərinin beşdə üçünün səsini qazanan prezident olur.
Bu da alınmasa, üçüncü tur keçirilir. Orada ikinci turda daha çox səs toplamış iki namizəd iştirak edir. Bu turda millət vəkillərinin ən çox səsini qazanan şəxs ölkə başçısı olur.
Müxalifət də namizəd irəli sürə bilər. Namizədin yaşı 40-dan yuxarı, Ermənistan vətəndaşı və ömrü boyu daim Ermənistanda yaşayan şəxs olmalıdır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.