https://sputnik.az/20211125/dn-tkin-dusme-hallari-ile-bagli-yayilan-her-melumat-yoxlanilir-436651841.html
DİN: İtkin düşmə halları ilə bağlı yayılan hər məlumat yoxlanılır
DİN: İtkin düşmə halları ilə bağlı yayılan hər məlumat yoxlanılır
Sputnik Azərbaycan
Qız uşaqlarının itkin düşmə halı ilə bağlı xüsusi təsnifat, başqa sözlə, artım indeksi müşahidə edilmir. 25.11.2021, Sputnik Azərbaycan
2021-11-25T11:30+0400
2021-11-25T11:30+0400
2021-11-25T11:30+0400
cəmiyyət
qız
din
yaş
cins
qaçırılma
https://cdnn1.img.sputnik.az/img/42125/14/421251475_0:212:1977:1324_1920x0_80_0_0_5c92b7f2f5c9cb1f6e2a7f34159edc79.jpg
BAKI, 25 noyabr — Sputnik. Xəbərsiz itkin düşmə halları ilə bağlı sosial şəbəkələrdə yayılan məlumatların hər biri yoxlanılır, heç bir iddia kənarda qalmır.DİN Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev Sputnik Azərbaycan-a bildirib ki, qız uşaqlarının itkin düşmə halı ilə bağlı xüsusi təsnifat, başqa sözlə, artım indeksi müşahidə edilmir."Bu halların böyük əksəriyyətində valideynlərini məlumatlandırmadan yaxın qohumlarının, tanışlarının yanına getmə halları var. Ümumən, yaş və cins kateqoriyasından asılı olmayaraq, yaşadığı ünvandan çıxan, qayıtmayan şəxslərlə bağlı polisə daxil olan bütün məlumatlar üzrə təxirəsalınmaz axtarış işi açılır. Valideynlər diqqətli olmalıdır, "övladlarımın bütün zəruri təminatlarını həll edirəm, yaxud oxuduram...", deyib arxayınlaşa bilməzlər. Çünki sosial şəbəkələr var, dövr fərqlidir - təhdid var, azyaşlı uşaqları təsir altına sala biləcək təhlükələr var. Məhz bu amil diqqətə alınmalıdır", - deyə o qeyd edib.Həmçinin oxuyun:DİN məktəblinin oğurlanmasına cəhdlə bağlı araşdırmaya başlayıb
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42125/14/421251475_0:27:1977:1509_1920x0_80_0_0_a24861f9d203e5e0496583c0384d22d1.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
qız, din, yaş, cins, qaçırılma
qız, din, yaş, cins, qaçırılma
DİN: İtkin düşmə halları ilə bağlı yayılan hər məlumat yoxlanılır
Qız uşaqlarının itkin düşmə halı ilə bağlı xüsusi təsnifat, başqa sözlə, artım indeksi müşahidə edilmir.
BAKI, 25 noyabr — Sputnik. Xəbərsiz itkin düşmə halları ilə bağlı sosial şəbəkələrdə yayılan məlumatların hər biri yoxlanılır, heç bir iddia kənarda qalmır.
DİN Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev Sputnik Azərbaycan-a bildirib ki, qız uşaqlarının itkin düşmə halı ilə bağlı xüsusi təsnifat, başqa sözlə, artım indeksi müşahidə edilmir.
"Bu halların böyük əksəriyyətində valideynlərini məlumatlandırmadan yaxın qohumlarının, tanışlarının yanına getmə halları var. Ümumən, yaş və cins kateqoriyasından asılı olmayaraq, yaşadığı ünvandan çıxan, qayıtmayan şəxslərlə bağlı polisə daxil olan bütün məlumatlar üzrə təxirəsalınmaz axtarış işi açılır. Valideynlər diqqətli olmalıdır, "övladlarımın bütün zəruri təminatlarını həll edirəm, yaxud oxuduram...", deyib arxayınlaşa bilməzlər. Çünki sosial şəbəkələr var, dövr fərqlidir - təhdid var, azyaşlı uşaqları təsir altına sala biləcək təhlükələr var. Məhz bu amil diqqətə alınmalıdır", - deyə o qeyd edib.