https://sputnik.az/20220125/narkotik-madde-insani-bele-oldurur---vdeo-438444504.html
Narkotik maddə insanı belə öldürür - VİDEO
Narkotik maddə insanı belə öldürür - VİDEO
Sputnik Azərbaycan
Psixiatr, həkim-narkoloq həmin şəxsləri kabinetə daxil olan kimi tanıya bilir. 25.01.2022, Sputnik Azərbaycan
2022-01-25T07:16+0400
2022-01-25T07:16+0400
2022-01-25T07:16+0400
narkotik
səhiyyə
ölüm
maddə
https://cdnn1.img.sputnik.az/img/40875/71/408757114_0:164:3059:1884_1920x0_80_0_0_f3ff30686c50eb0ebb74b117c3df9f68.jpg
BAKI, 25 yanvar — Sputnik. Təəssüflə qeyd olunmalıdır ki, son illər bütün dünyada narkotik istifadəçilərinin yaş həddində cavanlaşma müşahidə edilir. Bu qlobal bəladan daha çox 18-25 yaş arası gənclərin əziyyət çəkdiyini nəzərə alsaq, narkotik maddələrə meyilli yeniyetmələrin vaxtında aşkar edilərək müalicəyə cəlb olunması, narkotik maddələrin doğurduğu fəsadlar haqqında onları vaxtında məlumatlandırmaq mühüm məsələlərdəndir.Narkotik maddə istifadəsinə məktəb illərindən başlayırlarSputnik Azərbaycan AZƏRTAC-a istinadla xəbər verir ki, Respublika Narkoloji Mərkəzinin həkim-narkoloqu Turan Əhmədovun sözlərinə görə, mərkəzə müraciət edən narkotik istifadəçilərinin yaşı adətən 20-dən yuxarıdır. Lakin anamnestik məlumatlar toplanarkən məlum olur ki, onlar narkotik maddə istifadəsinə məktəb illərindən başlayıblar.Narkotik maddələrin törətdiyi fəsadlardan və baş verən ölüm hallarından danışan mütəxəssis deyib: "Sırf narkotikin təsirindən insan orqanizmində ən çox psixi pozuntu halları baş verir. Belə hallar son vaxtlar metamfetamin istifadəçiləri arasında daha çox müşahidə olunur. Çünki sintetik tərkibli bir narkotik maddə olduğu üçün daha tez psixi pozuntular yaradır. Bu da təbii ki, baş beyində sinir sisteminin müəyyən pozuntularına səbəb olur və şəxsin müalicəsini daha da çətinləşdirir. Bədənə daxil olan yad maddə böyrəkdən süzüldüyü üçün böyrəklərə də təsirsiz ötüşmür. İntoksikasiya verdiyi üçün qaraciyərə toksiki təsir göstərir. Hətta qaraciyərin sirrozu xəstəliyinə gətirib çıxara bilər”.Bir infeksiya bütün orqanları sıradan çıxarırHəkim-narkoloqun sözlərinə görə, qan dövranına infeksiya saldıqda onun vasitəsilə o, bütün orqanlara yayıla bilər: “Xəstənin periferiya, yəni ürəkdən uzaq nöqtələrində, ayaq damarlarında qidalanmalar pozulduğu üçün orada nekroz hadisəsi müşahidə olunur, gec-tez xəstənin ətrafının hansısa səviyyədə itirilməsi ilə nəticələnir. Qan dövranının kəskin şəkildə ətraflara vurması nəticəsində tromboz xəstəliyi yaranır və həmin ətraflarda qidalanma pozulduğu üçün onların amputasiyasına səbəb olur. Bununla yanaşı, digər infeksiyalar da qaçılmaz olur. Əksər hallarda bir şprisdən bir neçə nəfər istifadə etdiyinə görə onlardan birində olan infeksiyanın digərinə keçmə ehtimalı artır.Nəticədə özləri də bilmədən həm infeksiyaya yoluxmuş olurlar, həm də ümumi infeksiyanın yayılmasına şərait yaradırlar. O isə gələcəkdə orqanizmdə digər fəsadlara səbəb olur. Narkotik maddə istifadəçilərinin həyatlarını itirməsinin əsas səbəbi isə doza həddinin aşılmasıdır. Hər hansı bir narkotik, psixotrop maddənin, o cümlədən alkoqollu içkinin doza həddinin kəskin aşılması nəticəsində güclü intoksikasiya baş verdiyi üçün ölüm halı müşahidə olunur".Həkim-narkoloq bildirib ki, narkotik maddə bəlasına düçar olmayanlar doğmalarını, əzizlərini itirdikdə daha çox kədərlənirsə, narkotik