https://sputnik.az/20220119/bas-prokurorluq-stutqartin-agac-kesmesi-ile-bagli-cinayet-isi-baslanilib-438320340.html
Baş Prokurorluq: “Ştutqart”ın ağac kəsməsi ilə bağlı cinayət işi başlanılıb
Baş Prokurorluq: “Ştutqart”ın ağac kəsməsi ilə bağlı cinayət işi başlanılıb
Sputnik Azərbaycan
Cinayət işi istintaqın aparılması üçün Baş Prokurorluğun İstintaq idarəsinə göndərilib.
2022-01-19T17:16+0400
2022-01-19T17:16+0400
2022-01-19T17:21+0400
cəmiyyət
baş prokurorluq
ağac kəsilməsi
https://cdnn1.img.sputnik.az/img/07e5/02/08/426168657_0:320:3071:2047_1920x0_80_0_0_23c6f3ca37a4bbc5928693867006439a.jpg
BAKI, 19 yanvar — Sputnik. Ekologiya və Təbii Sərvətlər Nazirliyindən daxil olmuş məlumat və vətəndaş müraciəti əsasında Baş prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsində aparılmış araşdırma başa çatıb.Bu barədə APA-nın sorğusuna cavab olaraq Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.“Müəyyən edilmişdir ki, Bakı şəhəri, Nərimanov rayonu, Ə.Qayıbov küçəsi 10C ünvanında “Ştutqart” MMC-nin qanuni təmsilçisinin xüsusi mülkiyyətinə verilmiş qeyri-yaşayış təyinatlı torpaq sahəsində həmin MMC-nin vəzifəli şəxslərinin vəzifə səlahiyyətlərindən sui-istifadə etməsi nəticəsində meşə fonduna daxil olmayan müxtəlif diametrli 21 ədəd şam və sərv cinsli ağaclar qanunsuz kəsilərək götürülüb və bununla da, külli miqdarda, yəni 11 min manat məbləğində ziyan dəyib”, -məlumatda deyilir.Qeyd olunub ki, toplanmış material üzrə Cinayət Məcəlləsinin 259.2.3 (qanunsuz ağac kəsmə-şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə), 259.2.4 (qanunsuz ağac kəsmə külli miqdarda ziyan vurmaqla törədildikdə) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanmaqla istintaqın aparılması üçün Baş Prokurorluğun İstintaq idarəsinə göndərilib.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.Həmçinin oxuyun:Topxana meşəsi bərpa edilirSabiq deputat ağacları niyə kəsib? Baş Prokurorluqdan açıqlamaMaral buynuzuna bənzəyən bu konfetlər ağacda bitir - Azərbaycanda qeyri-adi bitki
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/02/08/426168657_0:0:2729:2047_1920x0_80_0_0_72ca7f992887891cd67898151f57dca8.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
baş prokurorluq: “ştutqart”ın ağac kəsməsi ilə bağlı cinayət işi başlanılıb
baş prokurorluq: “ştutqart”ın ağac kəsməsi ilə bağlı cinayət işi başlanılıb
Baş Prokurorluq: “Ştutqart”ın ağac kəsməsi ilə bağlı cinayət işi başlanılıb
17:16 19.01.2022 (Yenilənib: 17:21 19.01.2022) Meşə fonduna daxil olmayan müxtəlif diametrli 21 ədəd şam və sərv cinsli ağaclar qanunsuz kəsilərək götürülüb
BAKI, 19 yanvar — Sputnik. Ekologiya və Təbii Sərvətlər Nazirliyindən daxil olmuş məlumat və vətəndaş müraciəti əsasında Baş prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsində aparılmış araşdırma başa çatıb.
Bu barədə APA-nın sorğusuna cavab olaraq Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.
“Müəyyən edilmişdir ki, Bakı şəhəri, Nərimanov rayonu, Ə.Qayıbov küçəsi 10C ünvanında “Ştutqart” MMC-nin qanuni təmsilçisinin xüsusi mülkiyyətinə verilmiş qeyri-yaşayış təyinatlı torpaq sahəsində həmin MMC-nin vəzifəli şəxslərinin vəzifə səlahiyyətlərindən sui-istifadə etməsi nəticəsində meşə fonduna daxil olmayan müxtəlif diametrli 21 ədəd şam və sərv cinsli ağaclar qanunsuz kəsilərək götürülüb və bununla da, külli miqdarda, yəni 11 min manat məbləğində ziyan dəyib”, -məlumatda deyilir.
Qeyd olunub ki, toplanmış material üzrə Cinayət Məcəlləsinin 259.2.3 (qanunsuz ağac kəsmə-şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə), 259.2.4 (qanunsuz ağac kəsmə külli miqdarda ziyan vurmaqla törədildikdə) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanmaqla istintaqın aparılması üçün Baş Prokurorluğun İstintaq idarəsinə göndərilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.