Вид на Flame Towers в Баку, фото из архива - Sputnik Azərbaycan, 1920
PAYTAXT XƏBƏRLƏRİ
Bakının bütün vacib xəbərləri ilə buradan tanış ola bilərsiniz

Bakıda 15 yaşlı qız qaçırılıb

© pixabay / pixabay / girlДевушка, фото из архива
Девушка, фото из архива - Sputnik Azərbaycan, 1920, 18.01.2022
Abunə olmaq
R.Hüseynovanın sevgi münasibətində olduğu Məhəmməd adlı şəxslə əvvəldən razılaşaraq evlənmək məqsədilə evdən qaçdığı müəyyən edilib
BAKI, 18 yanvar — Sputnik. Bakıda itkin düşmüş 15 yaşlı qızın evlənmək məqsədilə qaçırıldığı məlum olub. Sputnik Azərbaycan-ın məlumatna görə, Nizami rayon Polis İdarəsinə paytaxt sakini, 2007-ci il təvəllüdlü R.Hüseynovanın itkin düşməsi ilə bağlı yanvarın 17-də məlumat daxil olub.
Əməliyyat-axtarış tədbirləri nəticəsində R.Hüseynovanın sevgi münasibətində olduğu Məhəmməd adlı şəxslə əvvəldən razılaşaraq evlənmək məqsədilə evdən qaçdığı müəyyən edilib. Hazırda faktla bağlı araşdırma aparılır.
Paytaxtda daha bir gənc qız itkin düşüb. Hadisə yanvarın 17-də Nərimanov rayon ərazisində qeydə alınıb.
Belə ki, 2004-cü il təvəllüdlü Mehri Qurbanlı evdən naməlum istiqamətə gedib və bir daha geri qayıtmayıb.
Hazırda onun tapılması istiqamətində müvafiq tədbirləri görülməklə Nərimanov Rayon Polis İdarəsində araşdırma aparılır.
Xatırladaq ki, yanvarın 11-də paytaxtın Sabunçu rayonunun Maştağa-Nardaran massivi, Qayaüstü adlanan ərazisində gənc qız itkin düşüb. Həmin gün səhər saat 8 radələrində 2005-ci ildə doğulan Xədicə Ağayevə evdən çıxaraq geri qayıtmayıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0