istifadəçilərində belə hiss az müşahidə olunur: "Çünki baş vermiş hadisənin fərqinə belə vara bilmir. Onlar ümumiyyətlə kövrəlmək, sevinc hissini tam şəkildə yaşaya bilmirlər. Tədricən onlarda depressiya halı yaranır. Ətraflarında olan xoş hadisəyə də sevinəcək halda olmurlar. Təəssüf ki, narkotikin fəsadlarından əziyyət çəkən ağır xəstələrimiz var. Psixi pozuntu baxımından da ağır xəstələrlə qarşılaşırıq. Hansı ki, onlar narkotikin təsiri altında öz yaxınlarını belə xatırlamaz halda olurlar. Belə hallar həm alkoqolizmdə, həm də narkomaniyada müşahidə olunur. Uzun müddət istifadə edəndə psixi pozuntunun dərinliyindən asılı olaraq xəstə hətta öz övladını, həyat yoldaşını belə tanımaya bilir. Belə hallar ağır qiymətləndirilir".Üzdəki rəng adamı ələ verirT.Əhmədovun sözlərinə görə, alkoqol istifadəçilərinin zahiri görkəmində müəyyən əlamətlər üzə çıxır. Yəni onların üz nahiyələrində tibbi dildə hiperemiya adlandırılan qızartı hiss olunur. Psixiatr, həkim-narkoloq həmin şəxsləri kabinetə daxil olan kimi tanıya bilir. Narkotik istifadəçilərində də bu hal yaranır. Adətən onların dərisində selikli qişalarda solğunluq, xırdaölçülü yaralar yaranır. Həmin şəxslər psixostimulyatorlar, metamfetamin istifadəsi zamanı yaranan psixi pozuntular nəticəsində dəridə və dərialtı nahiyədə müəyyən qaşınma hiss edirlər. Hətta bəzi xəstələr dərilərinin altında sanki qurd gəzirmiş kimi bir hiss keçirdirlər. Həmin nahiyələri qaşıdıqca orada xırdaölçülü yaralar yaranır. Üz nahiyəsində də həmin yaralara rast gəlinir. Narkotik maddəni boyun nahiyəsində səthi venalarda inyeksiya şəklində istifadə edəndə venaətrafı toxumalarda da iltihab müşahidə olunur.İlkin mərhələdə dərman vacibdirNarkotik asılılığının müalicəsindən danışan həkim-narkoloq qeyd edib ki, azyaşlılar, 25 yaşadək gənclər müalicəyə qarşı bir qədər həssas olurlar. Bu da onların sosial mühitindən, ətrafından, iş yeri olub-olmamasından, ailə vəziyyətindən, təhsilindən, əmək qabiliyyətindən asılıdır: "Narkotik asılılığından əziyyət çəkənlərin müalicəsində ilkin mərhələdə müəyyən dərman preparatlarının təyini vacibdir. Onlarda somatik cəhətdən vegetativ pozuntular yaranır. Müalicədən sonra həmin şəxslər könüllü olaraq psixoloqlarla, sosial işçilərlə davamlı əlaqədə olub sağlamlıqlarına qovuşmalarını tezləşdirə bilərlər. Bu, həmçinin onların xəstəxanadan çıxdıqdan sonra boşluğa düşməmələri üçün də əhəmiyyətlidir. Müşahidələrə görə, psixoloqlarla davamlı görüşlər yaxşı nəticələr verir. Məsləhət görərdim ki, həmin şəxslər stasionar müalicədən sonra mütləq qaydada reabilitoloqlara, psixoloqlara müraciət etsinlər".Eləcə də oxuyun:* Bir narkotik istifadəçisi il ərzində azı 2-4 nəfəri yoldan çıxara bilir - Baş direktor* Narkomaniya ilə bağlı fənnin tədrisi məqsədəuyğun deyil və ya Çarəsizlik sindromuna çarə* Cinayətkar balalar: Niyə məşhurlar cəmiyyətə normal övlad bəxş edə bilmirlər?* Narkotiklərin Azərbaycanda leqallaşması: "Xarici ölkələr bizə təəccüblə baxır"
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/40875/71/408757114_163:0:2894:2048_1920x0_80_0_0_a070da9c263dba58a1c194c6cb69f8dc.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
narkotik maddə belə öldürür video
narkotik maddə belə öldürür video
Narkotik maddə insanı belə öldürür - VİDEO
Psixiatr, həkim-narkoloq həmin şəxsləri kabinetə daxil olan kimi tanıya bilir.
