https://sputnik.az/20220103/azerbaycan-ailelerinde-ecaib-durum---qacirilma-bosanma-maddi-sixinti-437832820.html
Azərbaycan ailələrində əcaib durum - qaçırılma, boşanma, maddi sıxıntı
Azərbaycan ailələrində əcaib durum - qaçırılma, boşanma, maddi sıxıntı
Sputnik Azərbaycan
Respondentlər xəyanət, ailədə uşaqlara qarşı zorakılıq olduqda boşanmaya tərəfdar olduqlarını bildiriblər. 03.01.2022, Sputnik Azərbaycan
2022-01-03T19:58+0400
2022-01-03T19:58+0400
2022-01-03T20:14+0400
üzük
cəmiyyət
ailə
respondentlər
https://cdnn1.img.sputnik.az/img/41314/02/413140262_0:303:2048:1455_1920x0_80_0_0_275623b05f96c42d498bed45bac13bc3.jpg
BAKI, 3 yanvar — Sputnik. Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Azərbaycanda ailələrin sosial-psixoloji vəziyyətini öyrənib.Sorğu Bakı, Abşeron, Gəncə-Qazax, Şəki-Zaqatala, Lənkəran, Qarabağ, Quba-Xaçmaz, Aran və Dağlıq Şirvan iqtisadi-coğrafi rayonlarını əhatə edib, 2400 respondentin iştirakı ilə aparılıb.Sputnik Azərbaycan sorğunun ümumi nəticələrini təqdim edir:Rəyi öyrənilən respondentlərin təxminən 2/3-i, 61.2 faizi XXI əsr Azərbaycan ailəsinin XX əsr ailəsindən çox, 25.8 faizi isə qismən fərqləndiyini düşünür. Bu göstərici isə müstəqillik dövründə ailənin təkamül və dinamikasında baş verən dəyişikliklərin kifayət dərəcədə hiss edilməsinə dəlalət edir. Dəyişikliklər sovet dövrü ailəsi ilə müqayisədə postsovet ailə modelinin fərqli xüsusiyyətlər kəsb etməsini göstərir.Respondentlərin ailə və nikahla bağlı fikirləri də öyrənilib. Repondentlərin 90.6 faizi düşünür ki, hər kəs gec-tez ailə qurmalıdır.Bundan başqa, reposnedntlərin 77.8 faizi "məcburi evlilikdənsə, heç evlənməmək daha yaxşıdır", deyib.Respondentlərin 23.9 faizi ailə həyatı qurmağın karyera və peşə fəaliyyətində irəliləməyə mane olduğunu düşünür. 25 faizi isə hesab edir ki, ailə qurmaq fərdin azadlığını, müstəqilliyini məhdudlaşdırır. 28 faizi isə ailədə aldatmalar, xəyanətlər, münaqişələrin qaçılmaz olması fikri ilə qismən razı olduqlarını bildiriblər.Yaxın qohumlar arasında evliliyə yaxşı baxanlar repsondentlərin 34.5 faizini təşkil edib. 63.3 faiz buna pis baxdığını bildirib.Respondentlərin 79.1 faizinin uzaq qohumlar arasında evliliyə münasibəti müsbət olub.Evlilik yaşına gəlincə, respondentlərin 73.6 faizi kişilər üçün ideal evlilik yaşının 23-27, 51.2 faizi isə xanımlar üçün bu yaşın 18-22 olduğunu deyiblər. Respondentlərin 0.3 faizi xanımlar üçün ideal evlilik yaşının 33+ olduğunu düşünür. Onların 1.8 faizi kişilər üçün ideal evlilik yaşının 33+ olduğunu açıqlayıblar. Göründüyü kimi cəmiyyət kişilərlə müqayisədə xanımların daha tez ailə qurmasının tərəfdarıdır.Bundan başqa, abort və selektiv abortlara da münasibət öyrənilib. Respondentlərin 14.1%-nin aborta, 4.3%-ninsə selektvi aborta münasibəti neytral olub. Onların 5.5 faizi aborta, 2.1 faizi isə selektiv aborta müsbət yanaşıb. Respondentlərin 78.9 faizinin aborta, 92.1 faizinin isə selektiv aborta münasibəti müsbət olub.Respondentlərin 5.1 faizi ailə qurmaq üçün qaçırılmağa üstünlük verdiyini deyib.Sorğunun nəticələrinə əsasən artıq Azərbaycanda böyük ailələrin sayının azaldığını görmək olar. Əvvəllər cütlüklər özlərindən