https://sputnik.az/20220119/terterde-mektebli-qiz-qacrilib---ailesi-onun-geri-qaytarilmasini-isteyir--438327775.html
Tərtərdə məktəbli qız qaçrılıb - Ailəsi onun geri qaytarılmasını istəyir
Tərtərdə məktəbli qız qaçrılıb - Ailəsi onun geri qaytarılmasını istəyir
Sputnik Azərbaycan
Məktəbli qızın qaçması ilə bağlı pərişan olan ailə onu axtarmağa başlayıb. Amma qızın kim tərəfindən qaçırıldığını tapmaq üçün o qədər də əziyyət çəkməyiblər.
2022-01-19T19:38+0400
2022-01-19T19:38+0400
2022-01-19T22:37+0400
qız
foto
tərtər
qız qaçırma
https://cdnn1.img.sputnik.az/img/07e6/01/13/438327742_651:686:3072:2048_1920x0_80_0_0_f98bb86e015e26433e5863ce0bd5c5fd.jpg
BAKI, 19 yanvar — Sputnik. Tərtər rayonunda məktəbli qız qaçırılıb. Hadisə Yanvar ayının 11-də rayonun Evoğlu kəndində baş verib. Kənd sakini 2005 – ci il təvəllüdlü Ləman Əhmədova Ağdam rayon sakini Seymur Məmmədov tərəfindən qaçırılıb. Qızın atası İntizam Əhmədovun sözlərinə görə hadisə baş verən vaxtı o evdə olmayıb:“Anam xəstədir. Dərman almaq üçün Tərtərə getmişdim. Dərmanların bəzisini gec tapdım. O səbəbdən də bir az rayonda ləngiməli oldum. Həmin gün ayın 11-i idi. Bu vaxt zəng gəldi ki, bəs qızı qaçırıblar. Kim qaçırıb? Necə qaçırıb? Başı alovlu gəldim evə”.Məktəbli qızın qaçması ilə bağlı pərişan olan ailə onu axtarmağa başlayıb. Amma qızın kim tərəfindən qaçırıldığını tapmaq üçün o qədər də əziyyət çəkməyiblər. Çünki qızın özü bibisinə zəng edərək, kim tərəfindən və hansı rayona qaçırıldığını deyib. Qızın atası deyir ki, bacısından aldığı bu xəbər onu bir tərəfdən sakitləşdirsə də digər tərəfdən təşvişə salıb. O sözügedən ailəni tanımadığını, bu səbəbdən də narahat olduğunu bildirib:“Qızım özü bibisinə zəng edib, deyib ki, "bibi mən getdim, məni qaçırdılar". Kimdi? Haradı? - sualına isə… Deyib ki, qaçıran Ağdamın Bənövşələr qəsəbə sakinidir. Ailə haqqında məlumat verərək deyib ki, gedin maraqlanın. Mən getmədim, abır etdim ki, qız atasıyam. Amma qohum-əqrəbanı göndərdim. Anası da getdi. Bənövşələr qəsəbəsində uşağı göstəriblər anasına. Üstəlik də uşaq özü deyib ki, onu kimsə məcburi qaçırmayıb. Mənim qızımın 16 yaşı var hələ, XI sinif şagirdidir. Hansı təzyiq altında ona o sözü dedizdiriblər, bilmirəm”.Qızın ailəsi onu geri gətirmək üçün əlindən gələni edib. Amma qarşı tərəf buna imkan verməyib. Qızın etirafını eşidən ananı və qohumları onun olduğu otaqdan çıxararaq, öz ünvanlarına getmələrini tələb ediblər. Qızın atasının sözlərinə görə oğlan evinin qohum-əqrəbası bir daha doğmalarının qıza yaxın düşməsinə imkan verməyib.“Qarşı tərəfdən insanlar orda çoxluqda olub. Yoxsa qızı onların əlindən alıb, gətirəcəkmişlər.. Həmin günü 102 xidmətinə zəng vurdum. 102 xidməti işi Tərtər rayon polis şöbəsinə yönləndirib. Gəliblər izahatımı alıblar. Məsələyə aydınlıq gətiriblər, məlumat alıb gediblər. Artıq 8 gündür ki oğlanla qızın yerini tapa bilmirik. Onların yerini dəyişiblər”.Qızın ailəsi iddia edir ki, onun 16 yaşında olan yeniyetmə qızı aldadılaraq, qaçırılıb. Övladının ali məktəbə hazırlaşdığını deyən ana qızının ümumiyyətlə ailə qurmaq fikrinin olmadığını bildirib. Ülkər Əhmədova deyir ki, qızının özü bu addımı atması məsələsinə gəlincə, ona bunu oğlan evi məcburi şəkildə dedizdirib.