BAKI, 25 yanvar — Sputnik. Təəssüflə qeyd olunmalıdır ki, son illər bütün dünyada narkotik istifadəçilərinin yaş həddində cavanlaşma müşahidə edilir.
Bu qlobal bəladan daha çox 18-25 yaş arası gənclərin əziyyət çəkdiyini nəzərə alsaq, narkotik maddələrə meyilli yeniyetmələrin vaxtında aşkar edilərək müalicəyə cəlb olunması, narkotik maddələrin doğurduğu fəsadlar haqqında onları vaxtında məlumatlandırmaq mühüm məsələlərdəndir.
Narkotik maddə istifadəsinə məktəb illərindən başlayırlar
Sputnik Azərbaycan AZƏRTAC-a istinadla xəbər verir ki, Respublika Narkoloji Mərkəzinin həkim-narkoloqu Turan Əhmədovun sözlərinə görə, mərkəzə müraciət edən narkotik istifadəçilərinin yaşı adətən 20-dən yuxarıdır. Lakin anamnestik məlumatlar toplanarkən məlum olur ki, onlar narkotik maddə istifadəsinə məktəb illərindən başlayıblar.
Narkotik maddələrin törətdiyi fəsadlardan və baş verən ölüm hallarından danışan mütəxəssis deyib: "Sırf narkotikin təsirindən insan orqanizmində ən çox psixi pozuntu halları baş verir. Belə hallar son vaxtlar metamfetamin istifadəçiləri arasında daha çox müşahidə olunur.
Çünki sintetik tərkibli bir narkotik maddə olduğu üçün daha tez psixi pozuntular yaradır. Bu da təbii ki, baş beyində sinir sisteminin müəyyən pozuntularına səbəb olur və şəxsin müalicəsini daha da çətinləşdirir. Bədənə daxil olan yad maddə böyrəkdən süzüldüyü üçün böyrəklərə də təsirsiz ötüşmür. İntoksikasiya verdiyi üçün qaraciyərə toksiki təsir göstərir. Hətta qaraciyərin sirrozu xəstəliyinə gətirib çıxara bilər”.
Bir infeksiya bütün orqanları sıradan çıxarır
Həkim-narkoloqun sözlərinə görə, qan dövranına infeksiya saldıqda onun vasitəsilə o, bütün orqanlara yayıla bilər: “Xəstənin periferiya, yəni ürəkdən uzaq nöqtələrində, ayaq damarlarında qidalanmalar pozulduğu üçün orada nekroz hadisəsi müşahidə olunur, gec-tez xəstənin ətrafının hansısa səviyyədə itirilməsi ilə nəticələnir.
Əsasən inyeksiya şəklində narkotik maddə qəbul edənlər təhlükəli infeksiyaları özlərinə yoluxdura bilirlər ki, bu da digər tərəfdən somatik xəstəliklərə səbəb olur. Bundan əlavə, inyeksiya şəklində istifadə olunan narkotik maddələr damarlarda müəyyən pozuntular yaradır.
Qan dövranının kəskin şəkildə ətraflara vurması nəticəsində tromboz xəstəliyi yaranır və həmin ətraflarda qidalanma pozulduğu üçün onların amputasiyasına səbəb olur. Bununla yanaşı, digər infeksiyalar da qaçılmaz olur. Əksər hallarda bir şprisdən bir neçə nəfər istifadə etdiyinə görə onlardan birində olan infeksiyanın digərinə keçmə ehtimalı artır.
Nəticədə özləri də bilmədən həm infeksiyaya yoluxmuş olurlar, həm də ümumi infeksiyanın yayılmasına şərait yaradırlar. O isə gələcəkdə orqanizmdə digər fəsadlara səbəb olur.