böyük ailə üzvləri ilə yaşamağa üstünlük verirdilərsə, artıq vəziyyət dəyişib. Belə ki, rəyi öyrənilənlərin 24.5%-i bir evdə 4 nəfər yaşadığını, 8.4%-i 2 nəfər, 13.8%-i 3 nəfər, 22%-i 5, 16.7 faizi 6, 14.7 faizi 7 nəfərin yaşadığını deyiblər.Qadın və kişilərin ailədəki rolları da öyrənilib.Respondentlərin 3.7 faizi ailədə kişilərin yemək bişirib servis etməli olduğunu deyib. Onların 3.7 faizi kişilərin ev təmizləməli olduğunu, 48.5 faizi bazarlıq etməli olduğunu, 63.9 faizi ev təsərrüfatını idarə etməli olduğunu qeyd ediblər. 5% hesab edir ki, kişilər uşaqlarla vaxt keçirməlidir. 4.3% kişilərin uşaqların tərbiyəsində iştirak etməli, 7.5 faizi uşaqların dərslərinə kömək etməli olduğunu bildirib.Respondentlərin 76.3 faizi ailədə qadınların yemək bişirib servis etməli olduğunu deyib. Onların 68.3 faizi qadınların ev təmizləməli, 14 faizi bazarlıq etməli olduğunu, 11.6 faizi ev təsərrüfatını idarə etməli olduğunu, 22.5 faizi onların uşaqlarla vaxt keçirtməli, 30.7 faizi uşaqların tərbiyəsində iştirak etməli, 41.6 faizi uşaqların dərslərinə kömək etməli olduğunu bildirib. Bu suallar üzrə hər iki tərəfin iştirakının tərəfdarı olanlar isə 10 faizdən daha aşağı olub.Sorğu zamanı ailənin iqtisadi vəziyyəti də öyrənilib. Respondentlərin 54.4 faizi krediti, 28.3 faizi borcunun olduğunu bildirib. Respondentlərin 45.6 faizi kreditinin, 71.7 faizi isə borcunun olmadığını deyib.Respondentlərin 30.8 faizi ərzaq, 30.6 faizi övladlar, 20.8 faizi nəqliyyat, 4 faizi kirayə, 30.6 faizi kommunal, 26.6 faizi geyim, 13.2 faizi rabitə, 35.7 faizi sağlamlıq, dərman, 23.9 faizi istirahət, 17.7 faizi isə özünəqulluqla bağlı xərcləri qarşılamaqda çətinlik çəkdiyini qeyd edib. Sorğuda iştirak edənlərin yalnız 25%-i nə zamansa borc verdiyini deyib.Qaynana, qaynata, baldız, qayın, övladlardan ibarət ailədə demək olar ki, cütlüyün gəlir gətirdiyi bəlli olur. Ümumiyyətlə, sorğunun nəticələrinə görə, ailəyə ən çox gəlir gətirən kişilərdir.Repsondentlərdən kişilərin 20.1, qadınların isə 55.9 faizi hazırkı işləri ilə ailədə kifayət qədər vaxt keçirə bilmədiklərini deyib.Rəyi soruşulanların 63.6%-i özünü orta gəlirli ailə hesab edir. Sorğuda diqqət çəkən digər məqam respondentlərin 33.1%-nin yaxın 3 il üçün ailəsinin maddi durumu ilə bağlı narahatlıq keçirməsidir. Boşanmalara səbəb olan amillər də araşdırılıb. Əksəriyyət maddi səbəbləri, xəyanəti, sonsuzluğu boşanmaların əsas səbəbi kimi göstərib. Respondentlər xəyanət, ailədə uşaqlara qarşı zorakılıq olduqda boşanmaya tərəfdar olduqlarını bildiriblər.Respondentlərin 11.7 faizi Azərbaycan ailələrində qadın hüquqlarının qorunmadığını deyib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/41314/02/413140262_0:39:2048:1575_1920x0_80_0_0_e332a321eebc8fb4883655d16241be4b.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
azərbaycan ailələrində əcaib halları respondentlər açıqladı
azərbaycan ailələrində əcaib halları respondentlər açıqladı
Azərbaycan ailələrində əcaib durum - qaçırılma, boşanma, maddi sıxıntı
19:58 03.01.2022 (Yenilənib: 20:14 03.01.2022) Respondentlər xəyanət, ailədə uşaqlara qarşı zorakılıq olduqda boşanmaya tərəfdar olduqlarını bildiriblər.