“Mən getdim qızı gördüm. Qız mənə dedi ki, özüm gəlmişəm. Amma o uşaqdır. Xeyli adamı yığıblar onu yanına. Biz içəri girən kimi qızın otağının qapısını tez bağladılar. Qız da mənə özüm gəlmişəm dedi. Sonra kişili-arvadlı hamı dedi ki, daha uşaq bunu deyir, gəlin, çıxın gedin evinizə. Mənə köməklik edin. 16 yaşı var qızımın. Onun ərə gedən vaxtı deyil. Bir də ki, onlar qızımı oğurlayıbar. Mən ana kimi tələb edirəm ki, onlar cinayət məsuliyyətinə cəlb edilsin”.Hazırda qızın ailəsi övladlarını qaçıran şəxsdən şikayətçi olduqlarını bildirir. Qeyd edirlər ki, qızları yetkinlik yaşına çatmayıb.Ailə, Qadın və Uşaq Poblemləri üzrə Dövlət Komitəsi Tərtər rayonunda məktəbli qızın qaçırılması ilə bağlı məlumatlara münasibət bildirib.Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu Sputnik Azərbaycan-a bildirib ki, rayonun Evoğlu kənd sakini 2005-ci il təvəllüdlü Ləman Əhmədovanın Ağdam rayon sakini Seymur Məmmədov tərəfindən qaçırılması ilə bağlı yanvarın 19-da quruma məlumat daxil olub.Onun sözlərinə görə, Dövlət Komitəsi dərhal faktın araşdırılmasına başlayıb.O bildirib ki, bununla bağlı Dövlət Komitəsi tərəfindən Tərtər və Ağdam rayon icra hakimiyyətlərində fəaliyyət göstərən "Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə Komisiya"ya məktubla müraciət edilib.Məsələ ilə bağlı DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan isə bildirilib ki, Tərtər Rayon Polis Şöbəsinə 2005-ci il təvəllüdlü qızın qaçırılması ilə bağlı müraciət daxil olub.İlkin araşdırmalar zamanı qızın 16 yaşını tamamladığı və ailə qurmaq məqsədi ilə öz istəyinə əsasən getdiyi müəyyən edilib. Hazırda Tərtər RPŞ-də araşdırmalar davam etdirilir.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.Həmçinin oxuyun:Bakıda 15 yaşlı qız qaçırılıbAzərbaycan ailələrində əcaib durum - qaçırılma, boşanma, maddi sıxıntıDİN: İtkin düşmə halları ilə bağlı yayılan hər məlumat yoxlanılır
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/01/13/438327742_853:602:2782:2048_1920x0_80_0_0_14aeeb0d2bd7278d8451248b1a2eb93c.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
tərtərdə məktəbli qız qaçrılıb - ailəsi onun geri qaytarılmasını istəyir
tərtərdə məktəbli qız qaçrılıb - ailəsi onun geri qaytarılmasını istəyir
Tərtərdə məktəbli qız qaçrılıb - Ailəsi onun geri qaytarılmasını istəyir
19:38 19.01.2022 (Yenilənib: 22:37 19.01.2022) Qızın ailəsi iddia edir ki, onun 16 yaşında olan yeniyetmə qızı aldadılaraq, qaçırılıb.
BAKI, 19 yanvar — Sputnik. Tərtər rayonunda məktəbli qız qaçırılıb. Hadisə Yanvar ayının 11-də rayonun Evoğlu kəndində baş verib. Kənd sakini 2005 – ci il təvəllüdlü Ləman Əhmədova Ağdam rayon sakini Seymur Məmmədov tərəfindən qaçırılıb. Qızın atası İntizam Əhmədovun sözlərinə görə hadisə baş verən vaxtı o evdə olmayıb:
“Anam xəstədir. Dərman almaq üçün Tərtərə getmişdim. Dərmanların bəzisini gec tapdım. O səbəbdən də bir az rayonda ləngiməli oldum. Həmin gün ayın 11-i idi. Bu vaxt zəng gəldi ki, bəs qızı qaçırıblar. Kim qaçırıb? Necə qaçırıb? Başı alovlu gəldim evə”.