Narkotik maddə istifadəçilərinin həyatlarını itirməsinin əsas səbəbi isə doza həddinin aşılmasıdır. Hər hansı bir narkotik, psixotrop maddənin, o cümlədən alkoqollu içkinin doza həddinin kəskin aşılması nəticəsində güclü intoksikasiya baş verdiyi üçün ölüm halı müşahidə olunur".
Həkim-narkoloq bildirib ki, narkotik maddə bəlasına düçar olmayanlar doğmalarını, əzizlərini itirdikdə daha çox kədərlənirsə, narkotik istifadəçilərində belə hiss az müşahidə olunur: "Çünki baş vermiş hadisənin fərqinə belə vara bilmir. Onlar ümumiyyətlə kövrəlmək, sevinc hissini tam şəkildə yaşaya bilmirlər. Tədricən onlarda depressiya halı yaranır. Ətraflarında olan xoş hadisəyə də sevinəcək halda olmurlar.
Təəssüf ki, narkotikin fəsadlarından əziyyət çəkən ağır xəstələrimiz var. Psixi pozuntu baxımından da ağır xəstələrlə qarşılaşırıq. Hansı ki, onlar narkotikin təsiri altında öz yaxınlarını belə xatırlamaz halda olurlar. Belə hallar həm alkoqolizmdə, həm də narkomaniyada müşahidə olunur. Uzun müddət istifadə edəndə psixi pozuntunun dərinliyindən asılı olaraq xəstə hətta öz övladını, həyat yoldaşını belə tanımaya bilir. Belə hallar ağır qiymətləndirilir".
Üzdəki rəng adamı ələ verir
T.Əhmədovun sözlərinə görə, alkoqol istifadəçilərinin zahiri görkəmində müəyyən əlamətlər üzə çıxır. Yəni onların üz nahiyələrində tibbi dildə hiperemiya adlandırılan qızartı hiss olunur. Psixiatr, həkim-narkoloq həmin şəxsləri kabinetə daxil olan kimi tanıya bilir. Narkotik istifadəçilərində də bu hal yaranır.
Adətən onların dərisində selikli qişalarda solğunluq, xırdaölçülü yaralar yaranır. Həmin şəxslər psixostimulyatorlar, metamfetamin istifadəsi zamanı yaranan psixi pozuntular nəticəsində dəridə və dərialtı nahiyədə müəyyən qaşınma hiss edirlər. Hətta bəzi xəstələr dərilərinin altında sanki qurd gəzirmiş kimi bir hiss keçirdirlər.
Həmin nahiyələri qaşıdıqca orada xırdaölçülü yaralar yaranır. Üz nahiyəsində də həmin yaralara rast gəlinir. Narkotik maddəni boyun nahiyəsində səthi venalarda inyeksiya şəklində istifadə edəndə venaətrafı toxumalarda da iltihab müşahidə olunur.
İlkin mərhələdə dərman vacibdir
Narkotik asılılığının müalicəsindən danışan həkim-narkoloq qeyd edib ki, azyaşlılar, 25 yaşadək gənclər müalicəyə qarşı bir qədər həssas olurlar. Bu da onların sosial mühitindən, ətrafından, iş yeri olub-olmamasından, ailə vəziyyətindən, təhsilindən, əmək qabiliyyətindən asılıdır:
"Narkotik asılılığından əziyyət çəkənlərin müalicəsində ilkin mərhələdə müəyyən dərman preparatlarının təyini vacibdir. Onlarda somatik cəhətdən vegetativ pozuntular yaranır. Müalicədən sonra həmin şəxslər könüllü olaraq psixoloqlarla, sosial işçilərlə davamlı əlaqədə olub sağlamlıqlarına qovuşmalarını tezləşdirə bilərlər.
Bu, həmçinin onların xəstəxanadan çıxdıqdan sonra boşluğa düşməmələri üçün də əhəmiyyətlidir. Müşahidələrə görə, psixoloqlarla davamlı görüşlər yaxşı nəticələr verir. Məsləhət görərdim ki, həmin şəxslər stasionar müalicədən sonra mütləq qaydada reabilitoloqlara, psixoloqlara müraciət etsinlər".