BAKI, 3 yanvar — Sputnik. Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Azərbaycanda ailələrin sosial-psixoloji vəziyyətini öyrənib.
Sorğu Bakı, Abşeron, Gəncə-Qazax, Şəki-Zaqatala, Lənkəran, Qarabağ, Quba-Xaçmaz, Aran və Dağlıq Şirvan iqtisadi-coğrafi rayonlarını əhatə edib, 2400 respondentin iştirakı ilə aparılıb.
Sputnik Azərbaycan sorğunun ümumi nəticələrini təqdim edir:
Rəyi öyrənilən respondentlərin təxminən 2/3-i, 61.2 faizi XXI əsr Azərbaycan ailəsinin XX əsr ailəsindən çox, 25.8 faizi isə qismən fərqləndiyini düşünür. Bu göstərici isə müstəqillik dövründə ailənin təkamül və dinamikasında baş verən dəyişikliklərin kifayət dərəcədə hiss edilməsinə dəlalət edir. Dəyişikliklər sovet dövrü ailəsi ilə müqayisədə postsovet ailə modelinin fərqli xüsusiyyətlər kəsb etməsini göstərir.
Respondentlərin ailə və nikahla bağlı fikirləri də öyrənilib. Repondentlərin 90.6 faizi düşünür ki, hər kəs gec-tez ailə qurmalıdır.
Bundan başqa, reposnedntlərin 77.8 faizi "məcburi evlilikdənsə, heç evlənməmək daha yaxşıdır", deyib.
Respondentlərin 23.9 faizi ailə həyatı qurmağın karyera və peşə fəaliyyətində irəliləməyə mane olduğunu düşünür. 25 faizi isə hesab edir ki, ailə qurmaq fərdin azadlığını, müstəqilliyini məhdudlaşdırır. 28 faizi isə ailədə aldatmalar, xəyanətlər, münaqişələrin qaçılmaz olması fikri ilə qismən razı olduqlarını bildiriblər.
Yaxın qohumlar arasında evliliyə yaxşı baxanlar repsondentlərin 34.5 faizini təşkil edib. 63.3 faiz buna pis baxdığını bildirib.
Respondentlərin 79.1 faizinin uzaq qohumlar arasında evliliyə münasibəti müsbət olub.
Evlilik yaşına gəlincə, respondentlərin 73.6 faizi kişilər üçün ideal evlilik yaşının 23-27, 51.2 faizi isə xanımlar üçün bu yaşın 18-22 olduğunu deyiblər. Respondentlərin 0.3 faizi xanımlar üçün ideal evlilik yaşının 33+ olduğunu düşünür. Onların 1.8 faizi kişilər üçün ideal evlilik yaşının 33+ olduğunu açıqlayıblar.
Göründüyü kimi cəmiyyət kişilərlə müqayisədə xanımların daha tez ailə qurmasının tərəfdarıdır.
Bundan başqa, abort və selektiv abortlara da münasibət öyrənilib. Respondentlərin 14.1%-nin aborta, 4.3%-ninsə selektvi aborta münasibəti neytral olub. Onların 5.5 faizi aborta, 2.1 faizi isə selektiv aborta müsbət yanaşıb. Respondentlərin 78.9 faizinin aborta, 92.1 faizinin isə selektiv aborta münasibəti müsbət olub.
Respondentlərin 5.1 faizi ailə qurmaq üçün qaçırılmağa üstünlük verdiyini deyib.