Məktəbli qızın qaçması ilə bağlı pərişan olan ailə onu axtarmağa başlayıb. Amma qızın kim tərəfindən qaçırıldığını tapmaq üçün o qədər də əziyyət çəkməyiblər. Çünki qızın özü bibisinə zəng edərək, kim tərəfindən və hansı rayona qaçırıldığını deyib. Qızın atası deyir ki, bacısından aldığı bu xəbər onu bir tərəfdən sakitləşdirsə də digər tərəfdən təşvişə salıb. O sözügedən ailəni tanımadığını, bu səbəbdən də narahat olduğunu bildirib:
“Qızım özü bibisinə zəng edib, deyib ki, "bibi mən getdim, məni qaçırdılar". Kimdi? Haradı? - sualına isə… Deyib ki, qaçıran Ağdamın Bənövşələr qəsəbə sakinidir. Ailə haqqında məlumat verərək deyib ki, gedin maraqlanın. Mən getmədim, abır etdim ki, qız atasıyam. Amma qohum-əqrəbanı göndərdim. Anası da getdi. Bənövşələr qəsəbəsində uşağı göstəriblər anasına. Üstəlik də uşaq özü deyib ki, onu kimsə məcburi qaçırmayıb. Mənim qızımın 16 yaşı var hələ, XI sinif şagirdidir. Hansı təzyiq altında ona o sözü dedizdiriblər, bilmirəm”.
Qızın ailəsi onu geri gətirmək üçün əlindən gələni edib. Amma qarşı tərəf buna imkan verməyib. Qızın etirafını eşidən ananı və qohumları onun olduğu otaqdan çıxararaq, öz ünvanlarına getmələrini tələb ediblər. Qızın atasının sözlərinə görə oğlan evinin qohum-əqrəbası bir daha doğmalarının qıza yaxın düşməsinə imkan verməyib.
“Qarşı tərəfdən insanlar orda çoxluqda olub. Yoxsa qızı onların əlindən alıb, gətirəcəkmişlər.. Həmin günü 102 xidmətinə zəng vurdum. 102 xidməti işi Tərtər rayon polis şöbəsinə yönləndirib. Gəliblər izahatımı alıblar. Məsələyə aydınlıq gətiriblər, məlumat alıb gediblər. Artıq 8 gündür ki oğlanla qızın yerini tapa bilmirik. Onların yerini dəyişiblər”.
Qızın ailəsi iddia edir ki, onun 16 yaşında olan yeniyetmə qızı aldadılaraq, qaçırılıb. Övladının ali məktəbə hazırlaşdığını deyən ana qızının ümumiyyətlə ailə qurmaq fikrinin olmadığını bildirib. Ülkər Əhmədova deyir ki, qızının özü bu addımı atması məsələsinə gəlincə, ona bunu oğlan evi məcburi şəkildə dedizdirib.
“Mən getdim qızı gördüm. Qız mənə dedi ki, özüm gəlmişəm. Amma o uşaqdır. Xeyli adamı yığıblar onu yanına. Biz içəri girən kimi qızın otağının qapısını tez bağladılar. Qız da mənə özüm gəlmişəm dedi. Sonra kişili-arvadlı hamı dedi ki, daha uşaq bunu deyir, gəlin, çıxın gedin evinizə. Mənə köməklik edin. 16 yaşı var qızımın. Onun ərə gedən vaxtı deyil. Bir də ki, onlar qızımı oğurlayıbar. Mən ana kimi tələb edirəm ki, onlar cinayət məsuliyyətinə cəlb edilsin”.
Hazırda qızın ailəsi övladlarını qaçıran şəxsdən şikayətçi olduqlarını bildirir. Qeyd edirlər ki, qızları yetkinlik yaşına çatmayıb.
Ailə, Qadın və Uşaq Poblemləri üzrə Dövlət Komitəsi Tərtər rayonunda məktəbli qızın qaçırılması ilə bağlı məlumatlara münasibət bildirib.
Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu Sputnik Azərbaycan-a bildirib ki, rayonun Evoğlu kənd sakini 2005-ci il təvəllüdlü Ləman Əhmədovanın Ağdam rayon sakini Seymur Məmmədov tərəfindən qaçırılması ilə bağlı yanvarın 19-da quruma məlumat daxil olub.
Onun sözlərinə görə, Dövlət Komitəsi dərhal faktın araşdırılmasına başlayıb.
O bildirib ki, bununla bağlı Dövlət Komitəsi tərəfindən Tərtər və Ağdam rayon icra hakimiyyətlərində fəaliyyət göstərən "Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə Komisiya"ya məktubla müraciət edilib.
Məsələ ilə bağlı DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan isə bildirilib ki, Tərtər Rayon Polis Şöbəsinə 2005-ci il təvəllüdlü qızın qaçırılması ilə bağlı müraciət daxil olub.
İlkin araşdırmalar zamanı qızın 16 yaşını tamamladığı və ailə qurmaq məqsədi ilə öz istəyinə əsasən getdiyi müəyyən edilib. Hazırda Tərtər RPŞ-də araşdırmalar davam etdirilir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.