Sorğunun nəticələrinə əsasən artıq Azərbaycanda böyük ailələrin sayının azaldığını görmək olar. Əvvəllər cütlüklər özlərindən böyük ailə üzvləri ilə yaşamağa üstünlük verirdilərsə, artıq vəziyyət dəyişib. Belə ki, rəyi öyrənilənlərin 24.5%-i bir evdə 4 nəfər yaşadığını, 8.4%-i 2 nəfər, 13.8%-i 3 nəfər, 22%-i 5, 16.7 faizi 6, 14.7 faizi 7 nəfərin yaşadığını deyiblər.
Qadın və kişilərin ailədəki rolları da öyrənilib.
Respondentlərin 3.7 faizi ailədə kişilərin yemək bişirib servis etməli olduğunu deyib. Onların 3.7 faizi kişilərin ev təmizləməli olduğunu, 48.5 faizi bazarlıq etməli olduğunu, 63.9 faizi ev təsərrüfatını idarə etməli olduğunu qeyd ediblər. 5% hesab edir ki, kişilər uşaqlarla vaxt keçirməlidir. 4.3% kişilərin uşaqların tərbiyəsində iştirak etməli, 7.5 faizi uşaqların dərslərinə kömək etməli olduğunu bildirib.
Respondentlərin 76.3 faizi ailədə qadınların yemək bişirib servis etməli olduğunu deyib. Onların 68.3 faizi qadınların ev təmizləməli, 14 faizi bazarlıq etməli olduğunu, 11.6 faizi ev təsərrüfatını idarə etməli olduğunu, 22.5 faizi onların uşaqlarla vaxt keçirtməli, 30.7 faizi uşaqların tərbiyəsində iştirak etməli, 41.6 faizi uşaqların dərslərinə kömək etməli olduğunu bildirib. Bu suallar üzrə hər iki tərəfin iştirakının tərəfdarı olanlar isə 10 faizdən daha aşağı olub.
Sorğu zamanı ailənin iqtisadi vəziyyəti də öyrənilib. Respondentlərin 54.4 faizi krediti, 28.3 faizi borcunun olduğunu bildirib. Respondentlərin 45.6 faizi kreditinin, 71.7 faizi isə borcunun olmadığını deyib.
Respondentlərin 30.8 faizi ərzaq, 30.6 faizi övladlar, 20.8 faizi nəqliyyat, 4 faizi kirayə, 30.6 faizi kommunal, 26.6 faizi geyim, 13.2 faizi rabitə, 35.7 faizi sağlamlıq, dərman, 23.9 faizi istirahət, 17.7 faizi isə özünəqulluqla bağlı xərcləri qarşılamaqda çətinlik çəkdiyini qeyd edib.
Sorğuda iştirak edənlərin yalnız 25%-i nə zamansa borc verdiyini deyib.
Qaynana, qaynata, baldız, qayın, övladlardan ibarət ailədə demək olar ki, cütlüyün gəlir gətirdiyi bəlli olur. Ümumiyyətlə, sorğunun nəticələrinə görə, ailəyə ən çox gəlir gətirən kişilərdir.
Repsondentlərdən kişilərin 20.1, qadınların isə 55.9 faizi hazırkı işləri ilə ailədə kifayət qədər vaxt keçirə bilmədiklərini deyib.
Rəyi soruşulanların 63.6%-i özünü orta gəlirli ailə hesab edir. Sorğuda diqqət çəkən digər məqam respondentlərin 33.1%-nin yaxın 3 il üçün ailəsinin maddi durumu ilə bağlı narahatlıq keçirməsidir.
Boşanmalara səbəb olan amillər də araşdırılıb. Əksəriyyət maddi səbəbləri, xəyanəti, sonsuzluğu boşanmaların əsas səbəbi kimi göstərib. Respondentlər xəyanət, ailədə uşaqlara qarşı zorakılıq olduqda boşanmaya tərəfdar olduqlarını bildiriblər.
Respondentlərin 11.7 faizi Azərbaycan ailələrində qadın hüquqlarının qorunmadığını deyib.